İrəvanda PANİKA: cəmiyyət qorxu içindədir
Bizi izləyin

Xüsusi

İrəvanda PANİKA: cəmiyyət qorxu içindədir

Axırıncı erməni təxribatlarından sonra Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini ikinci dəfə diz kökdürməsi erməni cəmiyyətini panikaya salıb. Erməni cəmiyyətinin qorxu içərisində olmasını sosial şəbəkələrin Ermənistan seqmentində və mediada aydın şəkildə görmək mümkündür. Çaşqınlığın səbəbi isə yenidən müharibənin başlaması qorxusu və təzədən ağır, ağrılı məğlubiyyət xofudur.

Son hadisələr beynəlxalq aləmdə təklənən Ermənistanın daxilini, ölkə cəmiyyətini də iki yerə parçaladı: Qərbsevərlər və Rusiyapərəstlər... İndi onlar həm hakimiyyəti, həm də müttəfiqlərini Azərbaycan qarşısındakı silsilə məğlubiyyətlərə görə ittiham edirlər.

Bəs erməni cəmiyyətinin panika və çaşqınlığının kökündə nələr dayanır? Onları qorxudan, panikaya salan başqa hansı səbəblər var?

Hərbi psixoloq Azad İsazadə Publika.az-a açıqlamasında söyləyib ki, axırıncı hadisələrdən sonra Ermənistan cəmiyyətindəki çaşqınlığın və gərginliyin bir sıra incə məqamları var:

“Bilirsiniz, ən vacib məqam ondan ibarətdir ki, ikinci Qarabağ müharibəsində erməni cəmiyyəti mənfi təcrübə qazandılar; Həmin dövrdə müharibə gedirdi, Azərbaycan irəliləyirdi. Ermənistan rəhbərliyi Azərbaycanla danışıqlara getmək istəmədi, ona görə də itkilər çox oldu. Ermənilər fikirləşirlər ki, o vaxt Paşinyan Azərbaycanla danışıqlara əvvəlcədən getsəydi, daha az “ərazi” itirərdilər və itkilərin sayı da da az ola bilərdi. İndi də Ermənistan cəmiyyətində düşünürlər ki, bu ilin 10 noyabrında Nikol Paşinyan Azərbaycan Prezidenti və Rusiyanın rəhbəri ilə görüşməli idi. Amma Paşinyan bu görüşdən imtina elədi. Ermənistan cəmiyyətində əsas fikir budur ki, Paşinyan həmin görüşdən imtina etdiyi üçün döyüşlər yenidən başlayıb. Sadə ermənilər indi qorxur ki, bu gün Azərbaycan tərəfinin təklif etdiyi şərtləri Ermənistanın baş naziri qəbul eləməsə, sabah Azərbaycan tərəfi silah gücü ilə Ermənistanın əlində qalan torpaqları, daha artığını götürəcək. İndi Ermənistan cəmiyyətində bu panika hökm sürür. Ermənilər fikirləşirlər ki, əgər bu gün İrəvan danışıqlara getməsə, razılığa gəlməsə sabah Azərbaycan Ermənistanın qarşısında daha çox tələb qoyacaq. Üstəlik, Ermənistanda etirazlar da başlayıb”.

Azad İsazadənin fikrincə, ermənilərin qorxusunun digər səbəbi dağılmış ordu ilə bağlıdır:

“O vaxt Ermənistanın pis-yaxşı, hansısa bir ordusu var idi. İndi heç həmin ordu da yoxdur. Tamamilə darmadağın olub. Eyni zamanda düşünürdülər ki, arxalandıqları Rusiya onlara kömək edəcək. Gördülər ki, Rusiyadan da kömək yoxdur. Ona görə də praktiki olaraq özlərini tənha və aciz hiss etməyə başlayıblar. Beləliklə, bu ilin dekabrın axırına qədər Azərbaycan və Ermənistan arasında hansısa razılşma əldə oluna bilər. Bu baş verməsə, o zaman həmin vəziyyət davam edəcək. Atışmalar, itkilər olacaq. Biz yavaş-yavaş, 50-100 metr, yarım kilometr irəliləyərək öz sərhədimizdə tamamilə möhkəmlənəcəyik və sərhədə nəzarət tərəfimizdən tam bərpa ediləcək”.

Hərbi psixoloq Paşinyanın daxildəki çaxnaşma və gərginlikdən diqqəti sərhədə yönəltmək üçün son təxribatları törətməklə bağlı göstəriş verməsi fikrinə də toxunub:

“Erməni cəmiyyətindəki narahatlıqdan və gərginlikdən diqqəti cəbhə xəttinə yönəltmək üçün sərhəddəki son hadisələri Paşinyanın, İrəvandakı hakimiyyətin belə bir addım atması sadə versiyalardan biridir. Əgər bu versiya səslənirsə, düşünməliyik ki, Nikol Paşinyan o qədər də sadəlöhv deyil. Yəni bu qədər bəsit bir işə gedəcəyi bir az inandırıcı görünmür. Çünki Ermənistanın, Paşinyanın “alver” etməyə variantı yoxdur. O, sadəcə minimumu verməyə çalışır. Paşinyan ya Zəngəzur dəhlizini açmalıdır, həmin dəhliz Laçın dəhlizi ilə eyni statusda olur, ya da sərhədlərin delimitasiyasına getməlidir. Əgər Nikol Paşinyan buna getməsə, Azərbaycan haranı öz ərasisi hesab edirsə, həmin əraziləri öz nəzarətinə alacaq. Üstəlik, erməni cəmiyyəti son hadisələrdən sonra iki yerə bölündü, Rusiyaya qarşı çıxanlar və Qərbi dəstəkləyənlər. Rusiya tərəfdarları bildirirlər ki, bizim başqa varinatımız yoxdur. Əslində iki tərəf də Rusiyadan inikdir, ruslardan xoşları gəlmir. Sadəcə olaraq onlar düşünürlər ki, Rusiyadan başqa heç kəs bizim arxamızda dayana bilməz. Bir tərəf deyir ki, elə Rusiya ilə danışığa gedək, halbuki o da düşməndir, Qərbpərəstlər isə söyləyirlər ki, birmənalı şəkildə ruslardan imtina edilməlidir. Çünki onlardan heç vaxt xeyir görmədiklərini vurğulayırlar. Ümumilikdə hər iki qütb Rusiyanı xoşlamır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm