Xüsusi
Yəhudi ekspertlə SENSASİON Qarabağ MÜSAHİBƏSİ: Hər şeyə hazır olun, Arutyunyan bizə dedi ki...
Ermənistan elə düşünürdü ki, Paşinyanın üzünə tüpürdüyü Rusiya hökumətinin güclü ordusu gedib onların yerinə döyüşəcək.
Bu sözləri Publika.az-a müsahibəsində İsrailin tanınmış politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Mixail Finkel söyləyib.
- Cənab Finkel, İkinci Qabağ müharibəsi, Azərbaycanın tarixi qələbəsi və Ermənistanın kapitulyasiyasını necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, hər bir ölkə, hər bir ordu müharibədə uduza bilər. Uinston Çörçil İkinci Dünya müharibəsi başlayanda bir ifadə işlədir: Bəlkə də döyüşü uduzduq, amma müharibədə qalib gələcəyik”.
Azərbaycan da həmçinin 90-cı illərin əvvəllərində döyüşü uduzdu. Lakin bu, müharibə məğlubiyyəti deyildi. Vəziyyətin çətinliyini dərk edən Azərbaycan xalqı dizini yerdən qaldırdı və 21-ci əsrin ordusunu qurdu. Bu isə təbii ki, Prezidentiniz İlham Əliyevin xidmətidir. Məhz onun sayəsində Azərbaycan hərb elminin son nailiyyətlərinə yiyələndi. Ən son hərbi texnika, müasir ordu quruculuğunu nəinki İsrailin, NATO-nun da generalları təqdir etdilər. Bu, yüksək texnologiyalar və peşəkarlıq əsasında gerçəkləşən 21-ci əsrin müharibəsidir. Qarşı tərəfdə isə keçmiş işğallarına arxalanıb ordusunu, hərbi qüvvəsini gücləndirməkdən vaz keçən Ermənistan vardı. Onların məğlubiyytinin əsas səbəbi də budur. Öyrənmək, irəliləmək bu xalqın ordusu üçün yad anlayışdır. Qədim bir məsəldə deyildiyi kimi, sərmayə qoymayan, məğlubdur. Bu, tək hərbdə deyil, hər yerdə beldir. Xalqınızı təbrik edirəm. İsrail hökuməti də, xalqı da sonadək yanınızdadır və Azərbaycanın güvənli müttəfiqidir.
- İsrail əziz qardaşımızdır. Dəstəyinizdən güc alırıq.
- Bəli, biz qardaş millətik. Bu qardaşlığı qəlbən, ruhən hiss edirik. Min ildən çox birgə yaşamışıq. Xəzər xaqanlığı əcdadlarımızı daim qoruyub. Azərbaycan bizə qarşı heç vaxt ayrı-seçkilik, diskriminasiya nümayiş etdirməyib. Niyyətimiz də, arzularımız da eynidir.
- Yəqin razılaşarsınız ki, tarixi erməni xəyanətinədək Azərbaycan öz ərazisində onlara da eyni şəraiti, imkanları yaratmışdı. Cənab Finkel, səthi düşünsək, erməni məğlubiyyəti karma qanunudur. Lakin bu kapitulyasiyanı peşəkar kimi şərh etməyinizi istərdim...
- Yuxarıda sadaladığım faktlar Ermənistanın məğlubiyyət mesajı idi. Təhsilsiz hərbçilər, kasıb silah-sursat bazası və s. Bundan əlavə, elə düşünürdülər ki, başları dərdə düşən kimi güclü və böyük rus ordusu gəlib, onların əvzinə döyüşəcək. Lakin Paşınyanın dəfələrlə Rusiyanın “üzünə tüpürdüyünü” undurdular. Ölkədə rus telekanalları ödənişli nümayişə keçdi, rus dilinə qadağa qoyuldu, Njde, General Dro kimi Hitler üçün çalışan faşıstlərə açıq-aydın abidələr qoyuldu, xalqın qəhrəmanları elan olundular. Bu hal Moskvanın narahatlığına və qəzəbinə səbəb oldu. Özləri də döyüşə bilmədikləri üçün bütün şanslardan məhrum oldular.
- Ali Baş Komandanımız Birinci xanımla birgə işğaldan azad olunmuş bir sıra ərazilərdə oldular. Ermənilərin torpaqlarımızda törətdikləri vandallığın bir daha şahidi olduq. Azərbaycanın növbəti addımı Ermənistanı beynəlxalq məsuliyyətə cəlb etmək olacaq. Ümumiyyətlə, bu prosedur hansı mərhələlərdən ibarət olur?
- Torpaqlarınızda törətdikləri dəhşətlər terrorizm, vandalizm və onlara xas olmayan ərazilərdə törtdikləri vəhşilik kimi qeydə alınmalıdır. Ağacların, meşələrin, unikal bitki növlərinin yandırılması, kəsilməsi çox böyük cinayətdir. Biz şahid oluruq ki, bu vəhşilik atəşkəs dövründə də davam etdirilib. Demək ki, Cenevrə Konvensiyası və digər protokollar kökündən pozulub. Hazırda bu işlə məşğul olan Amerika və Avropanın nüfuzlu hüquq şirkətləri var. İlkin mərhələdə bu şirkətlərdən biri Ermənistana qarşı iddia irəli sürür. Bu vəhşilikləri törədən insanların hamısını tək-tək məsuliyyətə cəlb etmək də mümkün deyil. Çünki çoxunu tapmaq, cinayətlərini sübut etmək mümkün olmayacaq. Lakin birmənalı şəkildə bu cinayətin səbəbkarı olan Ermənistana qarşı iddia qaldırılmalıdır. Ən önəmli faktlardan biri də odur ki, prosesin gedişatını sözügedən məsələlər üzrə ixtisaslaşmış peşəkar vəkillər aparsın. Əminəm ki, Azərbaycan növbəti haqq mübarizəsinin qalibi olacaq. Çünki maddi və mənəvi ziyanın nəhəngliyi göz önündədir. Sadəcə sənədləri, foto, video materialları bir yerə toplamaq vacibdir. Daha sonra hüquqi sənədlər əsasında ziyanın məbləği hesablanmalı və cinayət işi açılmalıdır. Bənzər hadisə İkinci Dünya müharibəsindən sonra da baş vermişdi. Hələ də Amerikanın bəzi hüquq şirkətləri yəhudilərə dəymiş mənəvi və maddi ziyana görə Almaniyaya cinayət işi açmaqda davam edirlər. Biz sivil cəmiyyətdə yaşayırıq. Hər bir dövlət öz cinayətinə, səhvlərinə görə cavab vermək məcburiyyətindədir.
- Bəli, sivil dünyada yaşayırıq. Amma eşitdiyimə görə, azğın erməni lobbisi sizi də təhdid edir...
- Burada qorxu, yaxud təhlükə yaradacaq məqam yoxdur. Amma etiraf etməliyəm ki, erməni xalqının nasist ruhda formalaşan vətəndaşları təhdid, təhqir dolu mesajlar yazırlar. "Heyf ki, Hitler sizin hamınızı məhv etmədi", "Holokost missiyası tamamlanmalı idi ki, İsrail bu gün Azərbaycana silah sata bilməsin", "Siz canisiniz" və s. Bu ittihamların məntiqli səbəbi yoxdur. Keçmiş qondarma respublikanın başçısı Araik Arutyunyan da bu təhqirlərlə çıxış edənlər sırasında idi. O, hətta dedi ki, Qarabağda ermənilərin məğlubiyyətinin səbəbkarı biz yəhudilərik, çünki yəhudi silahlarından istifadə olunur. Azərbaycan tərəfi müharibə boyu bütün beynəlxalq konvensiyalara riayət etdi. Mülki əhalinin yaşadığı heç bir obyekti qəsdən atəşə tutmadı.
Ən qəribəsi isə odur ki, Ermənistan Azərbaycana silah satmaqda yalnız bizi günahlandırır. Rusiya Federasiyasını görməzdən gəlir. Belə başa düşürəm ki, ittihamın da xalq və ölkəyə görə limiti mövcuddur. Lakin yenə də deyirəm, ermənilərin çoxu sosial hesablarında Hitleri qınamaqdan əl çəkmirlər. Ümid edirəm, onların arasında da adekvat düşünənlər var. Təəssüf ki, Ermənistanda ciddi təhsil, təlim-tərbiyə islahatları aparılmalıdır ki, xalqın xəstə faşist təfəkkürü dəyişsin. Hələlik isə bu yalnız arzu və ümiddir.
- Bir müddət öncə Fransanın məşhur hüquqşünası, beynəlxalq hüquq eksperti ilə müsahibə edirdim. Ötən əsrin 90-cı illərində Qarabağı öz istəyimizlə tərk etdiyimizi söylədi. Tarixi faktları önünə qoyanda isə, “təəssüf... biz beynəlxalq hüquqçuların çoxu bu həqiqəti bilmirdik” deyə cavab verdi. Bu kor qardaşlığın kökü haradan qaynaqlanır?
- Gəlin məsumca davranmayaq. Fransada çox güclü erməni icması var. İstər mətbuat, istər diplomatiya, istərsə də digər sahələr olsun. Bu, Kaliforniya ştatında da belədir. İkinci fakt isə uzun tarixə söykənən xristian qardaşlığıdır. Məntiqlə düşünməliyik. Bu gün dünyanın ən nüfuzlu ölkələrində xristian dini hakimdir. Və təbii ki, istənilən xristian ölkəsi öz din qardaşı Ermənistana daha çox inanacaq. Ermənistan tərəfində olmağa can atacaq. Xristianın xristiana münasibəti ikiqat doğmalıq deməkdir. Onlar məsələnin dərininə varmadan, müharibəni sivilizasiyalara bölürlər. Sanki xristian soyqırımından söhbət gedir. Biz yəhudilər bu fakta alışdığımız üçün heç vaxt təlaşlanmırıq. Sadəcə, tarix boyu haqqımız olan uğrunda mübarizə cəbhəsində möhkəmlənib, ruhən daha da güclənirik. Əminəm ki, Azərbaycan da belə olacaq.
- Artıq müharibə bitdi. Lakin hər kəs müxtəlif fərziyyələr irəli sürür. Uğrunda savaşdığımız doğma Qarabağın gələcəyini necə görürsünüz?
- Düşünürəm ki, yaxın dövr ərzində ermənilərlə sülh şəraitində yaşamaq mükün olmayacaq. Mətbuatdan da şahid oluruq ki, erməni xalqı ölkə rəhbərliyinin imzaladığı kapitulyasiya sənədilə razılaşmır. Düşünürəm ki, Ermənistan önümüzdəki illər ərzində maliyyə toplayıb, ordusunu gücləndirmək istəyəcək ki, yenidən torpaqlarınızda müharibəyə başlasın. Bu hala tam hazırlıqlı olmalısınız. Regionun stabilləşməsi üçün Ermənistanda elə bir hakimiyyət qurulmalıdır ki, daşnakların idealogiyasının üstündən xətt çəkib, qonşuları ilə sülhə nail olsun. Təəssüf ki, buna inanmıram. İstənilən halda xeyirə inanıb, şərlə müharibəyə hazır olun.
Xalqınızı isə ata-baba yurduna qayıtdığı üçün təbrik edirəm. Qələbənizə inanıram, müdrik rəhbərinizin siyasətindən əminəm. İnanıram ki, bir neçə il ərzində Qarabağı yamyaşıl cənnətə çevirəcəksiniz. Kənd təsərrüfatı inkişaf edəcək, yollar, küçələr, evlər ən gözəl şəkildə bərpa olunacaq. Tanrının bərəkəti daim üstünüzdə olacaq. Çünki qonaqpərvər, multikultural xalqsınız.
Leyla Sarabi
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Vəziyyət daha da ağırlaşacaq
-
Sosial23 Noyabr 23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23 Noyabr 23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial23 Noyabr 22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin223 Noyabr 21:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman23 Noyabr 20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial23 Noyabr 20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa23 Noyabr 19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL