Tabloid.az
“Anamın vəsiyyətini yerinə yetirə bilmədim”
Müğənni Xuraman Şuşalı anasının vəsiyyətini yerinə yetirə bilməməsidən danışıb. Tabloid.az xəbər verir ki, ATV telekanalına bu haqda açıqlama verən ifaçı göz yaşlarına hakim kəsilə bilməyib.
"Anam vəfat etməmişdən əvvəl vəsiyyət edib ki, onu Mir Möhsün Ağanın ziyarətgahında basdıraq. Anam 2 ay komada yatdı. Onkoloji xəstəlikdən əziyyət çəkirdi. Dayılarım gəldi ki, biz onu aparırıq kəndə basdıraq. Bu sözləri eşidib anam komadan ayılıb qardaşımı çağırdı ki, mən axı demişəm mən ziyarətgahda basdırıb. Anam 3-4 dəfə komaya düşdü. Hər dəfə də daylarımla aramda mübahisə yaranırdı. Onlar anamı Ağcabədidə dəfn etmək istəyirdilər. Anam ayılanda ondan xahiş etdim ki, hər kəsi çağır və vəsiyyətini hər kəsin qarşısında et. Mənə inanmırlar. Anam dünyasını dəyişəndə qardaşım yenidən öz fikrində idi ki, Ağcabədidə basdırsınlar. Bacım da dedi ki, birdən biz köçüb gedərik, anam burada qərib qalar. Həm də ziyarətgahların ətrafını böyüdürlər qəbirlər layihəyə düşür. Anam canını tapşıranda çox zəif oldum. Mübahisə etməyə gücüm çatmadı. Dedim nə istəyirsiniz edin. Xalam dedi çox sağol ki, icazə verdin. Yoxsa mən sənin qarşında diz çöküb yalvaracaqdım. Yenə də mən özümü bağışlamıram. Çünki mən anamın vəsiyyətini yerinə yetirmədim. Baxmayaraq ki, ölməzdən əvvəl ziyarətgaha gedib yer danışdım, yerini təyin etdim, amma çox zəif oldum. Bunu özümə bağışlaya bilmirəm. Mən icazə verməməli idim".
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
-
Magazin130 May 22:24Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO
-
İdman30 May 20:36Əfsanə geri dönür?
-
Sosial30 May 20:24Depressiya görün necə müalicə edilir - Tibbdə yenilik
-
Magazin130 May 20:12Qızları Rəvanın toyunda - VİDEO
























.jpg)









