Xüsusi
Neftin qiyməti durmadan artır: 2029-cu ilə qədər...
“Azərbaycan neftinin dünya bazarındakı qiymətlərə təsiri demək olar ki, yoxdur. Çünki biz heç kimə qiymət diqtə etmirik və qiyməti formalaşdırmırıq. Bizim neftimiz London Birjasının qiymətlərinə bağlıdır. Azərbaycan neftinin qiyməti satıldığı coğrafi məkanda tələb və təkliflə formalaşır. Hazırda nə Novorossiyskdən, nə də Supsadan neft daşınır. Ona görə də yalnız bir terminalla – Bakı-Tbilisi-Ceyhanla neft ixrac edirik. Hazırda “Brent” markalı neftin qiyməti 120 dollardır. Ötən həftə qiymətlər hətta 120 dollar həddini də aşdı. Yəni, hazırkı qiymətlər dünya bazarı üçün çox yüksəkdir. 2014-cü ilin iyunundan sonra dünya bazarı bu cür qiymətlərlə rastlaşmayıb”.
Bunu Publika.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban deyib.
Neftin qiymətinin son günlər yüksələn templə artmasının səbəblərindən danışan ekspert bildirib ki, fevral ayında qiymətlərin 100 dollar həddini aşması Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli idi:
“Neft növbəti yüksək qiymət həddinə indi çatır. Bu da Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketi, neft embarqosu məsələsinin müəyyən limitlərlə daxil edilməsi ilə bağlıdır. Yəni bu, bazar iştirakçılarına bir siqnal oldu ki, ilin ortasında və sonunda Rusiyanın dünya bazarına çıxaracağı neftin həcmi azalmağa başlayacaq. İndi artıq dəqiq həcm göstərməyə başlayıblar. Söhbət dekabr ayı üçün 2,5-3 milyon barreldən gedir. Bu cür xəbərlər ilkin olaraq bazar iştirakçıları tərəfindən emosional şəkildə qəbul edilir. Həmin emisionallıq özünü qiymətlərdə də göstərib. Məsələ burasındadır ki, iştirakçılar bu həcmi nə ilə əvəz edəcəklərilə bağlı fikirləşirlər. Düzdür, artıq OPEC iyulun 1-dən bazara əvvəlki kimi, gündəlik 432 min deyil, 648 min barrel əlavə neft çıxmayacağını elan etdi. Reallıqda isə bu rəqəmlərin dəqiqliyi növbəti ayların sonunda bilinəcək”.
src="/storage/files/upload/65ed5b967e7b8b3ecb71a23d71d92a39327c03d0.jpg" style="width: 324px; height: 201.96px;" class="fr-fic fr-dib">
Ekspert düşünür ki, bu kimi məsələlər bazarda qiyməti alovlandıran amillərdir:
“Mart ayında müharibəyə görə neftin qiymətləri “alovlanmışdı”. Qazın qiyməti birdən-birə 3500 dollara qalxmışdı. Hazırda həmin səviyyədən aşağı düşsə də, görürük ki, yanacaq bazarında qiymətlər hələ də yüksəkdir. Bunun aşağıya doğru meyillənmə tempi hələ ki, görünmür. İndi iyun ayıdır və ilin ortasındayıq. Rusiya-Ukrayna müharibəsinin nə zaman bitəcəyi bəlli deyil, savaş fazasının siyasi fazaya transferi hələlik bilinmir. Bu baxımdan, bircə şey məlumdur: hətta bu faza baş versə belə, Qərblə Rusiya arasında iqtisadi münasibətlərin əvvəlki məcraya qayıtması mümkünsüzdür. Çünki ortada həll edilməli və ən azından dünyanın orta perspektivdəki baxışları Qərblə Kreml arasında diametral risklərə malikdir. Ona görə də sanksiyalar aradan götürülməyəcək. Avropa ilə Rusiya arasında 1960-cı illərdə yaradılan logistika sistemi, bazarların təminatı böyük sürətlə “erroziyaya” uğramaqdadır. Avropa İttifaqının kommunikesində deyilir ki, Rusiyadan alınacaq neft 90 faizədək azaldılacaq. Bu o deməkdir ki, bir neçə il yox, onilliklər boyu, ən azından 2029-cu ilə qədər dünyanın ən böyük karbohidrogen yataqlarına malik Rusiyanın bəşəriyyətin ən böyük istehlak bazarı ilə əlaqələri pozulacaq. Yeni bazarlar, yeni sistemlər formalaşdırılacaq”.
İlham Şabanın fikrincə, yaşıl enerjiyə keçid üçün milyardların, hətta trillionların axıdılmasını müşahidə edəcəyik:
“Düşünürəm ki, yaxın 10 ilin ən azından 5 ili üçün ənənəvi enerji bazarında qiymətlər yüksək qalacaq. Demirəm ki, bu rəqəmlər 100 dollar həddini aşan səviyyədə olacaq, ancaq yenidən 50 dollar səviyyəsinə də düşməyəcək. Yaxın 5 il üçün neftin dünya bazarında aralıq qiyməti 70-80 dollar arasında dəyişəcək. Bu, əvvəlki proqnozlardan 50 faiz yüksəkdir. 2019-cu ildə 71 dollara çatanda BP, Ekson, TOTAL kimi şirkətlərin rəhbərləri qeyd edirdilər ki, bahalı neft erası artıq bitdi. Bildirirdilər ki, neftin orta qiyməti bundan sonrakı dövrlərdə 50-60 dollar civarında olacaq. OPEC-in özü ədalətli qiymət deyərkən 55 dolları nəzərdə tuturdu. İndiki rəqəmlər ondan iki dəfə yüksəkdir. OPEC-in “ədalətli qiymət”ə qayıtmaq istəyi hələ ki, baş vermir”.
“Payızda, havalar soyuyanda neftin qiymətində kəskin artım müşahidə edilə bilərmi” – sualına ekspertin cavabı birmənalı olub:
“İndidən payızda neftin qiymətinin bahalaşacağı ilə bağlı proqnoz vermək çətindir. Çünki neftin hazırkı 120 dollar səviyyəsində onun hərbi-siyasi amili ən azından 40 dollar təşkil edir. Ukrayna-Rusiya savaşı fonundakı hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq dəyişən, verilən qərarlar özünü neftin qiymətində əks etdirir. Biz hələ ki, Vaşinqtonla Ər-Riyad arasında nələrin baş verəcəyini bilmirik. Digər tərəfdən, Rusiya və Çin, Rusiya ilə Qərb arasında reallıqların necə dəyişəcəyindən bixəbərik. Dünya iqtisadiyyatının oktyabrdakı 9 ay üzrə inkişaf tempinin proqnozlardan nə qədər fərqlənəcəyini bilmirik. Bu qədər amil neftin qiymətinin formalaşmasına öz təsirini göstərir. İl ərzində dünyada 4 milyard ton neft ticarəti edilir”.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...