Azərbaycanda konsert biletləri niyə REKORD QİYMƏTƏDİR? - ŞOK SƏBƏBLƏR
Bizi izləyin

Xüsusi

Azərbaycanda konsert biletləri niyə REKORD QİYMƏTƏDİR? - ŞOK SƏBƏBLƏR

Azərbaycanda konsert biletləri niyə REKORD QİYMƏTƏDİR? - ŞOK SƏBƏBLƏR

Bir çoxları Azərbaycanda təşkil olunan konsertlərin bilet qiymətlərinin baha olmasından şikayətlənirlər. Azərbaycanı qonşu Gürcüstanla, Türkiyə ilə müqayisə edirlər. Bildirirlər ki, Türkiyədə konsert bileti maksimum 30 manat olduğu halda, Azərbaycanda müğənnilərin təşkil olunan konsertləri üçün biletlər 100-150 manata satılır.

Bəs biletlərin qiymətləri maksimum neçə manat olmalıdır. Biletləri baha satmaq ənənəsi haradan gəlir? Bunun səbəbi nədir? Aylıq maaşı 300-400 manat olan insanlar niyə konsertlərdən məhrum olmalıdırlar? Bu, necə tənzimlənməlidir?

src="/storage/files/upload/2e8c17e602c4afe786ad80a2cb417f1c7ea89f9e.jpg" style="width: 389px; height: 259.333px;" class="fr-fic fr-dib">

Əməkdar artist Nuriyyə Hüseynova Publika.az-a açıqlamasında deyib ki, bu zamanla düzələcək bir məsələdir:

“Musiqi zövqdür. Hər bir insanın dinlədiyi musiqi onun zövqündən, dünya görüşündən, daxili dünyasından xəbər verir. Bizdə bilet satışı məsələsi sistemli şəkildə deyil. Yəni, insanlar 6 ay öncədən bilet alsın, konsertə getsin... Bunlar oturuşmayıb. Səbəbinin niyə belə olduğunu deyə bilmirəm. Şəxsən məni sevən, dinləmək istəyən insanlar bilet alırlar, konsertlərimə də gəlirlər. Biz bileti elə baha qoymuruq. Heydər Əliyev adına Sarayda baş tutan konsertimdə ən bahalı biletin qiyməti 50 manat idi. 50 manatlıq biletlərin hamısı alınmışdı. Sevilən ifaçının pərəstikşarı olan bir ordusu var. Heç bir reklam elənmədən, konsertin afişasını elə internet üzərindən paylaşanda görürəm ki, konsertin keçiriləcəyi salonda artıq yerlər doludur”.

Əməkdar artistin fikrincə, sadəcə olaraq insanlarımız maddi durumu ilə əlaqədar olaraq bəzən konsertlərə gələ bilmirlər:

“Çünki başqa problemləri də var. Həmin pulu başqa problemləri üçün istifadə edirlər. Əslində konsertə getmək, musiqi dinləmək yüksək mədəniyyət, dünya görüşünün artması, ruhun dinlənməsi, bir çox xəstəliklərdən xilas olmaq deməkdir. Hər kəs istəyər ki, gözəl musiqi dinləsin. Zaman keçdikcə, xəstəliklərin tüğyan elədiyi bir zamanda insanlar ruhunu dinləndirmək üçün yer axtarırlar. İstirahət etmək istəyirlər. Vaxt və zaman gələcək, bu bizə də gəlib çatacaq. İnsanlar normal şəkildə bilet alaraq konsertlərə gedə biləcəklər. 300-500 manatlıq biletlərin də öz sahibləri var. Onların çoxu heç bilmir ki, musiqi nədir. Heç musiqidən də anlamırlar. Onlar reklama, şöhrətə, görünməyə üstünlük verirlər. Çoxlarını tanıyıram, göstəriş üçün konsertə gedirlər. Bilet aldıqları konsertdə müğənnini, musiqini dərk də eləmirlər. Sadəcə pulu çoxdur, reklam üçün gedib orada oturur”.

src="/storage/files/upload/db0279b57916d13cf466d3b5462bdc24478c9e82.jpg" style="width: 398px; height: 249.413px;" class="fr-fic fr-dib">

Yazıçı Qan Turalı Publika.az-a açıqlamasında söyləyib ki, Türkiyə ilə Azərbaycan arasında konsert qiymətlərində fərq olması təəssüf doğuran bir reallıqdır:

“Ancaq bu nəticədir, səbəb deyil. Əgər yağış yağırsa və insanlar əllərinə çətir götürürsə, bu o demək deyil ki, insanlar çətir götürdüklərinə görə yağış yağır. Əksinə, yağış yağdığı üçün çətir götürürlər. Ona görə də bizdə tək bu məsələdə yox, eləcə də bütün sahələrdə səbəbləri araşdırmadan, axtarmadan nəticəni tənqid eləmək meyli var. Bu sahədə də vəziyyət belədir”.

Ortaya çıxan bu nəticənin səbəbi nədədir?

Yazıçının fikrincə, burada iki əsas faktor var:

“Mən burada iki əsas faktoru qeyd etmək istəyərəm. Eyni zamanda, çoxlu başqa faktorlar da var. Məsələ burasındadır ki, hər şeydən əvvəl bütün dünyada olduğu kimi Türkiyədə müğənnilər əsas gəlirlərini konsertlər və modern internet platformaları vasitəsi ilə qazanırlar. Kimsə hər hansı bir müğənninin mahnısını dinləmək istəyirsə, oraya daxil olur və pul ödəyir. Həmin gəlirin də bir hissəsi sənətçiyə çatdırılır. Əgər kiminsə pərəstişkarı, fanatı çoxdursa, konsertləri daha çox təşkil edilir və həmin müğənni daha çox gəlir qazanır. Təəssüf ki, Azərbaycanda musiqi sahəsində belə bir təcrübə yoxdur. Azərbaycanda müğəninilər pullarını toylar vasitəsi ilə qazanırlar. Yəni müğənnilərimiz çox nadir hallarda, bəzən iki-üç ildən bir konsert verirlər. Bunun da səbəbləri aydındır. Bizdə konsert bir növ prestij üçündür. Yəni gəlir, qazanc vasitəsi deyil. Əlbəttə, bu da nəticəyə öz təsirini göstərir. Bu gün Türkiyədə konsert biletləri satılan məşhur bir sayta – “Billet tickets”ə daxil oldum, gördüm ki, İstanbulda bu gün ərzində bir neçə konsert var. Yəni mən təkcə konsertləri deyirəm. İstanbul Böyük Şəhər Bələdiyyəsi Harbiye adlı yerdə, açıq havada bu gün konsert təşkil edir və bu, 2-3 ay davam edir. Baxdım və 4 min nəfərlik konsert təşkil olunur. Bu gün Yıldız Tilbe var, o biri gün Ebru Gündeş var... Yəni hər müğənni il ərzində 20-30 konsert verir”. Qan Turalının fikrincə, bizdə isə əksinə, bunlar yoxdur:

“İqtisadi olaraq düşünsək, görərik ki, bir şeydən nə qədər çoxdursa, onun qiyməti də bir o qədər aşağı olur. Bir məkan hər gün konsert verirsə, ona əlahiddə qiymət qoymağa ehtiyac yoxdur. Hər gün 4 min adamın iştirakı ilə konsert verirsə, bu 40 gün ərzində yüz minlərlə adam deməkdir. Görünən odur ki, bu kimi amillər qiymətlərə adekvat şəkildə öz təsirini göstərir. Çox təəssüf ki, bizdə konsert təcrübəsinin olmaması, həm də Azərbaycanda musiqiyə və incəsənətə “quzunu kabab, şairi heykəl tək xoşlamaq” münasibəti olduğu müddətdə bu cür acınacaqlı mənzərə üzə çıxacaq. Bizdə teatr biletlərinin qiyməti çox ucuzdur. Yadımdadır, bir dəfə Türkiyədə teatra getmişdim, qiyməti bizdəkindən hardasa 2 dəfə bahalı idi. Halbuki o da dövlət teatrı idi. O mənada baxanda görürük ki, insanlar teatra da çox getmirlər. İstənilən halda qiymət fərqlərinin bu cür olması ölkə mədəniyyətinin inkişafına pis təsir göstərir. Nəticəni öyrənib aradan qaldırmaq imkanımız varsa – belə bir imkanın olub-olmadığını da bilmirəm – bu nəticələri ləğv eləmək bir o qədər asan olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm