Heydər Əliyev və azərbaycançılıq məfkurəsi
Bizi izləyin

Xüsusi

Heydər Əliyev və azərbaycançılıq məfkurəsi

Heydər Əliyev və azərbaycançılıq məfkurəsi

6.3.9. Azərbaycançılıq ideyasının təbliği

Bu gün Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Xalqımız müasir Azərbaycan dövlətinin qurucusu, xalqının və dövlətinin inkişafı naminə misilsiz zəhməti ilə qəlblərdə taxt quran Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini minnətdarlıq duyğuları ilə anır. Məhz Heydər Əliyev biz azərbaycanlılar üçün dövlət qurdu, bu dövləti müstəqil etdi, onu inkişaf etdirərək dünyaya tanıtdı. O, bu uğurların qorunub saxlanılması üçün özündən sonra həm də bir yol qoydu: bu yol Heydər Əliyev yolu oldu.

Milli Məclisin üzvü Ceyhun Məmmədov deyib ki, Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyev fenomenini öz dəyərincə bütün incəliklərinə qədər qiymətləndirmək mümkün deyil. Çünki Ulu öndər kimi dahilər min ildən bir doğulur və xalqının taleyində, tarixində silinməz izlər qoyur, ölkənin ən çətin, ağır dövründə xilaskar rolunu oynayır.src="/storage/files/upload/268494605dc869a73380861f28ca3e67a88a4605.jpg" style="width: 683px; height: 512.057px;" class="fr-fic fr-dib fr-fil">“Bu dahi insanın fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirib, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutub. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınıb. Ulu öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərib, ölkəsini bəlalardan qurtarıb.

Azərbaycanı inkişaf etdirmək, şöhrətləndirmək, xalqın tükənməz potensialını üzə çıxarmaq Heydər Əliyevin ən böyük amalı idi. Bu dahi insan düşüncələri zəngin olduğu qədər də tükənməz enerjiyə malik idi. Heydər Əliyevi minlərdən, milyonlardan fərqləndirən üstün cəhət bu idi ki, o, Azərbaycanın inkişafı üçün zəruri olan məqamları görə bilirdi, qarşıya konkret məqsədlər qoyurdu və xalqıbu məqsədlər naminə birləşdirirdi”.

Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu da təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir. Məhz buna görə də Ümummilli liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi bazasının gücləndirilməsi əhalinin gün-güzəranının yaxşılaşdırılması, elm və təhsilin inkişafı ilə paralel aparılırdı.

Ceyhun Məmmədov qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi dövründə illər Azərbaycanın tarixinə elmin və təhsilin, mədəniyyətin tərəqqi dövrü kimi daxil oldu: “Təkcə paytaxtımızda deyil, respublikamızın ucqarlarında da yüzlərlə məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikildi. Bütün sahələrində görünməmiş uğurlar qazanıldı. Bu qayğı sayəsində neçə-neçə görkəmli bəstəkar, rəssam, şair, yazıçı yetişdi. Onlara fəxri adlar verilməsi, Bakıda və Moskvada yubileylərinin keçirilməsi ənənə halını aldı.

Heydər Əliyev hakimiyyətinin birinci dönəmində Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan bir sıra memarlıq ansamblı, inzibati mərkəz, saray, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə rövnəq verən neçə-neçə digər bina istifadəyə verilib. Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayda memarlıq abidəsinin bərpası mümkün olub. O, Azərbaycan xalqının keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılıpb, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılıb”.

1993-cü ilin iyununda xalqın istəyi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan mədəniyyətinə yeni ab-hava gətirdi. Təhsil işçiləri, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olundular. Onlarca sənətkara fəxri ad, Prezident təqaüdü, müxtəlif mükafatlar verildi. Neçə-neçə unudulmuş mədəniyyət xadiminin yubileyləri keçirildi. Heydər Əliyev hakimiyyətinin birinci dövründə Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza və digərləri Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər.

Heydər Əliyev və azərbaycançılıq ideologiyası

Millət vəkili qeyd edib ki, Heydər Əliyev azərbaycançılıq ideologiyasına mühüm önəm verirdi: “Qədim yazılı abidə olan “Kitabi-Dədə Qorqud”da milli düşüncə, azərbaycançılıq ideologiyası geniş əksini tapdığından Ulu öndər alimlərin dastanın araşdırılması və tədqiqinə normal şərait yaratdı. “Azərbaycan ədəbiyyatı çoxəsrlik tarixi “Kitabi-Dədə Qorqud” kimi ədəbi abidələrlə, Nizaminin nəhəng yaradıcılığı ilə, Xaqaninin və Nəsiminin, Füzulinin və Vaqifin, söz sənəti bahadırlarının dahiyanə əsərləri ilə, aşıq poeziyasının həmişə canlı nümunələri ilə zəngindir” - deyən Heydər Əliyevin təşəbbüsü ilə “Kitabi-Dədə Qorqud”un motivləri əsasında bədii film çəkildi.

Ümummilli lider hələ Azərbaycana birinci rəhbərliyi dövründə təhsilin inkişafına böyük önəm verirdi. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, respublika elmlər akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaradıb. Ulu öndər yaxşı bilirdi ki, yüksək ixtisaslı mütəxəssislər yetişdirilməsi istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən ən mühüm amillərdən biridir. Buna görə dahi öndər cəmiyyətin inkişaf zəminini düzgün olaraq təhsildə və maarifçilikdə görürdü, bu sahənin inkişafına diqqət və qayğısını əsirgəmirdi. Keçmiş sovetlər dövründə Ulu öndər Azərbaycan təhsilinin tərəqqisinə mane olan bir sıra amilləri aradan qaldırıb, mövcud potensialı ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına, respublikanın mədəni intellektual resurslarının gücləndirilməsinə, Azərbaycan üçün layiqli vətəndaşların yetişdirilməsi işinə səfərbər edib. Məhz həmin illərdə respublikada məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət alan, təhsil infrastrukturu tamamilə yeniləşdirilib, ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri açılıb. Respublikanın müxtəlif bölgələrində 800-ə yaxın məktəb tikilərək istifadəyə verilib, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə qədər artıb”.

Ceyhun Məmmədov hesab edir ki, o illərdə Azərbaycanın əldə etdiyi mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasıdır: “Bu məqsədi uğurla həyata keçirmək üçün Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdur. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilib, hər il xaricə 800 tələbə yola salınıb.

Ümummilli lider Heydər Əliyev öhdəsinə düşən bütün işləri yüksək səviyyədə reallaşdırdığı üçün məhz 1983-cü ildə SSRİ-də məktəb islahatı da Nazirlər Soveti sədrinin birinci müavini kimi ona tapşırılmışdı. Ulu öndərin bu işin öhdəsindən layiqincə gəldiyini yaxşı xatırlayırıq”.

1993-cü ilin iyununda Bakıya qayıdan Ümummilli liderin xüsusi diqqət yetirdiyi məsələlərdən biri təhsil sisteminin yaxşılaşdırılması ilə bağlı idi. Buna görə də Ulu öndər təhsilin milli tərəqqinin gerçək amilinə çevrilməsi üçün geniş islahatlar proqramının hazırlanaraq reallaşdırılması vəzifəsini qarşıya qoydu.

1998-ci ilin martında “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının yaradılması haqqında” sərəncamı imzalaması isə bu sahədə təkmil qanunverici bazanın formalaşdırılması, təhsil konsepsiyasının hüquqi əsaslarının yaradılması məqsədindən irəli gəlib. Çox qısa müddətdə komissiyanın hazırladığı “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” geniş müzakirələrdən sonra 1999-cu ilin iyununda imzalanaraq qüvvəyə minib. Həmin proqram ölkəmizdə təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, milli təhsil ənənələrinə sadiq qalmasını da təmin etdi.

Heydər Əliyevin “İnsan təhsilin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır” - konseptual göstərişini əsas tutaraq ümumi orta təhsil sistemində də bu müddət ərzində ciddi irəliləyişlər əldə olunub. Ulu öndər təhsil haqqında deyib: “Təhsil millətin gələcəyidir; Mən millətimdən yüksək ad tanımıram; Müəllim sənəti şərəfli bir sənətdir”.

Deputat əlavə edib ki, ümumi təhsildəki ən ciddi yeniliklərdən biri yeni əlifbaya keçilməsi - latın qrafikalı əlifbanın reallığa çevrilməsi idi. Heydər Əliyevin “Bizim bu günümüz, gələcəyimiz məhz latın əlifbası ilə bağlıdır” - tarixi çağırışı təhsil sistemində özünün tam həllini tapıb: “İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplayan abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.src="/storage/files/upload/a871273577cab9ec6ba88ac4d0789dee8510483c.jpg" style="width: 636px; height: 294.502px;" class="fr-fic fr-dib fr-fil">

Ana dili - Azərbaycançılığın təməl prinsipi

Ceyhun Məmmədovun sözlərinə görə, Ulu öndər Heydər Əliyev azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də mühüm tədbirlər həyata keçirib: “Ümummilli liderimizin fikrincə, ana dili azərbaycançılığın təməl prinsipi idi. Buna görə də xalqa milli-mənəvi dəyərlərini aşılamaq üçün ona ilk növbədə öz dilini qorumağın, inkişaf etdirməyin vacibliyini yaxşı bilirdi. Eyni zamanda, xatırlamaq yerinə düşər ki, Ulu öndər o dövrdə bütün rəsmi nitqlərini Azərbaycan dilində edir, bunu bütün rəhbər vəzifəlilərə də tövsiyə edirdi. Başqa bir fakt. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən, Azərbaycan dilinin ana dili kimi təsbitlənməsi də Heydər Əliyevin cəsarətinin, Azərbaycan dilinə qəlbən bağlılığının, sevgisinin əyani təzahürü idi... Bundan başqa dahi öndərimizin ötən əsrin 70-ci illərində nəşr olunmuş 3 cildlik “Müasir Azərbaycan dili” dərsliyinə dövlət mükafatı verməsi də dediklərimizə bariz nümunədir. “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı biri-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir” - deyən Heydər Əliyevin azərbaycançılığa, Azərbaycan dilinə sevgisi bitib-tükənməz idi, kökdən gəlirdi. Ona görə də dilin saflığı, təmizliyi uğrunda daim mübarizə aparırdı.

Xalq Cəbhəsi-Müsavat cütlüyünün hakimiyyəti dövründə elm, təhsil sahələrində bir durğunluq hökm sürürdü. Ziyalılara qarşı olan laqeydlik o həddə çatmışdı ki, onların çoxu baş götürüb ölkədən getmişdi. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra uzaq düşən, xaricə üz tutan alimlərimiz tədricən geri qayıtmağa başladılar. Elmlər akademiyasının fəaliyyətində canlanma, yeni istiqamətlər müəyyənləşdi. İlk görüşlərindən birini 1993-cü il sentyabrın 21-də Azərbaycan Respublikasının Elmlər Akademiyasında keçirməsi də təsadüfi deyildi. Həmin görüşdə Heydər Əliyevin söylədiklərinin bizcə, heç bir şərhə ehtiyacı yoxdur. “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, elm inkişaf etməlidir”. Həmin vaxt deyilən bu sözlər elm və təhsilin perspektivini cızdı və Heydər Əliyev doğrudan da vədlərini yerinə yetirib ən çətin şəraitdə yaşayan dövlətdə təhsil islahatlarının başlanğıcını qoydu. O islahatları reallaşdıranlar da elə Heydər Əliyevin 1969-1982-ci illərdə elm və kadr potensialının yüksəldilməsini təmin etmək üçün həyata keçirdiyi tədbirlər nəticəsində yetişən yüksək ixtisaslı elm və təhsil nümayəndələri idi”.src="/storage/files/upload/2abfafed6dd6352dca82280a8079115e9eb563d7.jpg" style="width: 715px; height: 476.667px;" class="fr-fic fr-dib fr-fil">

İkinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin elm və təhsil sahəsində atdığı addımlardan ən əsası 15 may 2001-ci il tarixli fərmanıdır. Həmin fərmanla Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verilib və bununla da akademiyanın elmimizin inkişafındakı rolu və nailiyyətləri rəsmən təsdiqlənib.

C.Məmmədov vurğulayıb ki, yeni istiqamətlərə uyğun olaraq Heydər Əliyevin hakimiyyəti dövründə bir çox təhsil ocaqlarının adları dəyişdirilib: “Milli Münasibətlər İnstitutunun adı dəyişdirilərək Beynəlxalq Münasibətlər, Bəhmənyar adına Fəlsəfə və Hüquq İnstitutunun adı isə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adlandırıldı. Demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm qoymuş müstəqil Azərbaycan dövləti üçün insan hüquqları və azadlıqları problemlərinə dair elmi tədqiqat işlərinin aparılması mühüm məsələlərdən biri idi. Bu məqsədlə Heydər Əliyevin sərəncamı ilə 1999-cu ilin sentyabrında AMEA İctimai Elmlər Bölməsi nəzdində İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradıldı.

Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bundan sonra da davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır”.

Siyasi mübarizədə müdriklik və qətiyyət, həyatda praqmatizm, dövlət idarəçiliyində ustalıq - Heydər Əliyev siyasi məktəbinin əsasını təşkil edən bu amillər Vətənə və xalqa xidmət naminə real siyasətlə məşğul olan hər bir kəs üçün tarixi örnəkdir. Çünki Heydər Əliyev şəxsiyyəti özlüyündə bir tarixi hadisə idi. Bu böyük insanın ideyaları bundan sonra da daim yaşayacaq, gələcək nəsillərə örnək olaraq qalacaq.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.

src="/storage/files/upload/b7ad88a530e64662a5bf5d1c02efa3ff11ea0007.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

Oxumağa davam et
Reklam
Reklam

Gündəm