Xüsusi
Erkən yaşlarda cinsi əlaqə qadınlarda xərçəng yaradır - Türkiyəli professor
Onkoloq Ginekoloq Prof.Dr. Murat Dedenin sözlərinə görə, HPV virusu qadınlarda uşaqlıq boynu xərçəngin yayılmasının əsas səbəblərindən biridir. HPV-nin seksual yolla ən çox keçən xəstəliklərdən biri olduğunu deyən professor qeyd edib ki, erkən yaşda cinsi əlaqəyə başlamaq, birdən çox partnyorun olması risk faktorları arasında birinci gəlir.
Tanınmış onkoginekoloq Publika.az-a ginekoloji xərçəng xəstəlikləri barədə müsahibə verib.
Qeyd edək ki, professor 10-11 iyun tarixində “Leyla Medical Center” də xəstələrini qəbul edəcək.
- Son illər qadın xəstəlikləri, xüsusilə ginekoloji xərçəngin növlərinin geniş yayılmasının səbəbləri nələrdir? Bu ağır xəstəlikdən özümüzü necə qoruya bilərik?
- Ümumiyyətlə, son illər xərçəngin bir çox növünün artma tendensiyasını görürük. Proqnozlara görə, 2035-ci ildə xərçənglə bağlı ölümlər ürək xəstəliklərini belə geridə qoyacaq. Təəssüflə qeyd etməliyəm ki, xüsusilə endometrial, yəni uşaqlıq xərçəngi qadınlar arasında ən çox rast gəlinən bədxassəli törəmələrdəndir. Yaşla bağlı estrogen hormonların disbalansı uşaqlıq və yumurtalıq xərçənginin yaranmasına səbəb olur. Estrogen endometrium hüceyrələrinin sayının hədsiz artması vəzilərin normadan daha çox böyüməsinə səbəb olur. Eyni zamanda dünyadakı piylənmə və bununla əlaqədar diabet kimi xəstəliklərin artması, hipertoniya və bir sıra genetik amillər nəticəsində uşaqlıq xərçəngi meydana gəlir.
İkinci ən çox rast gəlinən uşaqlıq boynu xərçəngidir. Bu xəstəlik HPV virusu nəticəsində inkişaf edir. HPV virusu nədir? “Homo Papilloma Virusu” həm kişi, həm də qadın cinsiyyət orqanlarını və bu bölgənin selikli qişalarını yoluxduran, "kondiloma" adlanan ziyilşəkilli kütlələrin əmələ gəlməsinə səbəb olan virus növüdür. Nəticə etibarı ilə qadında HPV virusu qeydə alınıbsa, onlarda uşaqlıq boynu xərçənginin inkişaf etmə ehtimalı yüksəkdir. Ortaya çıxan bir neçə risk faktorları var: erkən yaşda cinsəl əlaqəyə başlamaq, birdən çox cinsi partnyorların olması, yaxud partnyorun cinsəl həyatında birdən çox adamın olması, seksual yolla keçən xəstəliklər və s. Risk faktorları ölkədən-ölkəyə dəyişsə də, bu, dünyada ən çox yayılmış cinsi yolla keçən xəstəlikdir. Uşaqlıq boynu xərçənglərinin böyük əksəriyyəti (95%-dən çoxu) insan papillomavirusu (HPV) tərəfindən törədilir.
Maraqlıdır ki, yumurtalıq xərçənginə inkişaf etmiş ölkələrdə daha çox rast gəlinir. Onun geniş yayılmış növü epitelial yumurtalıq xərçəngidir. Bu xərçəngin yaranmasının başlıca səbəbləri isə bərk yağlardan istifadədir.
Bəzi bədxassəli şişlər irsi xarakterlidir və bu, xərçəngin eyni ailənin üzvlərində müşahidə olunması deməkdir. Bundan başqa, BRCA1 və BRCA2 mutasiyalarına sahib olan qadınlarda yumurtalıq xərçəngi görülməkdədir. BRCA1 və BRCA2 genləri hüceyrələrimizdə zədələnmiş DNT-nı bərpa etməyə köməklik edir. Əgər insanlar bu genlərdən istənilən birinin mutasiya edilmiş növünün daşıyıcısı olsalar, onlarda xərçəngin müəyyən növlərinin inkişaf riski yüksəlir. Qadınlar onlarda BRCA geni mutasiyasının olduğunu bilirlərsə, o zaman xəstəlik başlayana qədər müalicə barədə düşünməlidirlər.
