Xüsusi
Mən diplomlu somelyeyəm - Viktoriya Məmmədova
Azərbaycanın şərabçılığını, şərab mədəniyyətini Avropada təbliğ edən Viktoriya Məmmədova ilə müsahibəni təqdim edirik:
- Viktoriya, Niderlandda doğulmusunuz?
- Rusiyada doğulub böyümüşəm. Artıq 22 ildir ki, Niderlandda məskunlaşmışam.
- Şərabçısınız...
- Bəli. Niderlandın Qastronomiya Akademiyasının məzunuyam. Tələbəlik dövrüm çox maraqlı idi. Təsəvvür edin, hər gün 2 saatımı yolda itirirdim. Amma çox xoşbəxt idim. Hər gün bazarlara yollanıb, meyvə, giləmeyvə, tərəvəz, torpaq iyləyirdim. Daşları qoxlamaqla qalmır, hətta dilimlə toxunurdum ki, mineralların dadını ayırd edə bilim.
- Daşları dadmaq işinizə yaradı?
(gülür)
- Əlbəttə. Şərab biznesi ilə məşğulam. Artıq 5 ildir ki, "Savalan" şərab evi ilə çalışıram. Bununla da qürur duyuram. Çünki bizim məhsulumuz çox keyfiyyətlidir. Mən diplomlu somelyeyəm.
src="/storage/files/upload/12dae5e9d0e785c22846b60ecdd2f3f71497980d.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
- Gəlin, peşənizi oxucularımıza daha geniş izah edək.
- Əlbəttə. Somelye restorana alınan, müştərilərə təqdim olunan şərabların keyfiyyətinə, saxlanma şəraitinə, temperaturuna cavabdeh olan işçidir. Somelye şərab xəritəsini hazırlayır, dequstasiya ilə məşğul olur və şərab seçimində müştərilərə kömək edir. İlk ixtisasım marketoloq olduğu üçün də ikiqat zövq alıram.
- Həqiqətən böyük məsuliyyətdir. Çünki insanlarda bir növ şərab zövqü formalaşdırırsınız. Bu mövzuda ilk primitiv sualımı verim. Şərabın dadından qiymətini təxmin edə bilərik?
- Xeyr! Şərabın dadı onun qiymət göstəricisi deyil. Bu işlə bazar məşğul olmalıdır. Yaxşı şərab bahalı şərab demək deyil.
- Bəs keyfiyyətini necə təyin edək?
- Şərabın keyfiyyəti bir neçə üsulla yoxlanılır. Mən sizə ən geniş yayılmışını izah edəcəm. Məsələn, qurtumu yavaş-yavaş udmağa çalışmalısınız. Elə bu məqamda 10-a qədər saymağa başlayın. Dadın damağınızda qalma müddətindən asılı olaraq şərabın keyfiyyətini təyin edə bilərsiniz. Ancaq təbii ki, üzümün növünü də nəzərə almalıyıq.
- Şərabın müalicəvi xüsusiyyətləri də var?
- Əlbəttə. Avropada həkimlər hər gün bir qədəh qırmızı şərab içməyi tövsiyə edirlər. Təbii ki, tibbi faydalarını həkimlər daha yaxşı izah edər. Amma əzələlərin, sinirlərin rahatlığına, əhvalın düzəlməyinə kömək edir.
- Daha çox saxlanılan şərab həmişə daha keyfiyyətli olur?
- Əlbəttə ki, yox. Bir sıra şərab təzə içilməlidir. Bura əsasən təmizlənməmiş şərablar daxildir.
src="/storage/files/upload/4ec7113e5afff46b7e6286042483af4b.jpg" alt="Необычные профессии: специалист по винам - сомелье" class="fr-fic fr-dii">
- Yarımçıq içilmiş şərab şüşəsini harada və nə qədər saxlasaq, keyfiyyəti qismən itməz?
- Mədəmizdə. Ciddi cavab versəm, burada ağ, yaxud qırmızı şərabın turşuluq və digər xüsusiyyətləri nəzərə alınmalıdır. 3-4 gün ərzində soyuq və qaranlıq məkanda saxlaya bilərsiniz. Amma onu da deyim ki, açılmış şərab şüşəsini saxlamağın bir sıra üsulu var. Gün keçdikcə tərkibindəki şəkər arta bilər. Bəzi insanlara isə yüksək miqdarda şəkər zərərlidir.
- Şərab dühasını hansı hədiyyə ilə təəccübləndirə bilərik?
- Şərabdan anlayan insanı qeyri-adi bir şeylə, məsələn, Azərbaycan kimi qeyri-adi ölkənin şərabı ilə təəccübləndirmək və ya klassiklərə müraciət etmək olar.
src="/storage/files/upload/2021_05_24_bez_imeni3_1_9637.jpg" alt="В Ялте начал работать единственный в России робот-сомелье | Октагон.Медиа" class="fr-fic fr-dii">
- Sizi Azərbaycan şərabına bağlayan səbəbi də bölüşsəniz, maraqlı olar.
- Azərbaycanın ən yaxşı şərablarını axtarırdıq. Qrupumuzda somelyelər, restoran sahibləri, şərab mağazalarının sahibləri də vardı. Gözübağlı dequstasiyadan sonra hamımız yekdilliklə "Savalan"ı seçdik. Hazırda bu şirkətin Avropaya ixrac üzrə direktoruyam. Adətən müştərilərimizə şərabı təqdim etdikdən sonra maraqla qarşılaşırıq. Onlara xəritədə Azərbaycanı göstərməklə tanıtıma başlayırıq. Bilirsiniz, Qıbılınin "Savalan" üzümlükləri yerləşən ərazisində şərabçılığa aid arxeoloji tapıntılar hər kəsi təəccübləndirmişdi. Elə bundan sonra həmin ərazidə muzey yaratdıq. Sevinirəm ki, Azərbaycanın şərab mədəniyyətinin dünyada təbliğində mənim də rolum var.
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı







































