Xüsusi
Əgər çox yaxınınız vəfat edibsə... - Yəhudi filosofla MÜSAHİBƏ
Dünyadan köçmüş doğmalarınızla ünsiyyətdə olmaq imkanınız var.
Bu sözləri Publika.az-a özəl müsahibəsində yəhudi filosof, Dünya Müdrikləri Birliyinin fəxri üzvü Mixail Laytman bildirib.
- Cənab Laytman, qlobal problemlərin fonunda tarazlığımızı necə qoruyub saxlayaq?
- İnsanların dünyaya, ətrafdakılara baxış bucağını dəyişmək lazımdır. Yalnız bu halda öz həyatlarını doğru dəyərləndirə biləcəklər. Var olduğumuz dünyanın tablosunu doğru çəkmək lazımdır. Bilirsiniz, bu necə baş verir? Bizim bəşəriyyətdən deyil, onun bizdən asılı olduğunu anlayandan sonra...
Çünki bizim yaşadığımız planet də, bütövlükdə dünya da təxəyyülümüzün məhsuludur. Biz dünyada deyil, dünya bizdə yaşayır. İnsanlara da bunu ötürmək lazımdır. Dünyamızı özümüz qurub rəngləyirik. Bu mərhələyə çatmaq asan deyil, çünki insan təxəyyülünün, şüurunun inqilabıdır. Unutmayın ki, razı qalmadığınız məqamlardan şikayətlənmək yerinə, öz dünyanızda dəyişmək iqtidarındasınız. Hətta dünyanın özünə xas forması, görünüşü də yoxdur. Sizin proqramlaşdırmanızdan çox şey asılıdır. Odur ki, dünyanı yaradan da siz özünüzsünüz. Bu ideologiya uşaqlara körpəlikdən aşılanmalıdır. Özümüzü dünya ilə vəhdətdə hiss etdikcə məsuliyyətimiz də artacaq. Dünyaya tuşladığımız zərbə şübhəsiz, bizə qayıdır. Biz var olduqca onu müxtəlif formalarda hiss edəcəyik.
Dünyanın son durumu səni qane etmir? Nələrisə dəyişmək istəyirsən? Demək, hansısa məqamdan başlamaq lazımdır. Təhsilimizi, insanlara münasibətimizi mükəmməlləşdirmək zamanıdır. Dünyanın düzəninə müdaxilə etmək istəmiriksə, demək, eqoistləşmişik və bu duyğu bizi individual inkişafdan geridə qoyur.
src="/storage/files/upload/images?q=tbn:ANd9GcTgI61WHUiXKzDd6p36_oZdvwtM8ab7vskPSQ&usqp=CAU" alt="Дорога к единству" class="fr-fic fr-dii" style="width: 632px; height: 433.771px;">
- Bu məntiqdən yola çıxsaq, mən də övladımı dünyagörüşlü, mədəni, sülhsevər vətəndaş kimi böyütmək istəyirəm. Dünyanı dəyişən şəxsiyyət yetişdirməkçün ona nələri aşılamalıyam?
- Onun davranışlarına ailədaxili münasibətləriniz, sizin əhatənizdəki insanlar birbaşa təsir edəcək. Münaqişə, mübahisə şəraitində böyütdüyünüz övladınızdan nəzakət, humanistlik gözləməyin. Ailə qurmusunuzsa, övlad dünyaya gətirmisinizsə, vacib vəzifələriniz var. Maddi durumunuzdan çox mənəvi rahatlığınıza önəm verməlisiniz. İstənilən məkanda, hətta mağazada, küçədə, təsadüfi insanlarla münasibətdə insansevərliyinizi, təmkininizi, bərabərlik prinsipinizi qorumalısınız. Gözünün önündə sizin kimi müsbət nümunəsi olan övladınız daha kobud, mənəviyyatı kasad insanların ortamına can atmayacaq. Əksər hallarda mərhəməti, dürüstlüyü seçəcək. Çünki meymunun böyütdüyü insan ağacdan-ağaca dırmanıb banan yeyəcək, canavarla böyüyən uşaq ovunu parçalayacaq, sivil, mərhəmətli ortamda yetişən insan isə şəxsiyyət olacaq. Bu minvalla irəliləyən cəmiyyətdə yeni nəsil əvvəlkinə nisbətən daha mükəmməl yetişəcək. Uşağın öyrənməli olduğu əsas dərs düzgün qurulmuş qarşılıqlı münasibətdir. Yalnız bu halda peşə seçimində belə cəmiyyətə verə biləcəyi faydanı və yalnız vicdanla pul qazanmağı düşünəcək.
- Etiraf edək, mükəmməl ailədə doğulub, nümunəvi ətrafı olan insanlar da bəzən yolunu aza bilir. Hətta bəzən ideal ailələrdə bədheybətlər böyüyür.
- Baxın, mən seçim azadlığı deyəndə sərhədsiz, çərçivəsiz özbaşınalıq nəzərdə tutmuram. Xüsusən indiki dövrdə hamımızın uşağı məktəbdə, universitetdə təhlükə içindədir. Bu gün orta sinif şagirdlərinin böyük faizi spirtli içki və digər zərərli vərdişləri artıq dadıblar. Hazırda demək olar ki, bütün dünya qondarma “demokratiya”nın qurbanına çevrilib. Övladınızın gündəlik problemləri, dostları, əhatəsi, dərslərindəki sıxıntıları ilə maraqlanmayacaqsınızsa, dünyaya gətirməyin. Məktəbdə fiziki, mənəvi zorakılığa uğrayırsa, ilk xəbər tutan siz olmalısınız. Təmkininizi, tolerantlığınızı qoruyaraq uşaqlarınızın taleyində iştirak edin.
src="/storage/files/upload/laitman3.jpg" alt="КАББАЛА: СКВОЗЬ ТЫСЯЧЕЛЕТИЯ К ПОЗНАНИЮ ЖИЗНИ - Еврейский ОбозревательЕврейский Обозреватель" class="fr-fic fr-dii" style="width: 527px; height: 790.5px;">
- Bəs, doğmalarımızın itkisi ilə necə barışaq? Bu gün yer üzündə övladını, valideynini itirib acı çəkən sonsuz sayda insan var.
- İstənilən halda, əhvalda fiziki yoxluğu ilə sınandığınız doğmalarınızı hiss edə bilərsiniz. Fərqli dünyalarda olmağımızın nə önəmi var?! Sadəcə, dərinimizə enərək ona olan sevgimizi, onunla ünsiyyətimizi yenidən tarazlaya bilərik. Bir də xüsusi tövsiyəm var. Əgər itirdiyiniz övladınızdırsa, ətrafınızdakılara ona olan münasibətinizi bəsləyərək eyni enerjiyə bürünə bilərsiniz. Beləliklə, eyni duyğuları yenidən yaşayaraq içinizi zülmətə qərq etməmiş olacaqsınız. Ehtiyacı olanlara yardım edərək oğlunuzla aranızda olan gözəgörünməz səddi də aşa biləcəksiniz. Unutmayın, insan ən böyük kəşflərini çarəsizliyə qərq olanda tapır. Biz isə ən ali məqsədlər üçün doğulmuşuq.
Leyla Sarabi
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO
-
Sosial07:15
Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI
-
Maraq dünyası05:45
Günəş sistemindəki ən böyük fırtına ilə bağlı təəccübləndirən kəşf
-
İKT03:35
“WhatsApp”da daha bir yenilik
-
Sosial02:19
Emin ev qazanan qazi ailəsinin yeni görüntülərini paylaşdı - VİDEO
-
Qoroskop00:50
Günün qoroskopu: planlarınızı dəyişməli olacaqsız
-
İdman14 Oktyabr 22:05
Millimiz Slovakiyaya da uduzdu - VİDEO/YENİLƏNDİ