Xüsusi
Bakı çox gözəldir, buraya gəlməkdə məqsədim... - Kuarejma ilə MÜSAHİBƏ/FOTO
Portuqaliya millisinin üzvü və “Beşiktaş” komandasının ulduz futbolçusu Rikardo Kuarejma Bakıya səfər edib.
Publika.az xəbər verir ki, o, Gənclər və idman naziri Azad Rəhimovun qonağı olub.
Futbolçu "Beşiktaş" azarkeşləri ilə görüşdən və imza mərasimindən sonra media nümayəndələrinin suallarını cavablandırıb.
- Səfərinizin əsas məqsədi nədən ibarətdir? Yenidən Bakıda görə biləcəyikmi sizi?
- Bakını ailəmlə birlikdə gəzməyə gəlmişəm. Əvvəllər də burada olmuşdum. Gördüyüm qədərilə Bakı həqiqətən də gözəlləşib. Səfərimiz axşam oldub deyə şəhəri gəzməyə fürsət tapmamışam. Təəssüratlarım çox yaxşıdır. Şəhər çox gözəldir. Bir neçə gün burada olacaq və ailəmlə gəzəcəyəm. Bakıya hər zaman ailəmlə gəlib gəzməyi çox istəyirəm.
- "Beşiktaş"da qalacaqsınızmı?
- "Beşiktaş" mənim evimdir, klubu çox sevirəm və karyeramı orada bitirmək istəyirəm.
- Neçə yaşınıza qədər futbol oynamağı düşünürsünüz?
- Ayaqlarımın sağlamlığı imkan verənə qədər futbol oynamağa davam edəcəyəm. Hazırda fiziki vəziyyətim yaxşıdır və hələ futbol oynayacağam.
- Karyeranızı Azərbaycanda davam etdirmək istəyərdinizmi?
- Hələ ki "Beşiktaş"la davam edən müqaviləm var və bu klubu çox sevirəm. Karyeramı da "Beşiktaş"da bitirmək istəyirəm. 2016-cı ildə təkbaşıma məşq etdiyim günləri xatırlayıram. Ümid edirəm ki, o günlər bir də geri qayıtmaz. Türkiyədə sadəcə bir klubda oynayaram. O da “Beşiktaş”dır.
- "Fənərbağça" və “Qalatasaray” klublarından sizə təklif olduğu bildirilirdi, bu barədə nə deyə bilərsiniz?
- Daha əvvəl dediyim kimi, satılıq futbolçu deyiləm, mənim üçün pulun məbləğinin önəmi yoxdur. Türkiyədə "Beşiktaş"dan başqa klubda oynamaram.
- Bakıda keçirilən Avropa Liqasının final matçını izlədinizmi?
- Matçı izlədim, çox maraqlı oyun oldu. Əvvəllər "Çelsi"də oynadığım üçün onların qalib gəlməsinə sevindim.
Görüşün sonunda nazir qonağa Azərbaycan və Portuqaliya arasındakı dostluğa və futbolçunun əməyinə görə diplomla təltif edib.
Zümrüd,
Foto: Pərviz Həşimi
-
Sağlamlıq11:41Bizi qocaldan nələrdir? - Məşhur geriatrdan məsləhətlər
-
Hadisə11:17Bakıda azyaşlı belə xilas edildi - VİDEO
-
Hadisə11:12Bakı-Qazax yolunda dəhşətli qəza - VİDEO
-
Hadisə10:52146 kq at ətini mal əti adı ilə satmağa hazırlaşan dəstə tutuldu
-
Nəqliyyat10:43Relslər üzərində yeni ümid: Bakının “nəqliyyat dərdi”nə dərman olacaq?
-
İKT10:1314 illik yolun 1 anı: "Teleqraf" İnformasiya Agentliyi bir yaşında
-
MDB09:21Moskva aeroportu son anda terrordan xilas olub: Təhlükəsizlik zabiti saxlanıldı
-
Ekopublika.az09:00Erməni məhsulları Azərbaycana doğru yolda - Siyahıda nələr var?






































