"Alen Delonla bir-birimizi sevirik" - Fransanın ən reytinqli jurnalının direktoru ilə MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

"Alen Delonla bir-birimizi sevirik" - Fransanın ən reytinqli jurnalının direktoru ilə MÜSAHİBƏ

Publika.az-ın xüsusi qonağı Fransanın ən uğurlu iş qadınlarından biri, “Winner” jurnalının direktoru Vera Baudey-dir.

Картинки по запросу vera baudey

- Madam Vera, qaliblərlə işləmək necə hissdir?

- Daim formada olmaq deməkdir. Cinsiyyətindən, yaşından, irqindən asılı olmayaraq, onların uğurunu böyük insan kütləsinə çatdırmaq, digərlərini ruhlandırmaq üçün bu yolda addımlayıram. Çünki qaliblərlə qürur duymalıyıq. Onların ötürdüyü adrenalini hiss etməliyik.

- Uzun illərdir Fransanın ən reytinqli jurnallarından olan “Winner”-ə başçılıq edirsiniz. Yəqin ki, jurnalistlikdən liderliyə gedən yolunuz asan olmayıb.

- Özümü tanıyandan çətin mübarizələrə atılmağı, riskə getməyi sevmişəm. Fransanın Jak Sigela adlı əfsanəvi yazıçısı və publisisti var. Bir gün onun yanına gəlib jurnal dərc etmək istədiyimi söylədim. Birinci sualı bu oldu: bu vaxtadək rəhbərlik təcrübən olub? Yox dedim. Komandan var? Yoxdur. Bəs pulun? O da yoxdur. O zaman qalib gələcəyinə güvənməkdən başqa yolun yoxdur dedi. Mən bütün fəaliyyətim boyu ustad saydığım insanın güvəninə layiq olmağa can atdım, və deyəsən, nail oldum. Bu gün “Winner” (Qalib) jurnalı Fransanın ən reytinqli dərgiləri siyahısındadır. Düşünürəm ki, insanın gördüyü iş özünü xarakterizə edir. Bu baxımdan “Winner” öz adını doğruldub və mənə bənzəyir.

- Ümumi anlamda götürsək qalib sizin üçün kimdir?

- Qələbə çalmaq istəyən insan... Anlayıram bu çətindir, bəzən mümkünsüz kimi görünür, amma gecə-gündüz çalışsanız, həqiqətən də qalib gələcəksiniz. Bəlkə də bu Fransada deyil, Azərbaycanda, yaxud dünyanın lap uzaq nöqtəsində baş verəcək, lakin qələbə mütləq ona layiq olduğunuz günü gözləyəcək. Oturub möcüzə gözləməyin, elə bu andan fəaliyyətə keçin. Yalnız bu məqamda işıq kimi parlayacaqsınız.

- Bəzən qalibiyyət savaşında mərhəmət hissimizi də itirə bilirik...

- Jurnalımızın ilk sayını Bill Qeytsə həsr etmişdim. Bilirsiniz niyə? Çünki mən o şəxsiyyətə böyük rəğbət bəsləyirəm. Dəfələrlə planetin ən varlı insanı seçilən Qeyts hər il qazancının tam yarısını həyat yoldaşı Miranda ilə əsasını qoyduqları xeyriyyə fonduna köçürdür. Bu insanın dünya üzərində qalibiyyəti deyilmi?

- Təbii ki... Bəs jurnalınızda qaliblərin həyat yolundan başqa hansı mövzular üzrə məlumat əldə edə bilərik?

- “Winner” idman, mədəniyyət, şou biznes, siyasət, avtomobillər və digər aktual mövzularda maraqlı məqalələr dərc edir. Çox vaxt müsahibələr, iş görüşmələri üçün müxtəlif ölkələrə səfər edirəm. Əsas odur ki, mən və komandam gördüyümüz işdən zövq alırıq. Bir-birimizi daha gözəl məqalələrə ruhlandırırıq.

Картинки по запросу vera baudey

- Ölkənizin ən uğurlu media liderlərindənsiniz. Amma hər şeydən öncə jurnalistsiniz. Sizcə, jurnalist olmaq insanların şəxsi işlərinə qarışmaq deməkdir?

