Xüsusi
Xüsusi təyinatlımız Cəbrayıl döyüşləri ilə bağlı SİRLƏRİ AÇDI: Bərxudarov kövrələrək məni qucaqlayıb dedi ki...
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olundu. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancıldı. Düşmən əsirliyində qalan doğma torpağımız 27 ildən sonra Vətən oğullarını salamladı. Rəşadətli ordumuzun ayaq səsləri Cəbrayıla nəfəs verdi.
27 illik işğaldan sonra Cəbrayıla nəfəs verən oğullardan biri ilə həmsöhbət olmuşuq.
Qəhrəmanımız Cəbrayılın azad olunmasına qədər keçdikləri bütün mərhələlərdən danışıb, şəhərin necə azad edildiyindən bəhs edib.
Cəbrayılın azad olunması xüsusi təyinatlı kəşfiyyatçı Asim Əliyevin dili ilə
Publika.az-a danışan kəşfiyyat baş idarəsinin xüsusi təyinatlılarında qrup komandiri kimi döyüşlərdə iştirak edən Asim Əliyev döyüşlərin ilk günündən Cəbrayılın azad olunmasına qədər düşmənə ağır zərbələr endirib, şəhərin azad olunmasında iştirak edib, qəhrəmanlıq göstərib. Xüsusi təyinatlı kəşfiyyatçımızın döyüş yolu Cəbrayıldan sonra da davam edib. O, Hadrutun və Qubadlının azad olunmasında yaxından iştirak edib, bir neçə dəfə yaralanıb, ancaq sağalaraq yenidən Şuşaya qədər davam edib.
Üç istiqamətdən Cəbrayıla hücum
“Əvvəl qrup komandirinin müavini idim, birinci qrupda idim, 27-si qrup komandirimiz Kənd Horadizdə düşmənin xüsusi təyinatlıları ilə döyüş zamanı yaralandı. Sonra isə 27-dən Qubadlının alınması gününə qədər mən qrup komandiri olaraq iştirak etdim. Döyüşlər Araz qırağından Lələtəpə yüksəkliyi, Vilayət postu və Yastı təpə yüksəkliyi istiqamətində başladı. Əslində cəbhəboyu hücumlar var idi. Əsas düşməni aldatmaq üçün manevrlər edirdik, gücü başqa yerdə göstərib başqa yerdən hücum etmək lazım idi. Ona görə də əsas qeyd etdiyim 3 istiqamətdən hücuma başladıq. Bu, Cəbrayıl şəhərinin azad olunması üçün başladılan əməliyyat idi. Sentyabrın 27-də Yastı təpə istiqamətindən hücuma keçdik. Mən kəşfiyyat baş idarəsinin xüsusi təyinatlılarında qrup komandiri kimi döyüşlərdə iştirak edirdim. Kənd Horadizi aldıq, oradan Nüzgar kəndinə sola doğru hərəkət elədik, soldan fırlanıb Quycaq kəndinə, daha sonra isə Şeybey kəndi və bu istiqamətdə də Cəbrayıl şəhərinə doğru irəlilədik. Qeyd etdiyim kəndlər ilk gün adı açıqlanan azad olunan kəndlər idi. Onları biz azad etdik. Həmin gün Kənd Horadiz, Füzulinin bir neçə kəndi, Cəbrayılın Çaxırlı, Quycaq, Şeybey kəndləri azad olundu.
Düşmənin müdafiə xətlərinin yarılması
A.Əliyev bildirir ki, düşmənin əsas birinci müdafiə xətti Böyük Cocuq Mərcanlı, Kənd Horadiz istiqamətində yerləşirdi. Onların Cəbrayıla getmələrində də əsas mane məhz bunlar olub: “Biz ön xətti yarandan sonra ikinci müdafiə xətti qurulmuşdu, bundan əlavə, Quycaq kəndi istiqamətində düşmənin daha böyük - üçüncü müdafiə zolağı var idi. Onları yarandan sonra tam sərbəst və sürətli şəkildə Cəbrayıl şəhərinə doğru irəliləyə bildik. Biz oktyabrın 2-dən 3-nə keçən gecə Quycaq kəndini keçib, Cəbrayıla doğru hərəkət edirdik. Əsas gecə hərəkət edib mövqelənirdik. Düşmənlə bizim qoşunların təmas vaxtını bilirdik. Məsələn, bizim piyada qoşunlarımız səhər 07:30-da hücuma keçəcək, həmin vaxt biz arxadan manevr edib düşməni məhv edəndən sonra qoşunlarımızın qarşısı açılırdı və sürətlə irəliləyə bilirdilər. Cəbrayıla doğru 3 xüsusi təyinatlı kəşfiyyat qrupu, 6 kəşfiyyat-diversiya qrupu var idi. Qruplarda 12 nəfər olurdu. Yaralılar da var idi, buna görə də say 12-dən aşağı ola bilərdi”.
Düşmənə sarsıdıcı zərbə
Asim və döyüş yoldaşları Kənd Horadizdə düşmənin bir piyada qoşunlarını məhv edirlər, daha sonra isə xüsusi təyinatlı 3 erməni qrupunu darmadağın edirlər:
“Quycaq kəndində düşmənin üçüncü müdafiə zolağı var idi, orada müqavimət göstərirdilər. Əsas çətinliyimiz ac və susuz olmağımız, 6 gün hərəkətdə olmağımız, Nüzgar kəndində mühasirədən çıxmağımız idi ki, bu da bizi çox yormuşdu. Buna görə də onların bizə yüngül müqaviməti də ağır gəlirdi. Ancaq Cəbrayıl şəhərinə yaxınlaşdıqca düşmən qaçırdı”.
Cəbrayıla gedən yolda mühasirə
Asim Əliyevin qrupu və digərləri Cəbrayıla doğru irəliləyərkən Nüzgar kəndi istiqamətində dörd tərəfdən mühasirəyə düşürlır, orada 17 şəhid verirlər: “Mühasirədə olduğumuz zaman artilleriya qoşunlarını çağırırdıq. Artilleriya qoşunları yerdəyişmə edirdi və ehtiyat mövqeyə keçirdilər. Biz artilleriyanın yerdəyişmə etdiyi bir zamanda mühasirəyə düşdük. Hər tərəfdən mərmilər üstümüzə yağış kimi yağırdı. Biz artilleriyanı çağıranda hərbi hava qüvvələrinin pilotu kapitan Səfərov 2-ci qrupun komandiri ilə əlaqəyə çıxdı və ona bildirdik ki, bizə iki istiqamətdən kömək lazımdır. Kapitan isə bir istiqamətdən kömək edə biləcəyini dedi və Nüzgar kəndi istiqamətindən atdı, düşmən qüvvələrini həmin istiqamətdə məhv etdi. Sonra isə oranı yarıb Quycaq kəndinə çıxdıq”.
Azərbaycan əsgərinin ayağı Cəbrayıldadır
A.Əliyev şəhərə daxil olmalarını bu cür xatırlayır: “Şəhərə sol tərəfdən xüsusi təyinatlı qüvvələrimiz yaxınlaşdı. Biz xüsusi təyinatlı kəşfiyyatçılar Gənclər bulağı ərazisindən Cəbrayıla yaxınlaşdıq. Düşmən artıq hər şeylərini atıb qaçmışdı. Şəhərdə hərbi hissənin içərisində bir növbətçi və bir qadın qalmışdı. Biz qadını əsir götürdük, sonra isə o, təhvil verildi. Cəbrayılın mərkəzi dairəsində sol tərəfə onların yerləşdiyi kiçik hərbi şəhərcik var idi, ermənilər oranı tərk edib qaçmışdılar. Stolun üstündə yeməkləri isti idi. Avtomobillərini də atıb getmişdilər. Ermənilər Əlipaşa yüksəkliyinə çəkilmişdi və oradan bizə artilleriya ilə ara-sıra müqavimət göstərirdilər. Elə də güclü müqavimət yox idi. Şok atəşindən sonra sürətli hücumla qarşılaşmışdılar. Müharibənin ilk həftəsində bir rayonu azad etməyi hər ordu bacarmaz, bunu Azərbaycan ordusu etdi”.
