Xüsusi
Bəhram Bağırzadə azadlıqdan məhrum edilə bilərmi? - AÇIQLAMA
Bir neçə gündür ki, Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkələrdə yayılan videosuna görə insanlar tərəfindən virtual meydanda “daş-qalaq” edilir. Sərt şəkildə tənqid olunur. Videoda isə Əməkdar artist öz qonşusuna, ərki çatan bir şəxsdən bu və ya digər məsələ ilə bağlı fikir bildirməsini istəyir. Videodan da görünür ki, həmin şəxs görüntüsünün çəkilməsinə görə yox, fikir bildirməsinin önəm daşımadığına görə Bəhram Bağırzadəyə “etiraz” edir. Yəni “mənim fikrimin nə önəmi var?” anlamında Əməkdar artistin sualından “yaxa qurtarmağa” çalışır. Sosial şəbəkə istifadəçiləri isə məlum videoya görə Bəhram Bağırzadəyə daha ağır ittihamlar irəli sürdülər. Onu linç etdilər.
Nəticədə Əməkdar artist Bəhram Bağırzadə “iki gündür yatmıram, narahatlıq keçirirəm, çünki bir Allah bəndəsinin haqqını yemişəm və qəlbinə toxunmuşam”, – deyərək üzr videosu paylaşdı. Bəs ortada üzr istəniləsi bir məqam var idimi? Bu videoya görə XX əsrin çempionu olmuş bir şəxsi, KVN ustasını linç etməyə dəyərdimi? Ortada hər hansı hüquq pozuntusu varmı? Hansısa media hüququ pozulubmu? Fərdin hüquqları hansı hallarda pozulur?
Hüquqşünas, media eksperti Ələsgər Məmmədli Publika.az-a açıqlamasında söyləyib ki, burada əsas məsələ media hüququ aspekti deyil, daha çox ifadə azadlığı məsələsidir:
“Çünki Bəhrəm Bağırzadə təkbaşına media deyil, həmin şəxs də mediada çalışan şəxs sayılmır. Ona görə də mahiyyət etibarilə bu, media ilə əlaqəli məsələ deyil. Sadəcə olaraq bu reallıqdır ki, burada fərdi hüquqlarla bağlı məsələ müzakirə oluna bilər. Fərdi hüquq odur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsi deyir ki, şəxsin icazəsi olmadan onun videoçəkilişi aparıla, səs yazısı qeydə alına bilməz. Həmin məlum videoda şəxsin etiraz etdiyi görüntüsü var. Amma o etirazın mahiyyəti, nəyə görə etiraz etdiyi çox da aydın deyil. “Mən danışmıram”dan daha çox “mənim fikrim önəmli deyil” anlamında olan bir etirazdır. Əlbəttə, bunlar bir qədər fərqli məqamlardır”.
Ekspertin fikrincə, bu, o zaman predmet ola bilir ki, həmin şəxs bunu mübahisələndirsin:
“Yəni qanunsuz olaraq çəkildiyini iddia eləsin. Əgər həmin şəxs bunu mübahisələndirmirsə, buna kənardan baxıb “çəkiliş qanunidir”, “qanunsuzdur” demək düzgün deyil və yaxud “hüquq pozuntusudur”, - demək yanlışdır. Ona görə ki, həmin şəxs hüququnun pozulduğunu demir. Əgər çəkilişlə bağlı şəxsin razılığı varsa və buna açıq formada öz etirazını bildirmirsə, bunun hüquq pozuntusuna gətirib çıxaracağını demək həddən artıq yüksək iddiadır. Amma hüquqda nəzərdə tutulub ki, şəxsin icazəsi olmadan onun videoçəkilişi aparıla, səs yazısı qeydə alına bilməz. Şəxs həmin videoda “mənim fikrimə nə ehtiyac var, ekspertlər bu məsələyə münasibət bildirsə, daha yaxşı olar” anlamında etiraz edirsə, burada hər hansı pozuntudan söhbət gedə bilməz”.
“Videoda görüntüsü yayılan şəxs məlum hadisəyə görə məhkəməyə müraciət edərsə, Bəhram Bağırzadə azadlıqdan məhrum edilə bilərmi”, – sualına Ələsgər Məmmədlinin cavabı birmənalı olub: "Şəxsi hüquqların pozulmasının mübahisələndirilməsi şəxsin özünə aid məsələdir. Həmin şəxs məhkəməyə, hüquq-mühafizə orqanlarına hüququnun pozulması ilə bağlı müraciət eləməsə, icazəm olmadan səs yazım qeydə alınıb, çəkilişim aparılıb – deyə aidiyyəti üzrə müraciət ünvanlamasa, o zaman bunun mübahisələndirilməsi mümkün deyil. Çünki Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata müdaxilənin cəzasını nəzərdə tutur. 155-ci maddə də telefon danışıqlarının icazəsiz qeydə alınması ilə bağlıdır. Hər iki halda şəxs hüquq-mühafizə orqanlarına müraciət etməlidir ki, cinayət işi başlansın. Əks halda orada hər hansı bir hüquq pozuntusunun öz-özünə mübahisələnməsi mümkün deyil”.
Ələsgər Məmmədli onu da vurğulayıb ki, istənilən halda Bəhram Bağırzadə ictimai füqurdur və bu cür tənqidlərin olması mümkündür:
“Cəmiyyətdə tanınan insandır. İstənilən halda onun cəmiyyət üçün ictimai əhəmiyyət daşımayan bir şəxsi gündəmə gətirməməsi tənqid oluna bilər. O zaman tənqid etmək olar ki, həmin şəxs ictimai fiqurdur və davranışları ictimai mübahisə yaradıb. Bu baxımdan tənqid olunması problem deyil. Amma hüquqi aspekti yuxarıda dediyim formada olmalıdır”.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...