Xüsusi
Erməni təxribatının PƏRDƏARXASI: Dağ komandolarımız... - DETALLAR
Ermənistan bu təxribatlarla qisas almağa çalışır.
Bunu Publika.az-a müsahibəsində politoloq Qabil Hüseynli deyib.
- Qabil müəllim, ermənilərin son təxribatı nəticəsində daha bir əsgərimiz şəhid oldu. Bütün bunlar nədən xəbər verir? Soçi görüşündən sonra diplomatik çıxış yolları tükəndimi?
- Əlbəttə, Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr həyəcanvericidir. Ermənistanın bu təxribatları həmişə bir xətt üzrə yaşanır. Eyni zamanda kimlərsə tərəfindən məqsədyönlü surətdə yönləndirilir. Son təxribatların əsas səbəbkarı kimi Ermənistandakı “Qarabağ klanı” və onların müdafiə nazirliyi sistemində yerləşdirdiyi kadrlardır. Ermənistanda başda baş nazir Nikol Paşinyan olmaqla onların hamısının əhval-ruhiyyəsi qisasçılıq xarakteri daşıyır. Onlar hələ də Azərbaycanın qələbəsini həzm edə bilmirlər. Ona görə mütəmadi olaraq təxribatlara əl atırlar. 26 noyabrda Moskvada baş tutan Soçi görüşündən sonra müəyyən qənaətlər hasil olunduqdan sonra ermənilərin vurnuxmalarının sayı daha da artıb. Məhz bunun nəticəsidir ki, Qərbdəki müəyyən dairələrin köməyi ilə Azərbaycanı Soçi müstəvisindən Brüssel müstəvisinə çəkmək istəyirlər.
- Sizcə, ermənilərin bu niyyəti baş tutacaqmı?
- Əlbəttə ki, onların bu niyyətləri baş tutmayacaq. Çünki Azərbaycan Respublikasının Prezidenti kifayət qədər səriştəli və dünyada gedən prosesləri əla səviyyədə bilən bir siyasətçidir. Azərbaycan Prezidenti bu siyasi proseslərdə ermənilərin qabağa çıxmasına imkan verməyəcək. Amma qarşıda böyük məsələlər dayanır. Baş nazirlərin müavinləri səviyyəsində yenə də kommunikasiyaların açılması istiqamətində Rusiyanın bilavasitə təkidi ilə üçtərəfli görüş keçiriləcək. Bu görüşdə Rusiyanın proseslərə diqqəti daha da artacaq. Amma erməni ordusunun, xüsusilə sərhəddə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin zərərsizləşdirilməsi və yaxud onların təxribat xarakterli hərəkətlərinin qarşısının alınması üçün Ermənistan siyasi rəhbərliyi öz üzərinə bir sıra öhdəliklər götürməlidir.
- Prezident Qubaya səfəri zamanı Ermənistana sərt ismarışlar göndərdi. Bu ismarışların şifrələri nələrdir?
- Bəli, ölkə başçısı Quba rayonuna səfəri zamanı ermənilərə ultimativ xarakterli mesajlar göndərdi. Bu mesajlar kifayət qədər aydın və birmənalı idi. Birbaşa İrəvandakı siyasi rəhbərliyə ünvanlanmışdı. Həmin ismarışları de-şifrə edəndə belə nəticə hasil olur ki, Ermənistanın labirint oyunları Azərbaycanı hövsələdən çıxarıb. Biz bu məsələlərə son qoyub Ermənistandan real, praktiki problemləri çözməyi tələb edirik. Görünən odur ki, Ermənistan üçün bu da yetərli deyil. Çünki ermənilərin sərhəddəki və digər istiqamətlərdəki təxribatları hələ də səngimək bilmir. Məsələnin sülh istiqamətində və bu məcrada çözülməsi ilə bağlı Azərbaycan tərəfi öz səylərini davam etdirməkdədir. Bütün bunlarla yanaşı, erməni təxribatçılarının cavabı yerindəcə verilir.
- Erməni tərəfinin təxribatlar silsiləsi nə vaxta kimi davam edəcək?
- Təbii ki, bu, hər zaman belə davam edə bilməz. Məncə, bütün bunların qarşısını almaq üçün 15 dekabrda baş tutması gözlənilən Brüssel görüşünün özündə də Azərbaycan Prezidenti kifayət qədər əsaslı fikirlər səsləndirəcək. Bu kimi məsələlərin aradan qaldırılması üçün Nikol Paşinyanı küncə sıxa biləcək.
- Vəziyyət daha da gərginləşərsə, 16 noyabrdakı lokal toqquşmalar bir daha təkrarlana bilərmi?
- Mən belə görürəm ki, ermənilər biclik işlədirlər. Xüsusən dağlıq ərazilərdə təxribatlar törədirlər. Hərbi əməliyyatların keçirilməsi o qədər də asan olmayan ərazilərdə təxribatlara əl atırlar. Bunu da bilərəkdən edirlər. İstənilən təxribatın qarşısını almaq üçün relyef amili də Azərbaycan üçün bir o qədər önəm kəsb etmir, çünki artıq bizim dağ qoşunları komandolarımız formalaşıb. Bu əməliyyatların harada keçirilməsindən asılı olmayaraq, silahlı qüvvələrimiz Ermənistana sarsıdıcı zərbələr endirə bilər. Mən belə düşünürəm ki, Brüssel görüşündən sonra dövlət sərhədində ermənilərin təxribatlarının sayının artacağı və ya azalacağı ilə bağlı qəti fikir söyləmək mümkün olacaq. Amma ermənilərin təxribatlara meylli olduqlarını da unutmamalıyıq. Yəni onlar sonrakı müddətdə də bu cür hadisələri təkrarlaya bilərlər.
- Sabah xarici işlər nazirlərinin “3+3” formatında görüşü gözlənilir. Ümumiyyətlə, bu format işləyəcəkmi? Sabahkı görüşdən nəsə gözləməyə dəyərmi?
- Açığını deyim ki, Gürcüstan da “3+3” formatındakı görüşlərə qatılsaydı, bu format daha cazibədar görünə bilərdi. Eyni zamanda proseslərin həllində daha çevik və daha aktiv rol oynamaq mümkün olardı. Amma indiki formata da müəyyən ümidlər bəsləmək mümkündür. Hər halda, Rusiya, İran və Azərbaycan münasibətləri normal səviyyədədir deyə bilərik. Bu formatın bölgə dövlətlərindən ibarət olduğunu nəzərə alsaq, “3+3” üçün işləyəcəyini düşünmək olar. Hər halda ATƏT-in Minsk qrupundan, Qərbin müxtəlif konfiqurasiyalarda təklif etdiyi formatlardan bu formatın daha uğurlu ola biləcəyini söyləmək mümkündür.
Tural Turan
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO