Xüsusi
Türk general pərdəarxası məqamları açdı: Ermənistan buna məcbur ediləcək - VİDEO
Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauzun Publika.az-a müsahibəsi:
- Rəsmi Ankara Ukrayna taxılının dünya bazarlarına çıxarılması prosesində əsas vasitəçi dövlət missiyasını öz üzərinə götürüb. Kreml isə taxıl məsələsini Rusiyanın istifadə edə biləcəyi yeni “silaha” çevirməyə çalışır. Bu kontekstdə Türkiyə və Rusiya arasında Ukrayna taxılının ixracı mövzusunda danışıqlar müəyyən ziddiyyətlərlə qarşılaşa bilərmi?
- Rusiyanın dünyada Türkiyədən başqa mövcud problemləri müzakirə edə, həll yolları axtara biləcəyi və alternativ formatlar hazırlaya biləcəyi başqa bir ölkə qalmayıb. Bu gün Türkiyə BMT, NATO, ABŞ və Avropa İttifaqı ilə birlikdə Rusiya arasında vasitəçilik edir. Hazırda dünya ciddi bir şəkildə taxıl qıtlığı, qida çatışmazlığı ilə üz-üzədir. Xüsusilə də Ukraynanın Qara dəniz sahillərində minalanmış ərazilərinin təmizlənərək hazır məhsulun daşınması müzakirə olunur.Bu mövzuda Sergey Lavrovun ötən gün Türkiyəyə səfərindən sonra 4-lü şəkildə - BMT, Rusiya, Ukrayna və Türkiyə bu qida böhranının həlli edilməsi məsələsində ortaq bir yolla getmək məcburiyyətindədir. Dünyanın başqa çarəsi yoxdur.
- Sizcə, Kiyev maraqlarının nəzərə alınması baxımından Türkiyə masasını dəyərləndirə və “taxıl böhranı” hadisələrin bu məcrada inkişafına zəmin yaradacaqmı?
- Bu, həm də Ukraynanın istəklərini Rusiyaya müəyyən bir ölçüdə yerinə yetirtməsidir. Tək narahat olduğu məsələ minaların təmizlənməsindən və koridorun açılmasından sonra Rusiyanın Qara dənizdən hücuma keçməsinə əngəl olmaqdır. Rusiyanın da sərgilədiyi mövcud mövqe çərçivəsində belə bir addım atacağını düşünmürəm. Ukraynanın taxıl məhsullarını dünya bazarına çıxarması, pul qazanması lazımdır. Nəticədə, söhbət milyonlarla ton qidadan gedir. Bu, Türkiyə və BMT vasitəsilə dünyada ehtiyac sahiblərinə çatdırılırsa, Rusiya bir prinsipindən imtina etmiş olacaq. Çünki Rusiya Qara dənizdəki həmin sahilləri mühasirəyə alıb və gəmilərin çıxışına əngəl yaradır. Bu plan baş tutarsa, həm psixoloji, həm də iqtisadi baxımdan Ukrayna üçün çox yaxşı olacaq.
src="/storage/files/upload/78e677b2980c3d0ddb89bdf97ecd26d7dac8e66a.jpg" style="width: 333px; height: 222px;" class="fr-fic fr-dib fr-fil">
- Rusiya Türkiyə ilə “3+3” formatı üzərindən də daha sıx əməkdaşlıq etməkdə maraqlıdır. Çünki “3+3” formatı Rusiya üçün ABŞ və Qərbin Cənubi Qafqaza yerləşməsinin qarşısını ala biləcək olduqca önəmli platformadır. Bu formulun perspektivi barədə nə düşünürsünüz?
- “3+3” formatının reallaşması çox önəmli idi, ancaq gün keçdikcə bu formatın zəiflədiyi görünür. Rusiyanın marağı buraya Qərbin, Avropa İttifaqının, ABŞ-ın girməsinin qarşısını almaqdır. Amma indi sülh müqaviləsinə gedən yol da “3+3” kontekstində deyil, Brüssel çərçivəsindən keçməyə başladı. Avropaya isə “3+3”, yəni sadəcə Rusiyanın deyil, həm də Türkiyənin rol aldığı və bu bölgəyə yönləndirilən format əvəzinə, Aİ zəminində və Azərbaycanla Ermənistanın təkbaşına bu prosesləri həyata keçirməsi məsələsi maraqlıdır. Amma bizim üçün hazırda sülhə nail olmaq, sərhəd məsələlərinin həll olunması, mina probleminin çözülməsi, dəhlizlərin açılması önəmlidir. “3+3” formatı hər arenada davam edəcək, çünki Rusiya və İran bu bölgəni boş buraxmaq istəməyəcək.
- Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov hazırda İrəvanda səfərdədir. O, erməni həmkarı ilə 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyannamənin müddəalarının yerinə yetirilməsini müzakirə edib. Sizcə, Rusiya Ermənistanın razılaşması üçün təzyiqlərini artıracaqmı?
- “3+3” platforması kontekstində və Rusiya faktorlu həll üçün Rusiya Ermənistanı razı salmağa çalışacaq. Çünki bu, Azərbaycanın haqq savaşıdır, torpaq bütünlüyü çərçivəsində problemin tez bir zamanda həll edilməsi Qərbin bu məsələyə inteqrasiya olmasının və buranı yönəltməyin önünə keçəcək yeganə formatdır. Brüssel görüşlərindən narahat olan Rusiyanın Aİ çərçivəsində ABŞ-ın da təsirinin olduğu görüş yerinə öz nəzarətində olan bir həllin olması yönündə Ermənistana təzyiqlərini artıracaq. Ermənistandakı daxili qeyri-sabitliyi də pərdəarxasından idarə edən güclər eyni yerlərə xidmət edir.
- Ermənistanın baş naziri Nikol Paşinyanın “türksünüzmü” sualı qarşılığında, “bəli türkəm” cavabını verməsi ölkədə böyük rezonansa səbəb olub. Ermənistanın gələcəyi, blokadadan çıxmasının türk dünyası ilə əlaqələrdən asılı olduğu bir zamanda Paşinyan Türk olduğunu deməklə nəyə işarə edir?
- Paşinyanın türk olub-olmaması fantaziya mövzusudur. Ermənistanın və Paşinyanın 10 noyabr 2020-ci ildə imzalanan müqaviləni sülh sazişinə çevirməkdən başqa şansı yoxdur. Bunu etdikləri təqdirdə ayaqda qalacaqlar, etməsələr onlar üçün daha böyük sıxıntılar, xalqı üçün içərisindən çıxması mümkün olmayan problemlərlə nəticələnəcək. Paşinyan yəqin ki, xalqı ilə zarafat edib. Çünki türkün əli türkə qarşı qanlı olmaz, digər erməni liderlər kimi Paşinyanın da əli qana batıb. Əgər türk olsaydı, müharibə zamanı və digər müddətdə Azərbaycan xalqına, türk millətinə qarşı bu qəddarlığı etməzdi.
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA