Xüsusi
Payızda Ermənistanla sərhədlər açılır? – İNCƏ DETALLAR
Son günlərin ən çox müzakirə olunan məsələrindən biri də tez bir zamanda Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya proseslərin başa çatacağı, sərhədlərin açılacağı ilə bağlıdır. Bir çoxları düşünür ki, birgə komissiyanın fəaliyyətə başlaması mövcud prosesi daha da sürətləndirəcək. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıdan bölgədə marağı olan güclərə ünvanladığı ismarışların da bu prosesi sürətləndircəyini düşünənlər var. Bəzi ekspertlər yay-payız kampaniyasında delimitasiya-demarkasiya işlərinin başa çatacağı qənaətindədirlər.
Doğrudanmı proseslər sürətlənib? Həqiqətənmi Ermənistan "daşı ətəyindən tökərək" sərhədlərin qarşılıqlı şəkildə tanınmasına və onun açılmasına “hə” deyir?
Politoloq Cümşüd Nuriyev Publika.az-a açıqlamasında söyləyir ki, burada ilkin məsələdə sərhədlərin məhz açılmasıdır. Politoloqun fikrincə, prosesin taleyini həll edəcək incə məqam Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq bir-birinin sərhədlərini tanıması məsələsidir:
“Yəni, əvvəlcə sərhədlər delimitasiya olunmalıdır ki, sonra onlar xəritə üzərinə köçürülsün, demarkasiya prosesləri başa çatsın. Sərhəddə hər bir keçid məntəqəsinin, hər bir yerin coğrafi koordinatları olmalıdır. Coğrafi enlilik və coğrafi uzunluq məsələləri müəyyənləşdirilməlidir. Sərhədlər qarşılıqlı olaraq tanınandan sonra sərhədlərin açılması məsələsi gündəmə gələ bilər. Hal-hazırda Ermənistan belə bir addımı atmaq istəmir. Xüsusilə, son zamanlar Ermənistandakı proseslərin həddən artıq gərginləşməsi, revanşist qüvvələrin daha çox güc tətbiq etmək cəhdi, eyni zamanda, hazırkı baş nazir Nikol Paşinyana olan təzyiqlər bu prosesin hələ uzanacağının göstəricisidir. Ermənistanın baş naziri Moskvada bir söz, Brüsseldə bir söz, İrəvanda da tamam başqa bir fikirlər səsləndirir. Nə qədər ki, Paşinyanın və İrəvanın mövqeyi tam olaraq müəyyənləşməyib, bu məsələlər erməni təbliğatına uyğun olaraq uzanacaq. Baş verən proseslərin Azərbaycan üçün heç bir ağırlığı yoxdur. Çünki rəsmi Bakı öz xarici siyasətini çox uğurla həyata keçirir. Azərbaycan öz həqiqətlərini həm Rusiyaya, həm də Avropaya çatdıra bildi”.
Cümşüd Nuriyev düşünür ki, həm Avropa İttifaqı, həm də Rusiya birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bərabər, sərhədlərin delimitasiya olunmasına çalışırlar:
“Ermənistanda müəyyən qüvvələr var ki, baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalmasını istəmirlər. Bu prosesdə Rusiya hələ də müəyyən mənada ikili standartlarla hərəkət edir. Erməni tərəfi də deyir ki, siz haqlısınız, bunu sübut etməyə ehtiyac yoxdur. Hətta Xankəndidə açılışını etdikləri, Saxarova həsr olunmuş heykəlin altından da bu sözü yazıblar. Bu, rusların həmişəki imperiya siyasətlərinə uyğundur. Təbii ki, sərhədlərin delimitasiya və demarkasiyasını, eləcə də sərhədlərin açılmasını Rusiyada müəyyən qüvvələr istəmirlər. Xüsusən də Rusiya generaliteti bu məsələdə maraqlı görsənirlər. Onlar Ukrayna cəbhəsindəki uğursuzluqlarını və çatışmazlıqlarını ört-basdır etməyə çalışırlar. Eyni zamanda, Ermənistanın daxilindəki generalitet də müharibənin bitməsini istəmir. Çünki adətən bütün müharibələrdə generallar qazanır. Bu mənada sərhədlərin açılmasının tezliklə baş tutacağına böyük şübhəm var. Amma Azərbaycan tərəfinin, ölkə başçısının iradəsi ortadadır. Proseslərin bu şəkildə davam eləməsi heç cür Ermənistanın xeyrinə deyil”.
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO







































