Xüsusi
Gürcüstandan XAİN ADDIM: Xocalı qatilinə verilən meydan və ermənilərlə BÖYÜK OYUNBAZLIQ
Gürcüstanın tarix boyu separatizm toxumlarının cücərdiyi Cavaxetiya bölgəsində yaşayan ermənilərin Axalkalaki rayonunun Buqaşen kəndində Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana abidə qoyması Azərbaycanın sərt reaksiyasına səbəb olub. Bu təşəbbüs özü ilə birlikdə bir çox tərəddüdlü sualları ortaya çıxarıb.
Publika.az-ın məsələ ilə bağlı suallarını politoloq Tofiq Abbasov cavablandırıb.
- Heykəlin açılışının 20 Yanvar gününə təsadüf etməsi həqiqətən də bir təsadüfdürmü?
- Əlbəttə ki, yox, Bu, düşünülmüş təxribatdır. Ümumiyyətlə, özünə düşmən saydığı xalqların ağır günlərini bayram etmək, şadayanalıq qurmaq erməni xalqının ənənəsidir. Çünki onlar insanlıqdan uzaqdırlar. Haqqında danışdığımız hadisə də deyilənləri təsdiq edir. Təbii ki, bu, əvvəlcədən düşünülmüş bir hadisə idi. Təəssüf ki, bu addıma Gürcüstan dairələri də nəinki mane olmayıblar, həm də dəstək çıxıblar. Gürcüstan Azərbaycana yaxın tərəfdaş olan ölkə kimi belə bir qara aksiyanı həyata keçirməyə icazə verməməli idi. Dəstək veribsə, deməli burada Gürcüstanın bəzi dairələrinin həm marağı var, həm də onların iştirakı mövcuddur. Məsələ Azərbaycanı biganə qoya bilməzdi. Ölkəmizin rəsmi nümayəndəliyi qonşu dövlətin Xarici İşlər Nazirliyinə öz etirazını çatdırıb. Eləcə də Gürcüstanın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona da müvafiq münasibət bildirilib. Əgər Gürcüstan öz müttəfiqinə qarşı buraxdığı səhvi silmək istəyirsə, gərək ilk növbədə, Qarabağ müharibəsində iştirak etmiş erməni quldurunun heykəli götürülsün. Çünki əgər heykəl qalırsa, deməli, Gürcüstan torpağında erməni banditinin xatirəsi əbədiləşdirilir. Əlbəttə ki, Azərbaycan bu məsələni burada qoymayacaq. Hesab edirəm ki, bu məsələ öz layiqli həllini tapmayana qədər Azərbaycan-Gürcüstan arasındakı münasibətlərdə müəyyən çətinliklər olacaq.
- Bu təxribatda Azərbaycana qarşı mesaj varmı? Yaxud biz bu təşəbbüsü Tbilisi-İrəvan ittifaqının başlanğıcı kimi dəyərləndirə bilərikmi?
- Ermənistan ciddi cəhdlə hərəkət edir və çalışır ki, Gürcüstanla yeni saziş bağlasın və bu ölkənin ərazisi boyunca separatçı Cənubi Osetiyaya ərazisi üzrə yeni bir xətt, şose açsın. Çünki Ermənistan özünün xarici bazarlara çıxardığı kənd təsərrüfatı məhsullarını Rusiya tərəfinə bu yolla ötürmək istəyir. Gürcüstan buna rəvac versə, bu o deməkdir ki, rəsmi Tbilisi Azərbaycanın maraq və mövqelərini nəzərə almır və ya inkar edir. Bu proses Azərbaycan üçün ciddiyyət daşıyır. Çünki burada Azərbaycan Türkiyə ilə həmahəng Ermənistanın iqtisadi əl-qolunu bağlayır, orada isə Gürcüstan Azərbaycan və Türkiyə ilə iqtisadi üçbucaqda eyni mövqedən çıxış edirsə, bu, anlaşmazlıq təzahürünə çevrilir. Əgər Gürcüstan Azərbaycanın strateji tərəfdaşdırsa - bu, həqiqətən belədir: Gürcüstanın ərazisindən xarici bazarlara daşınan mallar həm də bu ölkəyə böyük faydalar verir – bunların arxasında Azərbaycan dayanır. Azərbaycanın isə maraqlarına uyğundur ki, Ermənistan bu təşəbbüslərdən, faydalardan kənarda qalsın. Çünki Ermənistan işğalçı, azğın dövlətdir. Buna görə biz onlara belə imkanı yarada bilmərik. Əslində, Azərbaycan bu imkanı Gürcüstana tanıdı ki, bu ölkə ilə partnyorluq münasibətləri qurub birlikdə fayda əldə etsin. İndi əgər Gürcüstan ermənilərə belə meydan verirsə, onlarla siyasi cəhətdən oyunbazlığa qatılırsa, bəzi dairələr ermənilərin maraqlarını müdafiə edib lobbiçilik fəaliyyəti göstərirlərsə, deməli, biz Gürcüstanla münasibətlərimizə yenidən baxmalıyıq.
- Heykəlin qoyulduğu ərazi olan Cavaxetiyada hazırda ermənilər kompakt şəkildə yaşayır. Həmin ermənilər Gürcüstanın ərazisini bölmək niyyətindədir və bunu aşkar şəkildə mütəmadi olaraq göstərirlər. Tbilisi bu ermənilərlə dəstək nümayiş etdirməklə öz dövlətinin gələcəyini, suverenliyini təhlükə altında qoymurmu?
- Əslində həmin torpaqlar heç ermənilərin özlərinə məxsus deyil. Orada qədim zamanlardan Ahısqa türkləri yaşayıb. Stalinin dövründə həmin türklər ərazidən sürgün olundu və ermənilər onların boşluqlarını doldurmağa başladı. Saakaşvili hakimiyyəti dövründə şəxsən Avropa Şurasında söz verdi ki, o, Ahısqa türklərini – keçmiş Gürcüstan vətəndaşlarının hamısını tarixi vətənlərinə qaytaracaq. Buna görə də gürcü dövlətinə xeyli maliyyə ayrıldı ki, həmin qayıdış prosesini gerçəkləşdirsin. Lakin nə Saakaşvilinin dövründə, nə də ondan sonra rəsmi Tbilisi bu məsələyə böyük məsuliyyətlə yanaşdı. Köçənlərin sayı isə cəmi 5-10 ailə oldu. Türklərə böyük meydan verilmədi ki, onlar başa düşsün, Gürcüstan onların tarixi vətənidir. Ermənilərin isə Qafqazda ümumiyyətlə yeri yox idi. Onların məskunlaşma prosesi sonrakı mərhələdir. Harada boşluq görürlər, oranı tuturlar. Odur ki, Gürcüstan dövləti bu yeni köçkünlərə dəstək verməklə gələcəkdə özü üçün təhlükə ocaqları yaradır. Çünki ermənilərin xisləti bəllidir. Onlar heç vaxt yaxşılığa yaxşılıqla cavab vermirlər. Qəti əmin olmaq olar ki, Gürcüstanın da başına yaxşılıq yox, yamanlıq gələcək. Məsələn, Gürcüstanda yerləşən bir çox provaslav kilsələrinin üzərindəki yazılar erməni dilindədir. Ermənilər bunu əsas gətirərək bildirirlər ki, bu kilsələr onların dini irsidir. Yəni gürcülər erməniləri xristian qardaşları bilirlərsə də, ermənilər onlara eyni gözlə baxmırlar. Burada da böyük uçurum var.
Zümrüd
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO