Xüsusi
Məşhur nigeriyalı aparıcı: Ürəyim Azərbaycan üçün çırpınırdı, 30 ilə yaxın idi ki...
Vətənimizin tarixi zəfərinə xalqımız qədər sevinən əcnəbi dostlarımızdan biri də Nigeriyanın məşhur teleaparıcısı, səyyah Cina Ehikodi Ojodur.
Cina Publika.az-a müsahibəsində həmçinin bu möhtəşəm sözləri deyib:
"Qarabağ uğrunda müharibə xəbərini eşidəndə azərbaycanlı dostlarıma zəng edib, Vətənimdə nə baş verdiyini soruşdum".
- Cina, əzizim, ölkəmizə bir dəfə də olsun ayağı dəyən hər kəs Azərbaycanın doğmasına çevrilir. Siz də istisna deyilsiniz...
- İşimin əsas prinsipi səyahətlər, dünya ölkələrinin mətbəxi və mədəniyyəti haqda sənədli filmlər hazırlamaqdır. Təəssüf edirəm ki, əvvəllər Azərbaycanı xəritədə də tanımırdım. Nigeriyada yaşayan rəfiqəm Billurə tez-tez ölkəsi Azərbaycan haqda danışırdı, çox gözəl sözlər deyirdi. Mədəniyyətinizlə, mətbəxinizlə məni tanış edirdi. Razılaşdıq ki, Azərbaycana səfər edək. Möhtəşəm vətəniniz, insanlarınız var. Kimin ailəsinə qonaq gedirdimsə, çörəyini, sevgisini bölüşməyə hazır idi. Ölkənin təbiətinə aşiq oldum. Bunu tam ürəkdən, səmimi deyirəm, Azərbaycan ən gözəl ölkədir. Mədəniyyətinə, ənənələrinə sadiq xalqsınız. Layihəm boyu fantastik insanlarla tanış oldum. Onlar həmişə xatirəmdə gözəl qalacaqlar.
- Qarabağ uğrunda haqq savaşımızı haradan eşitdiniz?
- Azərbaycandan qayıdandan sonra bir çox dostlarımla virtual ünsiyyətim davam etdi. Millət vəkili Qənirə Paşayevanın sosial hesabındakı son paylaşımlarını görüb çox nigaran qaldım. Hətta azərbaycanlı dostlarıma zəng edib, Vətənimdə nə baş verir deyə soruşdum. Çünki Azərbaycan həqiqətən doğma ölkəmdir. İnternetdə axtarış etdim. Ürəyim azərbaycanlı dostlarım üçün çırpınırdı. Nə olsun ki, nigeriyalıyam. Nigeriyaya bu xəbər bir neçə həftədir ki, çatıb. Amma təsəvvür etdim ki, siz bu ağır dərdlə 30 ilə yaxındır ki, yaşayırsınız.
- Bütöv Azərbaycanda sizi gözləyəcəyik...
- Sülhə ümid edirdim, dünyasını dəyişən bacı-qardaşlarım üçün dua edirdim. Bilirdim ki, güclü lideriniz və ordunuz sayəsində sərhədlərinizi bərpa edəcəksiniz. Duanın gücünə hər zaman inanmışam. Bütöv Azərbaycanı təbrik edirəm, əzizlərim. Yaxın vaxtlarda görüşmək arzusu ilə...
Leyla Sarabi
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...
-
Ekopublika.az13 May 20:24Qurban bayramına sayılı günlər qaldı - Heyvan bazarında qiymətlər necədir?
-
Nəqliyyat13 May 19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə13 May 18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika13 May 16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz13 May 16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq












.jpg)





.jpg)







.jpg)







.jpg)

