Tabloid.az
Döyülən müğənni ilə bağlı İDDİA: 3 min dollar borcludur
Moskvada döyülən azərbaycanlı müğənni Vüqar Muradov barədə yeni iddia açıqlanıb.
Lent.az-a açıqlama verən müğənni Səidə Dadaşovanın keçmiş həyat yoldaşı Səlçuk Gökgöz deyib ki, V.Muradov ona 3 min dollar pul borcludur: “Döyüblər, yaxşı eləyiblər. Biz 2011-ci ildə Bakıya köçən zaman maşın lazım oldu. Keçmiş həyat yoldaşım Səidə də dedi ki, Vüqarda “Jeep” markalı maşın var. Vüqar gəldi, maşına baxdıq. Baxandan sonra dedim ki, 4 təkəri yararsızdır və bir neçə yeri də dəyişilməlidir. O da mənə cavabında dedi ki, “Qardaşım, narahat olma, mən hamısını alacam”. Mən də razılıq verdim, 10 min dollar verib maşını aldıq. Sonradan elə oldu ki, o maşının ehtiyat hissələrini mən aldım. Bu da 3 min dollar elədi. Amma o gündən bu günə kimi mənim pulumu qaytarmır. Məni aldatdı. O hələ çox döyülməlidir. Çünki pis xarakteri var. Sürücülük vəsiqəsi də yoxdur, sərxoş maşın sürür”.
Qeyd edək ki, “Yeni ulduz” yarışmasının iştirakçısı olan V.Muradovu bir neçə gün öncə 1000 AZN beh müqabilində Moskvaya toya dəvət ediblər. Lakin müğənni Moskvada əsl "sürpriz"lə rastlaşıb. Belə ki, naməlum şəxslər onu Moskvada hava limanında qarşılayaraq, meşəyə aparıb, orada soyundurub, döyüblər. Bütün bunları isə videoya çəkiblər.
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq



























.jpg)










