Xüsusi
Psixoloq xanımların cinsi həyatı ilə bağlı MARAQLI FAKTLARI AÇDI: “İlk toy gecəsi”... - MÜSAHİBƏ
Mövzum bu gün cəmiyyətdə ən çox rastlanan, lakin hər kəsin dilə gətirə bilmədiyi vaginizmlə bağlıdır.
Müsahibim “Andromed” klinikasının klinik psixoloqu Pərvanə Əliyevadır.
Publika.az psixoloqla müsahibəni təqdim edir:
- Pərvanə xanım, vaginizm nədir?
- Aktual və dərin mövzudur. Hərçənd eyni zamanda da hazırkı dövrün tələb doğurduğu bir mövzudur. Vaginizm hər kəsə aydın dillə desək, cinsi əlaqə qorxusudur.
- Kimlər vaginizm problemi ilə bağlı mütəxəssislərə müraciət etməlidir?
- Adətən ailə qurub, lakin cinsi əlaqə yaşamaqdan qorxan xanımlarımız zamanında ilkin olaraq ginekoloqa, daha sonra isə psixoloqa mütləq müraciət etməlidir. Bir çox ailələr görürük ki, uzun müddət ərzində bu müraciəti gecikdirirlər və müəyyən bəhanələri səbəb gətirərək zamana buraxırlar. Başqa yollar tapırlar. Bilirik ki, adət-ənənələrimizdə də, mental dəyərlərimizdə də müəyyən istiqamətlərə tərəf yozurlar. Lakin bu, psixoloji narahatlıqdır ki, zamanında psxioloqa müraciət etmələri məsləhətdir.
- Bunun psixologiya ilə nə kimi birbaşa əlaqələri var? Niyə psixoloqa müraciət edilməlidir?
- Çünki uşaqlıqdan böyüdülərkən cinsi mövzular haqqında düzgün məlumatlandırılmayan xanımlar var. Bunun kökündə isə travmalar dayanır. Təbii ki, cinsi və fiziki travmalardan söhbət gedir. Yaxud porno filmləri izləmək, bunlardan iyrənmək kimi hallar, eyni zamanda bu cür mövzuların ayıb olduğunu zənn edib uzaq qalmaq, habelə uşaqlıqdan hansısa cinsi əlaqəyə şahidlik etmək də travmalar sırasında görünən əsas amillərdəndir. Bu səbəblər olduqca çoxdur və bunları araşdırmaq lazımdır. Əsasən belə travmaların kökündə qorxular da dayana bilir.
- Bəs maraqlıdır, qorxuların kökündə nə dayanır?
- Qorxuların kökündə böyüdülərkən cinsi mövzularda məlumatlanmamaq dayanır. Böyüyərkən “ilk toy gecəsi”, “qızlıq pərdəsi”, “qanaxma” və s. kimi məlumatlara qulaq misafirliyi etdikdə artıq bu qorxular yaranmağa başlayır. Bu barədə məlumatsızlığın olması da vaginizmə gətirib çıxarır. Psixoloji problemdir.
- İnsanlar cinsi orqanlarıyla nə zaman tanış olmağa başlamalıdır?
- Psixoseksual inkişaf mərhələsi var və burada müəyyən dövrlər var. 3-7 yaş aralığı artıq onların öz cinsiyyət orqanlarını tanıma mərhələsidir. Bu yaş dövründə onlar öz erogen zonalarını kəşf edirlər. Burada da müəyyən dərinliklər var ki, bu özü də çox geniş bir mövzudur.
- Əslində, vaginizmlə bağlı problemlə ginekoloq, yoxsa psixoloq məşğul olmalıdır?
- Maraqlı sualdır, bu problemi yaşayan xanım ilk növbədə ginekoloqun baxışından keçməlidir. Əgər ginekoloji olaraq heç bir səbəb yoxdursa, bu halda mütləq şəkildə klinik psixoloqa müraciət olunmalıdır. Odur ki, adətən ginekoloqların baxışından keçdikdən sonra klinik psixoloqa üz tutulursa, demək ki, burada psixoloji problemlərdən söz gedir. Vaginizm əzələ tonusundan yaranan narahatlıqdır. Bu isə psixoloji faktlara dayanır. Biz səbəbin üzərində durmuruq, bədənimizi yenidən tərbiyə etməyə çalışırıq. Bədən düzgün tərbiyə olunmadığı tədqirdə biz bədənə cinsi mövzuda yeni tərbiyə aşılayırıq.
- Elə tərbiyədən söz düşmüşkən, bu gün cinsi savadlılıq hansı mövqedədir? İnsanlar bununla bağlı mütəxəssislərə müraciət edə bilirmi?
- Ümumiyyətlə, bu mövzularda danışmağa qısıtlı olan cəmiyyətik. Cinsi mövzuda məlumatsızıq, çox az məlumatlanırıq. Bu barədə maraqlanmaq, məlumat vermək belə bizə utancverici gəlir. Çünki belə tərbiyədə böyümüşük. Vaginizmin kökündə də bunlar dayanır.
- Bu sayrışan fikirlər olduğu təqdirdə ginekoloqun baxışından keçmək nə dərəcədə məqbuldur? Axı kökündə psixoloji düşüncələr dayanır?
- Biz fizioloji olaraq sağlamıqsa, istənilən halda ginekoloq baxışından keçməliyik. Hər şeyin qaydasında olduğundan əmin olmalıyıq. O zaman artıq psixoloji tərəfini düşünməliyik, bu, bəzən disparanoya ilə səhv salınır. Bu da acı, yanma, batma hissi olan narahatlıqdır. Bəzən hansısa bir mikrob, yaxud cinsi orqanda gedən problemlər səbəbilə də ola bilər. Bəzən ginekoloqa gedib problem görülmədikdə başqa metodlar düşünməyə başlayırlar. Psixoloqa müraciət gecikir və fəsad daha gec aradan qalxır.
- “Mən dəli deyiləm ki, psixoloqa gedim” kimi ifadə ilə də az rastlaşmırıq...
- Razıyam. Düzgün düşüncə deyil. Psixoloqa sağlam düşüncədə olan şəxslər müraciət edir. Ruhumuzda problem olduğu tədqirdə biz psixoloqa müraciət edərik. Ruhla bədən birlikdə bütündür.
- Mövzu elədir ki, bəzən bundan utanırlar, dilə gətirə bilmirlər, bəs maraqlıdır, profilaktik tədbirlərə gələrkən fərdlərdə utancaqlıq hissi yaranırmı? Biz bu etapı necə aşmalıyıq, normaya necə gətirməliyik?
- Bəli, müraciət edən pasiyentlərlə də ünsiyyət qurarkən cinsi danışıqlardan, məlumat verməklərindən utanırlar. Çünki bu cür mövzuları araşdırmaqdan belə utanan bir cəmiyyətdə böyümüşük. Təbii ki, bu haqda danışmaq da pasiyentlər üçün rahat deyil. Utancaqlıq, ayıb hissləri duyurlar və biz də onları birlikdə aşırıq və mütləqdir ki, qarşı tərəf də dəvət olunur və birlikdə məsələ həll olunur. Ən uyğun üsul da budur.
- Bəs vaginizm üçün uğurlu müalicə nə hesab olunur? Vaginal gimnastika və s. kimi şeylər pasiyentlərə məsləhət görülürmü?
- Biz cinsi mövzuda düzgün tərbiyəyə addımlamalıyıq.
- Qadınlar arasında çox yayılmış bu problemlə bağlı gələcəkdə təlim keçməyi düşünürsünüzmü?
- Ümumiyyətlə, OPK ilə bağlı təlim keçmişdim bir müddət əvvəl, nəticə məni və təlimə qatılanları qane etmişdi. Bununla bağlı da müraciətlər olur. Planlar çoxdur, lakin zaman baxımından qısıtlıyıq. İnşallah ki, doğru zamanda dəyərləndirəcəm.
-
ABŞ05:45ABŞ-da təyyarə evə çırpıldı - Ölən var
-
Magazin105:15Müğənni Pünhan nişanlandı - FOTO
-
Region03:13İran ələ keçirilən gəminin qisasını belə aldı
-
Yaxın Şərq02:12"Münaqişə istənilən an şiddətlənə biləra"
-
Sağlamlıq01:11Ağcaqanadlar ən çox onları SANCIR
-
Magazin200:15İtkin düşmüş rejissor döyüşlərdə həlak olubmuş...
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sərhəddə alov torpağa toxunur
-
Dünya19 Aprel 23:246,2 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ





































