Tabloid.az
Evdə paltar qurutmaq hansı xəstəliklər yaradır?
İstilik sistemlərinin üzərində paltar qurutmaq nəfəs yolları xəstəliklərinə səbəb olur.
Qış aylarında qadınlar paltar qurutmaqda çətinlik çəkirlər. Paltarı tez qurutmaq üçün istilik sistemlərinin üstünə qoyurlar. Bu hal isə otağın havasının nəm balansını pozur. Paltardan çıxan buxar otağın oksigen balansını da korlayır. Tabloid.az xəbər verir ki, hiss olunmasa da, bunun sağlamlığa çox ciddi təsirləri var.
Havasız şəraitdə artan rütubət miqdarı da astma kimi xəstəliklərin yaranmasına səbəb olur. Bundan başqa, paltarlardan yayılan yuyucu toz qoxusu da oksigenin keyfiyyətinə zərər verir.
Rütubət tarazlığının pozulmasının və keyfiyyətsiz oksigenin olduğu mühit tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən insanlara daha çox təsir edir.
Qrip kimi xəstəlikləri olan şəxslərin belə bir şəraitdə burun ətlərində şişmə və tıxanıqlıq baş verə bilər. Nəticədə isə ağızdan tənəffüs alan xəstələrdə ağız quruluğu, boğazın quru olması qaçılmaz hal alır. Quru və təmizlənməmiş havanın aşağı tənəffüs yollarına getməsi səs tutulmasına, səsin uzun müddət itkisinə və şiddətli quru öskürəyə səbəb ola bilər.
Qadınlar qış aylarında paltarları evdə istifadə etmədikləri bir otaqda və ya qurutma maşının köməyi ilə quruda bilərlər.
Kifayət qədər rütubət və oksigen
Yataq otağında temperatur və rütubət çox əhəmiyyətlidir. Otağın rütubəti 40-50 faiz arasında olmalıdır.
Bu rütubətin təmin olunması üçün müxtəlif üsullar tətbiq oluna bilər. Soyuq buxar istehsal edən maşınlardan yardım almaq olar. Bu cihazlar elektriklə sudan soyuq buxar istehsal edir. Otağın rütubətini bir neçə saat ərzində optimal şərtlərə çatdırır. Hər biri ehtimala qarşı otağın rütubətinə nəzarət edilməlidir. Digər tərəfdən istilik sisteminin üstünə su qoyulması çox sağlam bir üsul deyil. Həmçinin suyun uzun müddətdə çirklənməsi, bakteriya mənbəyi olma riski də vardır.
Otağın havasının dəyişdirilməsi də nəzərdən qaçmamalıdır. Otağın havasız olması nəticəsində xəstələrin yerləşdiyi otaqda virusların havadan asılı qalması və havadan asanlıqla yayılmasına gətirib çıxarır. Evdəki bütün otaqların qış aylarında müəyyən fasilələrlə havalandırılması sağlamlıq baxımından əhəmiyyətlidir.
-
Sosial18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım
-
Rəsmi xronika16:55İlham Əliyev üç fərman imzaladı
-
İqtisadi gündəm16:50BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?
-
Dünya16:10Gözəllik kraliçasını qayınanası belə öldürüb: Polis qətlin videosunu tapdı
-
Sosial15:20Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək
-
Dünya14:18Kralın yanında biabırçı hərəkət: Görün Tramp əlini Melaniyanın harasına qoydu - FOTO/VİDEO





































