Xüsusi
Arada öz adımı unutmasam, ağlımı itirə bilərəm... - Sinan Canan
Bu günlərdə Türkiyənin tanınmış bioloqu Sinan Canan Mem Psixoloji Mərkəzinin dəvətilə Bakıya gəldi. Dünya şöhrətli mütəxəssislə görüşüb, son araşdırmaları, onun həyat və insanlar haqqında fikirləri ilə tanış olduq.
-Sinan bəy, özünüzü bizə təqdim edin…
-Çox çətin sualdır. Əslində bunun cavabını bilsəm, həyatda ən böyük missiyamı tamamlamış olaram. Ankarada dünyadan gəlmişəm. Bəli, …dünyadan gəlmişəm. Hər şeyə maraq göstərirdim. Həddən artıq danışqan idim. Sonra universitetə qəbul olub, bioloq ixtisası üzrə təhsil aldım. Amma hər yerdə deyirəm ki, mənim peşəm kainata, ətrafıma maraq göstərməkdir.
src="/storage/files/upload/98cff56071d57a9cdb33cd7acb5b94e68268928c.gif" style="width: 357px; height: 357px;" class="fr-fic fr-dib fr-fil">
-Bəs bu marağınızın, ətrafda baş verənlərin cavabını tapmağa çalışarkən, özünüzü itirmirsiniz?
-O qədər olub ki… Məqalələrimdə, araşdırmalarımda itmək ən yaxşı bildiyim şeydir. Bəzən qorxularımızın, arzularımızın dərinliyində itirik. Özünü tapanadək mütləq itəcəksən. Özünü itirmədən tapmaq, azad olmaq mümkün deyil. Odur ki, özümü itirməyi çox sevirəm. Son illər əmin olmuşam ki, arada bir hətta öz adımı da unutmasam, ağlımı itirə bilərəm. Özünü itirmək cəsur, hərəkətə keçən, öyrənməyə meylli insanların bacarığıdır.
-Biliyinizi paylaşmağı və öyrəndiyini izah etməyi sevirsiniz?
-Anlamaq üçün çox saatlarımı, günlərimi, illərimi vermişəm. O biliyi əldə etdikdən sonra isə çox xoşbəxt olmuşam. Sanki ömrüm uzanıb. Mən həyatımı sərf etdiyim araşdırmanı kiminsə bir neçə günə mənimsəməsinə vəsilə oluramsa, bu məni ikiqat xoşbəxt edir. Mən savadın, biliyin çılğın şəkildə artdığı zəmanənin uşağıyam. Elektron dünyanın doğumuna, ayaq açıb yeriməyinə şahidlik etmişəm. Bu gün isə müdrikləşməyini müşahidə edirik. Günümüzün ən böyük xidməti sahib olduğun informasiyanı ölkənin, qitənin sərhədləri xaricinə çıxardaraq, istifadəyə yararlı şəkilə gətirməkdir. Lakin əldə etdiyin məlumatı mütləq səndən öncəki elm adamlarının araşdırmaları ilə müqaisə etməlisən. Bu, həmçinin sənin çoxşaxəli fəaliyyətinə səbəb olacaq. Çünki savad, bilik insanlığın ortaq mirasıdır.
-Sizin bir fikrininizi beynimdə bir küncə yazmışam. Öz sərhədlərini aşan ən əcaib canlı insandır.
- Əslində insan nə edirsə, əcaib şəkildə edir. Elə insan varlığının özü də əcaibdir. Ölümlü canlı olduğunu bilərək həyatdan maksimum şəkildə zövq almaq istəyir. Lakin digərlərinin görə bilmədiyi acıları xəfiflətməyə çalışarkən, rəngli boyalardan doğulan tablolara baxıb göz yaşı tökərkən insan oğluna heyranlıqla baxıram.
src="/storage/files/upload/661de2b635f10c15fd1b9a3b6e40630999c1e35d.jpg" style="width: 360px; height: 358.8px;" class="fr-fic fr-dib fr-fil">
-İnsan beyni üzərində bir sıra araşdırmalar aparmısınız. Öyrəndiyiniz ən qəribə faktı bizimlə bölüşməyinizi istərdik.
- Elmi fəaliyyətimin ilk illərində elektron mikroskopla cücələrin beyinlərinə aid ən xırda örnəkləri müşahidə edərkən bu dünyada sadəcə 24 saat yaşamış və idarəli laboratoriya şərtlərində sadəcə tək bəsit hərəkəti mənimsəmiş cücələrin öyrənmə təcrübələrinə beyinlərindəki bağlantıların 30 faiz artdığını gördüyüm gün həyatımda bir daha heç nəyin əvvəlki kimi olmayacağına əmin oldum. İllər boyu apardığım araşdırmalardan sonra bir nəticəyə gəldim. Dərslik materiallarının böyük qismi dəyişdirilməlidir. Çünki insan beyni baza diskindən də dərin, sürətlə dəyişən, inkişaf edən sistemdir.
(ardı var)
-
Rəsmi xronika13:16Prezident şad xəbəri çatdırdı: Maaş və pensiyalar...
-
Ekologiya12:46Bakıda güclü yağış yağacaq - Hava kəskin dəyişəcək
-
Rəsmi xronika11:18Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir - İlham Əliyev
-
Dünya10:56“İsrail torpağı” kimi göstərdilər: ABŞ qəzetində qalmaqallı xəritə yayıldı
-
Rəsmi xronika10:36YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir - YENİLƏNDİ
-
Sosial08:36Bakının iki rayonu qazsız qalacaq
-
Avto05:15Elektrikli avtomobillə nə qədər qənaət edə bilərik?
-
Magazin104:44Samirə qaraya büründü - FOTO




































.jpg)

