Yazarlar
Unudulmuş adam
Dostumla dayanacaqda avtobus gözləyirdik. Tünlüyün arasında gözlərimə bir adam dəydi. Uzun plaşlı, üstü-başı tozlu, orta yaşlı bu “qəribə adam” sovet vaxtından qalan köşkə yaxınlaşdı. Çantasındakı boş tomat bankasını içəridəki şəxsə doğru uzatdı.
Gözümün qabağından saysız-hesabsız insanlar keçirdi. Onların danışığı, yerişi, gülüşü, qarşımdakı bu adamın susqunluğunda əks-səda verirdi. O an bir siqaret alışdırdım. Tüstüsünü təəssüflə birgə içimə çəkdim və o insanın taleyini düşünməyə başladım. Başqa nə edə bilərdim ki?!
Bir neçə saniyə sonra içəridəki şəxsin əlləri göründü. Bankanın içərisinə tünd rəngdə çay süzülmüşdü. “Qəribə adam” çay soyumasın deyə tezbazar bankanın qapağını yaxşıca sıxdı və onu çantasına yerləşdirdi. Daha sonra çantanı qaldırıb, addımlamağa başladı. Başı aşağı yeriyirdi, gözləri yalnız yerə baxırdı. Bu məqam özü hər şeyi bəlli edirdi. Adamın yalnızlığını, çarəsizliyini, həyatla mübarizədə tək olduğunu... Bir sözlə, o gedirdi. Bəlkə, o çayı özü içəcəkdi, bəlkə də, ailəsinə aparırdı. Kim bilir? Onun həyatdan bir gözləntisi və ya ümidi yox idi. Onun üçün mühüm olan ümid yox, bir isti çay və bir tikə quru çörək idi, vəssalam...
İnsanlar qeyri-adi, çıxılmaz vəziyyətdə olanda onları daha çox sevirəm. Əslində, onlara qarışmaq, yaxınlaşıb söhbətə çəkmək, heç olmasa, dərdlərinə şərik olmaq lazımdır. Lakin mən insanlara qıraqdan baxıb onların varlığını hiss etmək istəyirəm. Belə daha yaxşıdır. Hər halda, sən burda qurulmuş bir oyunun tamaşaçısı qismində çıxış edirsən. Tamaşaya girişmirsən, onu öz axarına buraxırsan. Amma bəzən də tamaşanın lap ortasında olmaq istəyirəm. Hayqırmaq, bağırmaq, üzərindəki insan talelərini kükrəyib atmaq istəyirəm. Onlardan xilas olmaq qeyri-mümkündür, bilirəm. Yalnız yazdıqca xilas ola bilir insan. Yazın, yazın və qurtulun. Həmişə özgürlyünüzə doğru qaçın...
Mənim həyatda “tutduğum” obrazlar çarəsizliyin, ümidsizliyin, tənhalığın və ölümün simvoludurlar. Bu dünya onların duruşu qədər çəkilməzdir. Onların göz yaşları belə bu qədər ağır imiş, bu qədər dözülməz imiş...
Bu “qəribə adam” artıq küçənin sonundakı bir qaraltıya bənzəyirdi. Yerişi, görünüşü mənə əzab verirdi. Nədənsə onun yanına getmək arzum yarandı. Cibimdə olan 3-5 manatımı ona vermək istədim. Ayaqlarım sözümə baxmadı. Gözlərim dolmuşdu. Qaraltı isə artıq yoxa çıxmışdı. Elə bəlkə də, gördüklərim xəyal imiş? Amma yox, bu, gerçəyin, həyatın əsl üzü idi. Yoxsul olmaq həyatın nə olduğunu dərk etmək demək imiş ki,. ..
“Avtobus tərpənir” – dostum məni səslədi. O da kövrək və üzgün görünürdü. Necə üzgün olmayaq axı? Adi bir həyat mənzərəsi bizi darmadağın etmişdi. Avtobusa mindik. İkimiz də eyni anda bir-birimizin üzünə baxdıq. Eyni kədər eyni anda gözlərimizdən, sifətimizdən asılıb qalmışdı..
Oğuz Ayvaz
-
Rəsmi xronika14:57Prezidentlərdən bir-birinə simvolik hədiyyələr - VİDEO
-
İdman14:42Yaxın Şərqdəki vəziyyət Formula 1-in planını dəyişir: Bakıda iki mərhələ olacaq?
-
Nida Xəbər 14:24Peter Pelleqrinidən Azərbaycana səfəri ilə bağlı maraqlı - PAYLAŞIM
-
Magazin114:00Zaur Nəbioğluya vəzifə verildi
-
ABŞ13:04Tramp Konqresi məlumatlandırıb: 60 günlük əməliyyat planı
-
Rəsmi xronika12:32Prezidentlər Şuşada güllələnmiş büstlərə baxdılar - FOTO
-
Dünya12:02Əliyevin Şuşada AŞPA bəyanatı: Azərbaycanın növbəti addımı nə olacaq?
-
Sosial11:47Milli Məclisdən tarixi qərar: Bu şəxslərə 20 illik güzəşt olunacaq

















.jpg)























