Xüsusi
Səsi ilə instaqramı FƏTH EDƏN azərbaycanlı: “Böyük səhnələrə hazır deyiləm” - VİDEOMÜSAHİBƏ
“Məktəb illərində musiqi ilə məşğul olmuşam. Məktəbi bitirdikdən sonra valideynlərim ifaçı olmağıma razı olmadı. Odur ki, başqa istiqamətdə təhsil aldım. İlk vaxtlarda valideynlərimə qarşı içimdə küskünlük var idi. O inciklik ötüşüb, artıq 32 yaşım var. Lakin gecikdiyimi düşünmürəm, bu səs həmişə məndədirsə, niyə gec olsun? Onsuz da ürəyim həmişə oxuyur. Qərar verdim ki, bir müddət sonra ifaçılıq sənətinə bir yol taparam. Oxumağa yeni başlamışam, özümü həvəskar musiqiçi hesab edirəm. Heç kim məndən çoxunu gözləməsin, əsasən özüm üçün oxuyuram”.
Bu sözləri Publika.az-a müsahibəsində qısa müddətdə instaqramda paylaşdığı ifaları sayəsində diqqət çəkən həvəskar ifaçı Kəmalə Əhmədova deyib.
O, bildirib ki, böyük səhnələrə çıxmağa hazır deyil:
“Bu, təkcə arzu etməklə baş vermir, iş görmək, əziyyət çəkmək lazımdır, daim yenilik etməlisən. Maddi və mənəvi formada özünü bu işə həsr etməlisən. Özümü mənəvi baxımdan hazır hiss etmirəm. Böyük iddialarım yoxdur, ailə və uşaq qayğıları da buna hələ ki, icazə vermir. Özüm üçün oxumaq mənə daha çox zövq verir və sakitləşdirir. Son illərdə musiqi vəziyyətimiz elə də ürəkaçan deyil. Müğənnilərin bu sənətə olan qeyri-ciddi yanaşması məni narahat edir. Bizim mədəniyyət bu deyil, səsi və zövqü olmayan insanlar ən azından utanmalıdır. Pul qazanmaq xatirinə çıxıb oxumaq özünə hörmətsizlikdir”.
Aytən Məftun
-
Hadisə15:26Xocavənddə traktor sürücüsü minaya düşdü - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO

















.jpg)



.png)






.jpg)