Vagina - xarici dodaq xərçənginin də hər keçən gün artımını müşahidə edirik.
- Ginekoloji bədxassəli törəmələr və müalicə üsulları haqqında danışmanızı istərdim.
- Tətbiq edilən müalicə üsullarından danışsaq, qısa olaraq deyə bilərəm ki, uşaqlıq və yumurtalıq xərçəngində cərrahiyyə ön planda gəlir. Daha sonra kimyəviterapiyalar və radioterapiyalardan istifadə edirik. Məqsədyönlü terapiyalar da son zamanlarda aktualdır. Aparılan elmi araşdırmalar onların effektivliyini dəstəkləyir.
Bununla bərabər, immunitetin xəstəliyə qarşı daha effektiv mübarizə aparması üçün immunoterapiyalar da mümkündür. Kimyaterapiya ilə müqayisədə immunoterapiyanın yan təsirləri daha zəifdir deyə bilmərik. İlk istifadədə allergiya kimi yan təsirləri ola bilər. Bundan başqa dəri, bağırsaq, hormonal sistem və ağciyərlərə də öz təsirini göstərir. Ümumiyyətlə xərçəngin müalicəsi hər gün biraz daha da inkişaf etdirilir. Son 10 ildə isə ən çox inkişaf etdirilən müalicə üsulu immunoterapiyadır.
Ağıllı dərmanlar da xərçəng müalicəsində məqsədyönlü nəticələr verən bir üsuldur. Xərçəngin əmələ gəlməsində təsirli olan genetik mutasiyalar və molekulyar dəyişikliklər haqqında məlumat artdıqca, xərçəngin müalicəsində ağıllı dərmanların əhəmiyyəti daha da artmaqdadır. Əlavə olaraq, hormonal müalicələr də olduqca önəmlidir. Xüsusi qeyd etmək lazımdır ki, bütün müalicələr ginekoloji və onkoloji mərkəzlərdən bir neçə həkimin müzakirəsi və qərarı ilə istiqamətləndirilməli və təqib edilməlidir.
- Həkim, sizə daha çox hansı xəstəliklərlə bağlı və hansı yaş qrupundan olan qadınlar müraciət edirlər?
- Yeni menstruasiyaya başlayan gənc qızlar, reproduktiv dönəmdə, postmenopoz dövründə, həmçinin yaşlı qadınlar da daxil olmaqla istənilən yaş qrupundan ginekoloji xərçəng şikayətləri ilə bağlı müraciət olur.
- Qadın xərçəngə tutulduğunu nədən anlaya bilər? Yəni bunun konkret əlamətləri varmı, yoxsa ancaq ginekoloji müayinələrdə üzə çıxır?
- Ən azından şübhə duya bilər, lakin yumurtalıq xərçəngi çox gizli inkişaf edir. Yumurtalıq xərçəngi xəstələrinin 50 faizində öncədən heç bir problem olmur. Problem ortaya çıxanda isə aidın olur ki, xəstəlik müəyyən qədər irəliləyib.
Uşaqlıq boynu xərçəngi menstruasiyadan kənar, həmçinin cinsi əlaqədən sonra qanama, axıntılar və bu nahiyədə ağrılar və s. kimi əlamətlərlə özünü göstərə bilər.
Uşaqlıq xərçənglərinin 70-80 faizi ilkin mərhələdə müəyyən edilir. Səbəbi odur ki, qadında vaginal qanama və dəyişkənlik baş verir. Odur ki, müayinə ilə xəstəliyin diaqnozu qoyulur və ağırlaşmadan müalicə edilə bilir.
- Onkoginekologiya sahəsində Azərbaycanda müalicəsi mümkün olmayan xəstəliklər hansılardır?
- Bildiyim qədər Azərbaycanda ginekoloji xərçəngin müalicəsində kimyəviterapiya, radioterapiya və digər müalicə üsullarının bir çoxu həyata keçirilir. Lakin bizə gələn nəticələr onu deməyə əsas verir ki, müalicənin təməlini təşkil edən patologiya, genetik və kimyəvi laboratoriya işləri hazırda arzuladığımız səviyyədə deyil.
Minimal invaziv deyilən robotik cərrahi əməliyyatlar, təəssüf ki, Azərbaycanda həyata keçirilmir. Xüsusilə də əməliyyat nəticəsində limfaların çıxarılması, immunoterapiyalar, məqsədyönlü terapiyalarla bağlı müalicələri görə bilmirəm.
- Ən ağır əməliyyatınızı necə xatırlayırsınız?
- Bu, iki il əvvəl olub, qarın boşluğunu tamamilə tutan - uşaqlıq, yumurtalıq, böyük damarlar, qaraciyərin bir qismi çıxarılmışdı. Olduqca genişmiqyaslı əməliyyat idi. Nəticədə o xəstəni sağaldıb yola saldıq. Həmin xəstəyə tez-tez nəzarət olunur. Belə əməliyyatlar nə ilk, nə də sondur. Yumurtalıq və uşaqlıq xərçənglərinin əməliyyat yolu ilə xəstəyə zərər vermədən çıxarılması olduqca mühümdür.
- Əvvəllər uşaqlıq və ya yumurtalıq xərçəngi diaqnozu qoyulanların bir daha uşaq sahibi ola bilməyəcəyi düşünülürdü. Ancaq tibbdəki irəliləyişlər bu anlayışı alt-üst etdi. Tibb hansı mərhələdəki xəstələrə hansı müalicə üsullarını təklif edir? Xərçəng xəstəsi hamilə qala bilərmi?
- Əgər xərçəng diaqnozu erkən qoyulubsa, xüsusilə uşaqlıq ağzı xərçənginin erkən dönəmindədirsə, yumurtalıq xərçənginin isə erkən mərhələsindədirsə, digər yumurtalığı və uşaqlığı qoruyaraq, hamiləlik şansını artırmaq mümkündür.
Uşaqlıq xərçəngində isə onu çıxarmadan hormonal dərmanlarıla müalicə edir və müalicə prosesini nəzarətdə saxlayırıq. Yaxud hormon ehtiva edən uşaqlıq içi vasitələrin köməyilə müalicə mümkündür.
Bəzi yumurtalıq xərçəng növləri var ki, bu nahiyədəki yumurta hüceyrələrindən kök alır. Burda da əgər erkən diaqnoz qoyublsa, digər yumurtalığı və uşaqlığı qoruyaraq, gələcəkdə hamilə qalmasını təmin edə bilirik. Bundan başqa, yumurtaların və embrionların əməliyyat öncəsi alınaraq dondurulması, ya surruqata anaya köçürülməsi ilə övlad sahibi olmaq mümkündür.
- Sağlam reproduktiv sistem üçün nə edə bilərik? Yoxsa hər şey genlərimizdən asılıdır?
- Qız uşaqları və qadınlar genital gigiyenanın düzgün aparılması ilə bağlı maarifləndirilməlidir. Xüsusilə uşaqlıq boynu xərçəngindən qoruyan HPV peyvəndlərinin olunmasını tövsiyə edirəm. Eyni zamanda yarana biləcək xəstəliklər nəticəsində meydana gələn şikayətlər barədə qızlarımız yeniyetməlik dövründən məlumatlandırılmalıdır.
Məsələn, siqareti tərgitmək, piylənmənin qarşısını almaq, seksual yolla keçən xəstəliklərin müalicəsi və qarşısının alınması, genital gigiyeya əməl edilməsi kimi risk faktorlarını aradan qaldırmaq ilk sırada gəlir.
Əlbəttə, bütün xəstəliklər genetik deyil, yumurtalıq xərçənglərinin sadəcə 10 faizi genetikdir, 90 faizi isə qadına xasdır. Uşaqlıq boynunun, yuxarıda dediyim kimi, genetik olmadığını düşünürük. Uşaqlıq xərçənglərində isə yumurtalıqda olduğu kimi, sadəcə bir hissəsi genetik amillərdən qaynaqlanır.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO