Cənubi Qafqaz
Zurabişvili Ərdoğanı Gürcüstana dəvət etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefonla danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayır.
Məlumatda qeyd olunub ki, Gürcüstan Prezidenti genişmiqyaslı yanğınlardan zərər çəkmiş Türkiyə xalqı ilə həmrəy olduğunu bildirib və qurbanların ailələrinə başsağlığı verdib. Eləcə də, onlara dözüm və fəlakətlə mübarizədə uğurlar arzulayıb.
Bildirilir ki, Türkiyə Prezidenti dəstəyə və həmrəyliyə görə minnətdarlığını ifadə edib və Gürcüstanın yalnız Türkiyənin qonşu və strateji tərəfdaşı deyil, həm də dost bir ölkə olduğunu və bu böyük dostluğun çətin dövrdə Gürcüstan tərəfindən bir daha təsdiq edildiyinin altına xət çəkib.
Telefon danışığı zamanı tərəflər Gürcüstan-Türkiyə arasında ikitərəfli münasibələri, strateji əlaqələrin əhəmiyyətini, infrastruktur, enerji və nəqliyyat sahələrində mövcud potensialın dərinləşdirilməsinin vacibliyini də müzakirə ediblər.
Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Türkiyənin Gürcüstanın ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqləyib.
Gürcüstan Prezidenti Türkiyə Prezidentini Gürcüstana rəsmi səfərə dəvət edib.
Prezidentlər, birgə səylərin yaxın gələcəkdə koronavirus pandemiyasına qalib gələcəyinə və iki ölkə arasındakı tərəfdaşlığı inkişaf etdirməyə və dərinləşdirməyə davam edəcəyinə ümid etdiklərini ifadə ediblər.

-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var
-
İdman14:19
"Neftçi"də iclas oldu, Samir Abasov rəhbərliyə siyahı təqdim etdi: Bu futbolçular göndərilir
-
Maraq dünyası13:36
Günəş Yeri belə məhv edəcək: Dünyanın SON TARİXİ AÇIQLANDI
-
Sosial12:55
İyunda 13 gün iş olmayacaq
-
MDB12:20
Kliçko təsdiqlədi: Ukrayna ərazi güzəştinə gedəcək
-
Dünya12:07
Papanı urvatsız edənlər: Fransiskin cəsədi ilə selfi çəkənlər aranı qatdı - ŞOK FOTOLAR
-
Sosial11:36
Əli Əsədov yeni qərarlar imzaladı