Xüsusi
Növbəti TƏXRİBAT TƏLƏSİ: İrəvan NƏYƏ nail olmaq istəyir - SENSASİON DETALLAR
“Ermənistanın Azərbaycanla cəbhə xəttindəki son təxribatları Ukrayanda baş verən hadisələrlə, rus ordusunun həmin bölgədə geri çəkilməsi ilə bağlıdır. Burada maraqlı bir məqam da var. Ermənilər Kəlbəcər və Laçın istiqamətindəki təxribatlarını elə bölgədəki rus əsgərlərinin gözləri önündə həyata keçirir. Bu nüans da mütləq şəkildə nəzərə alınmalıdır. Çünki Ermənistan bu təxribatlardan sonra KTMT-yə müraciət edərək hadisələrə müdaxilə etməsini istəyib. Bəlkə də Rusiya Ermənistanın daxilindəki müxalif qruplardan istifadə edərək növbəti təxribatlara imza atıb. Belə bir məqam vaxtilə Türkiyə-Ermənistan sərhəddində də qeydə alınmışdı. Ola bilsin ki, Kreml Azərbaycan-Rusiya sərhəd xəttinin də rus əsgərlərinin qorumasını istəyir. Eyni zamanda, Ermənistan və Azərbaycan arasındakı gərginlikdən Rusiya məharətlə faydalanmağa çalışacaq”.
Bunu Publika.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay deyib.
Ermənistanın Azərbaycanla cəbhə xəttindəki son təxribatlarına münasibət bildirən türkiyəli ekspertin fikrincə, Kreml Qarabağın dağlıq hissəsində müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlıların burada qalma müddətinin artırılmasını istəyəcək:
“Bu baş verərsə, vəziyyətdən ən çox qazanan Rusiya tərəfi olacaq. Azərbaycan hər fürsətdə bildirir ki, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmir. Buna baxmayaraq, problemin həllində hər hansı bir ciddi irəliləyiş yoxdur. Eyni zamanda, bu o deməkdir ki, ermənilər təxribatlardan əl çəkməsələr, Azərbaycan yenidən savaş kartından istifadə edə bilər. 15 sentyabrda Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatının növbəti toplantısı baş tutacaq. Azərbaycanla sərhəddə baş verən son təxribatlar Türkiyə və Rusiya arasında gərginliyə də səbəb ola bilər. Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında Türkiyə ilə Rusiyanı üz-üzə gətirməyə çalışacaq”.
QAFSAM sədri bildirib ki, Ermənistan bu təxribatlarla başqa planları da həyata keçirməyə can atacaq:
“Biz bundan da narahatıq. Eləcə də 20 sentyabrda BMT-nin 77-ci sessiyası keçiriləcək. Belə bir tədbirdən öncə Ermənistan bütün diqqətləri Cənubi Qafqaza yönəltməyə çalışacaq. İrəvan bu istiqamətdə “beynəlxalq ictimaiyyətdən dəstək” istəyəcək. Elə ABŞ-ın da baş verən hadisələrlə bağlı son bəyanatları əslində bu yöndədir. Yəni, baş verən atışmalar regional savaşa çevrilə bilər. Ona görə də bunun önünə keçmək lazımdır. Ara sakitləşməli, atəşkəs elan olunmalı və tərəflər soyuqqanlı şəkildə prosesləri tənzimləməyə çalışmalıdır. Çünki bu nüans Ermənistan üçün Rusiyaya tamamilə bağlanmaq şəklində təzahür edilə bilər. Elə buna görə də İrəvandakı müxalif düşərgə hər yolla təxribatlara əl atır ki, öz istəyinə nail olsun. Hətta İranın, ABŞ-ın və Avropa Birliyinin Ermənistanın lehinə, Azərbaycanın əleyhinə açıqlamaları da bölgədə yeni hərbi toqquşmaların önünü aça bilər. Ona görə də Azərbaycan bu məsələdə son dərəcə diqqətli olmalıdır”.
Tural Turan
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO




















.png)





.jpg)