- Biz jurnalistik, informasiya ötürücüsüyük. Təbii ki, ictimaiyyəti maraqlandırmaq, yazılarımızı daha təsirli etmək üçün qəhrəmanımızın şəxsi işlərinə qarışmaq məcburiyyətindəyik. Çünki bunu mən etməsəm, digər jurnalist öhdəsindən gələcək. Amma əsas məsələ işin məntiqini dərk etməkdir. Reytinq xatirinə yalan informasiyalarla imzamıza inanan insanları aldada bilmərik. Çünki bunu edən saxta jurnalistlər çoxdur. Onların kökündə boşluq quran reytinqinədək dərinə enməyək. Mən həmin jurnalistlərin əməyini sağlığımıza zərər verən fəstfuda bənzədirəm. Axı izləyicilər zərif, zövqoxşayan ziyafətlərə də ehtiyac duyurlar. Gəlin bunu onlara biz verək.

- O zaman eyni zərafətlə növbəti sualımı verim. Qadının ürəyi sirlər okeanıdır. Mənimlə hər hansı bir sirrinizi bölüşə bilərsiniz?

- Hər ikimiz, jurnalistik, həm də qadınıq. Sizinlə görüşüb, qəhvə içmək, müxtəlif mövzularda danışmaq çox xoş olardı. Amma sirrimi paylaşmağım üçün güvənimi qazanmalısınız bu, isə uzun zaman aparacaq.

Картинки по запросу vera baudey photo

- Gözəlliyinizin sirrini də bölüşmək istəmirsiniz?

- Haqqımda belə düşündüyünüz üçün minnətdaram, əzizim. Daxili harmoniyamı quruyub saxlamağa çalışıram. Gündəlik problemləri böyük dərdə çevirmirəm. Ən əsası necə varamsa eləyəm. Xarici görünüşümü dəyişməyə can atmıram. Yəqin bilirsiniz, biz fransızlar təbiiliyə üstünlük veririk. Əlbəttə ki, idmansız da keçinmirik.

- Haqqınızda eşitdiyim digər məsələyə də aydınlıq gətirməyinizi istəyirəm. Sizi Alen Delonla bir-birinizə nə bağlayır?

- Bu məlumat sizdə hardandır?

- İnternetdə birgə və səmimi fotoşəkillərinizi görmüşəm.

- Birincisi onu deyim ki, Alen Delon sənətinə, aktyorluğuna pərəstiş etdiyim superstardır. O, Fransa kinosunun canlı əfsanəsidir. Alen Delonu canlı tanımaq, onun dostu olmaq hər kəsə nəsib olmur. Biz bir-birimizi sevirik, sənətimizə hörmət edirik. Çox yaxın dostuq. Qısacası bir-birimizə ehtiyacımız var. Paparatsilərdən yaxa qurtarmaq hər zaman mümkün olmur.

- WINN'ART adlı digər jurnalınıza Alen Delon rəhbərlik edir.

- İncəsənət mədəniyyətdir, mədəniyyət isə duyğularımız kimi çoxşaxəlidir. Alen Delonun təkcə adı belə brenddir. Mənim bu layihəmdə birgə addımlamağa və incəsənətdə mənəvi atam olmağa razılaşdığı üçün ona sonsuz təşəkkür edirəm.

Картинки по запросу vera baudey France

- Koko Şanel deyir ki, dəbdəbə kasıblığın yox, vulqarlığın ziddiyətidir. Bəs sizin üçün dəbdəbə nədir?

- Dəbdəbə əsil, həqiqi olmalıdır. Bu o qədər parlaq anlayışdır ki, onu saxta heç nə ilə əvəzləmək mümkün deyil. Nə interyerdə, nə geyimdə nə də həyat tərzində. Zərrə boyda saxta detal onun görünüşünü vulqarlaşdıra bilər. Eynən xarakterimiz kimi.

- Şəxsən mən düşünürəm ki, həyat savaşdır və bu savaşda aydın səmadan başqa heç kimə güvənə bilmərik. Siz necə düşünürsünüz?

- Çox gözəl sualdır. Cavab verməkdə çətinlik çəkirəm. Çünki bu mövzuda saatlarla fikir yürüdə bilərəm. Təbii ki, həyat bitməyən mübarizələrdir. Bir-birinin ardınca başlayan savaşlardır. Bunun üçün də şücaət, cəsarət lazımdır. Təəssüf ki, hər birimizdə tapılmayan cəhətlər... Özümüzdən cəsur savaşçı yaratmaq üçünsə hamıya ruh yüksəkliyi və gücünə inam arzulayıram.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm