Xüsusi
Araik Arutyunyanın ömrünə az qalıb, yaxın zamanlarda... - Azərbaycanlı POLKOVNİK AÇIQLADI - - VİDEO
Video əlavə olunub.
xxx
Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Üzeyir Cəfərov silahlı qüvvələr sırasından tərxis olundu. Özü də 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü öncəsi…
Üzeyir bəy 44 günlük müharibənin gedişində ehtiyatdan ordu sıralarına çağırılmışdı. Tərxis olunmasının səbəbini Üzeyir Cəfərovun özündən eşitmək istədik. Budəfəki “Cümə söhbəti”mizin qonağı odur.
Yenidən ehtiyata buraxılan zabitimizin, hərbi jurnalist Üzeyir Cəfərovun Publika.az-a müsahibəsini təqdim edirik:
- Üzeyir bəy, ordudan tərxis olunduğunuzu açıqlamısınız. 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində ehtiyata buraxılmanızın səbəbi nədir?
- Əslinə qalsa, bu məsələ keçən aydan həll olunub. Sadəcə olaraq mən elanı indi verdim ki, Silahlı Qüvvələr Günü ərəfəsində dostlarla təmaslarımızı bərpa edək. Bunun başqa bir anlamı, mənası yoxdur. Ötən ay belə bir qərar verildi. Mən hərbi xidmətə çağırılanda da biz rəhbərliklə razılaşdıq ki, müəyyən müddətə əlimdən nə kömək gəlirsə, onu göstərə bilərəm. Öz köməyimi də bacardığım qədər etdim. Azərbaycan Silahlı Qüvvələri üçün gənc kadrların yetişdirilməsində təvazökarlıqdan uzaq olsa da, mənim də müəyyən əməyim, zəhmətim, xidmətlərim oldu. Yüzlərlə gənc zabit bu yaxınlarda Silahlı Qüvvələrin sırasına qatıldı. Onların hazırlanmasında, yetişdirilməsində bütün əməyi keçənlərlə yanaşı, mənim də qatqılarım var. Hazırda orduda kifayət qədər işlər görülür. Bunun ictimailəşdirilməsi, mətbuatla təmasların qurulması məqsədi ilə mən rəhbərliyə müraciət etdim. Onlar da sağ olsunlar, bütün bunları anlayışla qarşıladılar. Xahişimi nəzərə aldılar. Çünki mən peşəkar zabit olmaqla yanaşı, ehtiyatdan çağırılmışdım. Buna görə də digərlərindən fərqli olaraq mənim istənilən vaxt ordudan tərxis olunmaq hüququm var idi. Digərləri müəyyən müddət həddini - 20-25 il müddət xidmət həddini keçməlidirlər. Mən isə bu həddi keçmişdim. Ona görə də rəhbərlik tərxis olunmağımla bağlı qərar qəbul etdi.
- Bəs bundan sonra hansı işlə məşğul olacaqsınız?
- Bundan sonra ordu quruculuğu ilə bağlı jurnalist dostlarımızla daha sıx təmaslarımız olacaq. Hesab edirəm ki, bu işləri bir qədər də genişləndirmək lazımdır. Qalib ordunun, qalib dövlətin görəcəyi başqa işlər də var. Ordu öz işini gördü. Artıq növbə bizimdir – yazarlarındır. Ona görə tərxis olunduğumu Silahlı Qüvvələr Günü ərəfəsində elan elədim ki, bəzi şeylər var və onları incələməyi özümə borc bilirəm. Bilirsiniz ki, cəbhə bölgəsində sülhməramlılar var. Acı söz olsa da, onların bəzi əməlləri var ki, heç bir o qədər də sülhməramlı xarakter daşımır. Rəsmi şəxs olaraq onları dilə gətirmək səlahiyyətində deyildim. Artıq tərxis olunmuşam. Ordunun keçmiş əməkdaşı, zabiti kimi bunları dilə gətirməyi və izah etməyi özümə borc bilirəm. Həm Azərbaycan, həm rus, həm də ingilis dillərində onların yiyələrinə çatdırmaq lazımdır ki, Azərbaycan xalqı Şuşanı azad etdi, inşallah Xankəndini, Xocalını, Xocavəndi, digər ərazilərimizi də azad edəcək. Bundan sonra çox rahat şəkildə bu haqda danışa, müzakirə edə bilərik. Bilirsiniz ki, son vaxtlar ordu ilə bağlı müxtəlif fikirlər var. Doğrudur, rəsmilər bəzi məlumatları verirlər. Amma biz – ordu ilə bağlı olan insanlar da bir sıra məlumatlara malikik. Bəzi məlumatlar mətbuata vaxtında çatdırılmadığına görə müəyyən şayiələr yayılır. Bir sıra lazımsız müzakirələr açılır. Bütün bunları görərək qərara aldım ki, doğma sahəmdə işlər görməliyəm. Bilirsiniz ki, mən bu sahəni bitirmişəm. Bir qədər təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki, keçmiş sovetlər dönəmində hərbi jurnalistika üzrə təhsil alan və bu ixtisasa yiyələnən ilk hərbi jurnalist mənəm. Ölkəmizdə 10-a yaxın hərbi jurnalist olsa da, bu gün onların 1-2 nəfəri Azərbaycandadır. Yerdə qalanları ayrı-ayrı sahələrdədir. Başqa ölkələrdə yaşayırlar. Hesab edirəm ki, hazırda ən böyük işimiz Azərbaycanın haqq səsini dünya dövlətlərinə çatdırmaqdır. Ölkə rəhbərliyi, Prezident Administrasiyası bunu siyasi müstəvidə edirsə, biz də ictimaiyyət nümayəndələri olaraq fikirlərimizi hərbi-siyasi müstəvidə həm diplomatlara, həm mətbuata, həm də sosial media vasitəsi ilə xaricə çatdırmalıyıq. Bu məqsədlə mən yenidən öz doğma işimə qayıtmağı düşündüm və sağ olsunlar ki, mənim bu arzumu nəzərə aldılar.
- Səhv etmirəmsə, siz elə müharibənin gedişində orduya çağırılmışdınız. Xidmət yeriniz döyüş bölgəsində idi, yoxsa arxa cəbhədə zabit hazırlığı ilə məşğul idiniz?
- Fəaliyyət istiqamətim hərtərəfli idi. Həm döyüş bölgələrində olurduq, həm də zabit hazırlığı ilə məşğul idik. Fəaliyyətimiz bir istiqamətlə yekunlaşmırdı. Müdafiə Nazirliyi, sərhəd və döyüş bölgəsi ilə bağlı bütün məsələlər vahid koordinasiya mərkəzindən idarə edilirdi. Elə şeylər var ki, biz onları mətbuata açıqlamırıq. Heç buna ehtiyac da yoxdur. Bizə əsas nəticə lazım idi. Şükürlər olsun ki, Azərbaycan Silahlı Qüvvələri, ordumuz həmin nəticəni ortaya qoydu. Müəyyən xırda detallar var, ehtiyac yaranarsa, biz onları incələyə, təhlil edə bilərik. Bütövlükdə fəaliyyətimiz ön və arxa cəbhə ilə bağlı olan məsələlər idi. Lazım gəlsə, onları açıqlayaram. Yenə də deyirəm ki, bu, Azərbaycan Silahlı Qüvvələrinin sırf döyüş tapşırığı ilə bağlı olan məsələlərdir.
- Rusiyalı hərbçilərin sülhməramlı adına layiq olmayan addımlarının şəxsən şahidi olmusunuzmu?
- Özləri öz zibillərini gündə 50 dəfə göstərirlər. Belə də qeyd edərsiniz... Azərbaycanın beynəlxalq axtarışa verdiyi adamı Rusiya Federasiyasının birbaşa borcudur ki, saxlasın və Azərbaycana təhvil versin. Mən yaramaz Araik Arutyunyandan söhbət edirəm. Azərbaycan Baş Prokurorluğu bu adamı axtarışa verib, amma o, gah İrəvanda peyda olur, gah da Moskvaya gedir. Bu şəxs axtarışdadırsa, təhvil verməlidirlər. Bu, necə sülhməramlılıqdır?! Tam səmimi deyirəm ki, Araikin ömrünün sonuna çox az qalıb. O, yaxın zamanlarda layiq olduğu cəzanı və yeri alacaq. Bir qədər səbr etməliyik. Araik Arutyunyan bizim üçün bir o qədər də təhlükə mənbəyi deyil. Ermənilər əyinlərinə şalvar almağa pul tapa bilmirlər, indi Araik durub nə edəcək ki?! Əlinə bir çiling alıb ağac əkir, o ağac sənin başına dəysin! Oradan vurub, buradan çıxır... Araik, sən bununla nə edəcəksən ki?! Sən yer üzündən silinməyə günləri, bəlkə də saatları qalmış adamsan. Elə şeylər var ki, biz onu mətbuata açıqlamırıq. Buna ehtiyac da yoxdur. Azərbaycan dövləti o qədər aciz deyil ki, Araik kimi birinin əməllərindən əndişə keçirsin, narahat olsun... Sadəcə olaraq bəzi adamlar klaviatura arxasında oturub elə hoqqalardan çıxırlar ki... Sən bir məsələnin dərinliyinə var, ondan sonra gör nədir də... Əgər sülhməramlılar bu cür davam edəcəksə, o zaman Azərbaycanın hərbi-siyasi rəhbərliyi bir müddətdən sonra tamam başqa qərar verəcək. Azərbaycan bu gün desə ki, mənə sülhməramlı lazım deyil, onlar gəldikləri kimi də yığışıb geriyə getməyə borcludurlar. Ermənilərin atlanıb-düşmələri ilə deyil ki... Onlar heç kimdirlər. Gedə bilərlər demirəm, getməyə borcludurlar. Çünki üçtərəfli müqavilədə göstərilir ki, həmin müqavilədə tərəflərdən biri imtina edərsə, sülhməramlılar gedəcək. Ermənilər düşünür ki, sülhməramlılar onların dədələri, nənələridir. Çünki yiyələri gəlib. Azərbaycan bəzi məsələləri yoluna qoymaq üçün hələlik dözüm, səbr nümayiş etdirir. Hər səbrin, dözümün də bir vaxtı var. Şəxsən mən bu məsələdə narahat deyiləm. Bəziləri deyirlər ki, Xankəndiyə nə zaman Azərbaycan bayrağı sancılacaq. Onsuz da Xankəndi hər zaman Azərbaycanın olub, Azərbaycanın da olacaq. Xocalımız, Xocavəndimiz, Ağdərəmiz də həmçinin... Orada bir nəfər də yaramaz erməninin ayaq izi qalmayacaq. Bir daha deyirəm, hər şeyin zamana və vaxta ehtiyacı var. Həmin zaman da uzaqda deyil.
- İlk dəfədir ki, bu il Silahlı Qüvvələr Gününü qalib ölkənin xalqı – şəxsi heyəti kimi keçirəcəyik. Bir hərbçi olaraq bu hissləri sözə çevirmək mümkündür?
- Musiqiçilərin təbirincə desək, əvvəllər səs tembrimiz 1-2-3 idisə, indi 11-12-13-dür... Biz bütün dünyaya sübut etdik ki, bütün dünyanın eləmədiyi, eləmək istəmədiyi məsələni 44 günə həll elədik. Həmin torpaqlar 1988-ci ildən 1994-cü il mayın 12-nə qədər ermənilər və onların havadarlarının dəstəyi, hətta havadarlarının birbaşa iştirakı ilə işğal olunmuşdu. Amma Azərbaycan Ordusu öz gücünə, əzminə və qeyrətinə güvənərək bu məsələni həll elədi. Davamı da gələcək. Bəli, biz deyirik ki, məsələ həll olunub. Ancaq məsələnin xırda texniki detalları hələ də qalır. Həmin texniki detallar sona qədər həll ediləcək. Tam məsuliyyətlə deyirəm ki, Azərbaycan vətəndaşları həmin ərazilərdə öz fəaliyyətini davam etdirəcəklər, yaşayacaqlar. Region da tamam fərqli istiqamətdə inkişaf edəcək. Buna heç kimin şübhəsi olmasın.
Tural Turan
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO