Xüsusi
Azərbaycan ermənilərin bu filminə qarşı nə edəcək?
6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
44 günlük Vətən müharibəsi haqqında hələ uzun illər danışılacaq. Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazılmış bu qəhrəmanlıq salnaməsi gələcək nəsillərin də dillər əzbəri olacaq. Hər xalqa bu cür şanlı tarix yazmaq nəsib olmur. Sözsüz ki, Vətən müharibəsi hələ bundan sonra da illərlə xalqımıza yeni yaradıcılıq nümunələri yaratmaq və gələcək nəsillərə ötürmək üçün stimul verəcək. Biz igid Azərbaycan oğullarının qəhrəmanlıqlarını şeir-söz sənəti nümunələrində, filmlərdə görəcəyik.
Vətən müharibəsi haqqında sənədli filmlərin çəkildiyini müşahidə edirik. Bəs, bu filmlərin peşəkarlıq səviyyəsi necədir? Biz bu sahədə mənfur qonşuları nə qədər qabaqlaya bilirik?
Xəbər verildiyi kimi, erməni tərəfi 44 günlük müharibə ilə əlaqədar film ərsəyə gətirib və günlərdir həmin filmin PR işləri davam edir.
Biz erməni propaqandasına qarşı hansı addımları ata bilərik və ya atırıq?
Bu barədə incəsənət sahəsində kifayət qədər söz sahibi şəxslər nə düşünür?
Publika.az">Publika.az sözügedən mövzu ilə əlaqədar sorğusunu təqdim edir:
src="/storage/files/upload/bd86258c6beb4e92137cf41f6ddbfe4a17b89259.jpg" style="width: 454px; height: 358.55px;" class="fr-fic fr-dib fr-fil">
Əməkdar incəsənət xadimi, kino aktyoru və rejissoru Elxan Cəfərov bildirib ki, 44 günlük müharibədən sonra Ermənistan tərəfinin müharibə haqqında film çəkməsi mədəni faktordur: “Məsələyə qlobal-fəlsəfi yanaşsaq, yəqin ki, ermənilərin bizə xeyri olacaq. Bu, bizim özümüzlə bağlıdır, sanki biz özümüz belə məsələlərdə geri qalmağı seçirik. Düşünürəm ki, məhz bu hadisə bizdə qələbə ilə əlaqədar film istehsalına daha ciddi münasibət yaradacaq. İncəsənətimizin qalib incəsənət kimi öndə olmasını istəyərdim. Lakin biz bu gün bunu müşahidə etmirik. Ona görə də bu cür məsələlərdən 2 nəticə çıxır: tezis və anti-tezis. Anti-tezis olmasa, tezisin yaranması mümkün deyil. Ermənilər bizim üçün anti-tezis faktorunu oynayırlar. Yəqin ki, bu da bizim tezis ortaya çıxarmağımıza təkan verəcək”.
src="/storage/files/upload/18e93f05dd8a2fc6f5d3d830cce2b0e0070c8377.jpg" style="width: 476px; height: 271.209px;" class="fr-fic fr-dib fr-fil">
Əməkdar mədəniyyət işçisi, kinoşünas Aydın Kazımzadə qeyd edib ki, ermənilər 44 günlük müharibə dövründə şəhərlərimizi bombaladılar və mülki şəxslərin ölümünə yol açdılar: “Sonra da bütün dünyaya car çəkdilər ki, bunu azərbaycanlılar Ermənistanda törədiblər. Yeri-yurdu dağılan biz, ölən biz, sonda günahlandırılan da biz. Ermənilərlə bizim aramızdakı fərq bundan ibarətdir. Çəkilən filmlər sənət əsəridir, onu necə gəldi çəkib təqdim etmək düzgün deyil. İndi texnologiya əsridir və 90-cı illər deyil ki, istədikləri yalanları danışsınlar. Bütün dünya bilir ki, Azərbaycan kimdir, Ermənistan kimdir. Artıq hər şey dəyişib və dünya ictimaiyyəti onlara inanmır”.
A.Kazımzadə vurğulayıb ki, 44 gün ərzində Ali Baş Komandan dünyanın müxtəlif ölkələrindən olan KİV nümayəndələrinə 30-dan çox müsahibə verdi: “Cənab Prezidentin onlara verdiyi cavabları dünya gördü. Bu gün də ermənilər dünyanın bir çox film festivallarında filmlər çəkib göstərirlər ki, guya azərbaycanlılar onları qırır. Lakin Azərbaycan beynəlxalq müstəvidə də bunlara qarşı mübarizə addımları atır. Azərbaycan da müxtəlif filmlər çəkir. Bizdə problem təqdimat və reklam sahəsindədir, işimizi tanıtmağı bacarmırıq. Fikrimcə, bu gündən sonra da Azərbaycan bu məsələdə daha yaxşı filmlər çəkəcək”.
src="/storage/files/upload/5bcaede6ecd706006ab8ad66b720e807b564f952.jpg" style="width: 468px; height: 311.65px;" class="fr-fic fr-dib fr-fil">
Azərbaycanın Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov bildirib ki, haylardan tarixin bütün dönəmlərində bir vasitəçi kimi 2 halda istifadə ediblər: “Qadınlarından əxlaqsızlıq mənbəyi kimi, özlərindən də xəyanətkar bir toplum kimi. Bunların ən böyük fərasəti isə yaltaqlıqla inam qazanmaqlarında olub. Lakin haylara inamın nəticəsi mütləq şəkildə onların xəyanəti ilə bitib. Biz isə bu gün çalışmalıyıq ki, bu xəyanətkar, yalançı tayfanın əsl mahiyyətini açıb bütün dünyaya göstərək. Tarixin hansı dövründə bu haylar hansı igidlik edib, hansı dövləti qurublar? Onların işləri hər zaman saxtakarlıqla insanları manipulyasiya edərək öz yalanlarına inandırmaq olub”.
Ş.Ə.Mahmudbəyov vurğulayıb ki, onlar tarixi saxtalaşdıraraq yalan məzmunlu filmlər çəkməkdən, hətta həmin filmləri beynəlxalq film festivallarına göndərməkdən çəkinməyiblər: “44 günlük müharibə ilə əlaqədar çəkilən film də ancaq şoudur. Bu cür şoular düzəltmək onların çoxdankı peşəsidir. Lakin unudurlar ki, artıq insanları yalanlara inandırmaq əvvəlki qədər asan deyil. Biz imkan verməliyik ki, onlar səhv etsinlər və biz də həmin səhvləri ifşa edək”.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən verilən məlumata görə, nazirlik ötən 1 il ərzində Vətən müharibəsindəki qələbəmizə həsr olunmuş 20-dən artıq müxtəlif metrajlı filmin istehsalına maliyyə dəstəyi göstərib:
“Bu ekran əsərləri arasında həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən çəkilən filmlər var. Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsinə həsr olunmuş “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi uğurla başa çatıb. Müsabiqədə seçilən 11 film layihəsinin istehsalı istiqamətində tamamlanma işləri davam etdirilir.
Nazirliyin dəstəyi ilə çəkilən “Biz” və “Şuşa, sən azadsan!” sənədli filmləri 2021-ci ildə tamaşaçılara təqdim olunub. Bundan əlavə, ötən il ərzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə İctimai Televiziyanın müştərək işi olan 5 filmdən ibarət “Görünməyən qəhrəmanlar” adlı sənədli filmlər silsiləsi istehsal olunub. Bu filmlərin hər biri müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli döyüş yolundan bəhs edir. Sənədli silsilə noyabr ayının ilk həftəsində - qələbənin birinci ildönümü ərəfəsində İctimai Televiziyada nümayiş etdirilib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
İnternetdə sözügedən filmlərin onlayn baxış sayı artıq 1 milyonu keçib. Biz bu layihəni davam etdirmək niyyətindəyik. Belə ki, hazırda “Görünməyən qəhrəmanlar-2” layihəsinin hazırlıqlarına başlanılıb. “Salnaməfilm” studiyasında hər il olduğu kimi, 2021-ci ildə də “Azərbaycanın Milli Qəhrəmanları” adlı silsilə sənədli filmlərin istehsalı davam etdirilib. İl ərzində bu silsilədən 10-a yaxın film çəkilib. Nazirliyin dəstəyi ilə çəkilən “Doğma torpaq” və “Həyat, deyəsən, gözəldir” filmləri üzərində tamamlama işləri aparılır. Daha sonra bu filmlərin festival həyatı başlayacaq.
Əvvəl də elan etdiyimiz kimi, 2022-ci ildə Qarabağla bağlı döyüş filminin istehsalına başlanılacaq. Hazırda ssenari üzərində iş gedir. İstənilən tammetrajlı bədii film layihəsini hazırlamaq müəyyən vaxt tələb edir. Əgər bu, real faktlar və yaxın tarix haqqında filmdirsə, burada daha ciddi və məsuliyyətli prosesdən söhbət gedir. Hazırda ssenari yazılışı prosesində müharibə ilə bağlı məlumatlar, hekayələr toplanır, emal olunur. Yəni, işin daha mükəmməl olması bir az vaxt tələb edir. Qeyd edək ki, bu il ərzində sözügedən filmin ssenarisinin hazırlanması, hazırlıq prosesinin aparılması və çəkilişinə başlanılması nəzərdə tutulub”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.
src="/storage/files/upload/99edc0200a7105a3da6d6f601bf476a2e01d904a.jpg" style="width: 752px; height: 468.747px;" class="fr-fic fr-dib">
-
Dünya09:58
ABŞ-da şok iddia: Bayden Netanyahunu niyə söyüb?
-
Hadisə09:42
Azərbaycanın Əməkdar məşqçisi öldü - FOTO
-
Səhiyyə09:00
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR: Bu məhsulu pulsuz alacağıq - VİDEO
-
MDB08:24
Rusiyada DƏHŞƏTLİ QƏTL: körpə bacılarını öldürüb parka getdi
-
İdman07:47
Ronaldonun keçmiş evi satışa çıxarıldı - VİDEO
-
Magazin207:30
Hande Erçel: "Çox yaxında şad xəbər verəcəyəm"
-
İKT06:16
"X"ə yaşıl işıq yandırıldı, Maska TAPŞIRIQ VERİLDİ
-
İKT04:44
Durov "Telegram"dakı növbəti yenilikləri ELAN ETDİ