Ermənilərin hiyləsi, Azərbaycan əsgərinin qüdrəti
“Biz Cəbrayıla ilk Füzuli istiqamətindən, arxadan girmişik. Onlar Qubadlıya yaxınlaşanda müqavimət göstərdilər. Biz Cəbrayıla girəndə Kənd Horadizdə bir briqada qoşun buraxmışdılar ki, bizim arxamızı bağlasınlar. Biz o zaman şəhəri azad etmişdik. Amma həmin qoşunların hamısını bizim hərbi hava qüvvələrinin iki helikopteri, tank əleyhinə raket bölmələri məhv etdi. Cəbrayıldan Quycaq və Şeybey kəndləri istiqamətində gələn yolda onların xüsusi təyinatlılarının maşını hərəkətdə olan zaman “Bayraqdar” 12-13 maşın dolu erməniləri məhv etmişdi. Buna görə də əliyalın qaçmaqdan başqa seçimləri qalmamışdı. Şəhər azad olunandan sonra bizim qruplardan biri Əlipaşa yüksəkliyini ələ keçirməyə çalışırdı”.
Asim Əliyev 2016-cı ildə Lələtəpə yüksəkliyinə bayraq sancaq igidimizdir: “Müharibədə bayrağı asmaq üçün bayraqdar təyin edilirdi. 2016-cı ildə Lələtəpə yüksəkliyi azad olunanda mən bayrağı asdım. O zaman əsgərlərimiz üzərlərində bayraq gəzdirmirdi. Türkiyədən yeni gəlmişdim, üzərimdə bayraq var idi. O zaman çıxarıb bayrağı Lələtəpəyə sancdım”.
Cəbrayıldan sonrakı plan
Asim və döyüşçü yoldaşlarına Cəbrayıl şəhərini azad edəndən sonra Hadrut və Qubadlı istiqmətində hərəkət etmək tapşırığı verilir. O, Hadrutun və Qubadlının alınmasında iştirak edir. Müharibənin ilk günündə sol budundan güllə yarası alır. Cəbrayılda sol diz oynağından, Qubadlıda da sol diz oynağından, sol dirsəyindən və qarın nahiyəsindən qəlpə yarası alıb. Ancaq dayanmayıb, yaralı halda döyüşə davam edib. Müsahibim tapşırığı sona çatdırmadan öldü var, döndü yoxdur deyir.
Bərxudarovun tapşırığı
Ancaq 2-ci Ordu Korpusunun komandiri, general-mayor Mayis Bərxudarov onu yaralı halda görərək geri qayıtmasını tapşırır. Asim isə döyüşəcəyini deyir:
“Mən iki il general-mayor Mayis Bərxudarovun cangüdəni olmuşam. Əvvəl məni tanımırdı, sonra məni gördü. Əlipaşa yüksəkliyini götürəndən sonra mən yolun istiqamətini müəyyənləşdirirdim ki, istehkamçılar ora yol çəksin. Məni gördü, yeriyə bilmirdim, axsayırdım. Dedi nə olub. Kəşfiyyat rəisi dedi ki, yaralanıb. Məni qucaqladı və kövrəldi, dedi ki, get. Amma mən qayıtmadım. Dedi niyə getmirsən, dedim siz də yaralanmısınız, amma getmirsiniz. Dedi ki, mən Laçında müəllimimə - Əliyar Əliyevə söz vermişəm. Dedim ki, mən də söz vermişəm. Soruşdu ki, kimə. Dedim ki, sizə söz vermişəm, Lələtəpədə bayrağı mənə verəndə dediniz ki, Laçında, Şuşada dalğalandırasan. İndi istiqamətimiz Laçındır. Bundan sonra dedi ki, yarana baxacam. Gördü ki, yaram çirk edib, göndərdi, yenə getmədim.
Son döyüşüm Qubadlı şəhərində oldu. Oranın da azad olunmasında iştirak etdim. Döyüş tapşırığımı tam qurtardı. Məni hospitala göndərdilər, iki saatdan bir ağrıkəsici vurulurdu, dayana bilmirdim. 1 həftə orda qaldım, sonra geri qayıtdım. Sonra Şuşa istiqamətinə getdim. Kəşfiyyat dəstəsinin irəliləməsinə və mühafizə olunmasına yardım edirdim. Sonra Şuşa istiqamətində getdim, 3 gün sonra qələbə oldu. Yenidən hospitala təxliyə olundum. Müharibə artıq bitmişdi”.
Asim Əliyev iki dəfə “İgidliyə görə”, , “Azərbaycan bayrağı” və “Rəşadət” ordenləri ilə, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “ Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Akqabay Mıradov
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı