Xüsusi
Türk generaldan İrəvana İSMARIŞ: "Bunu unutmasınlar!"
“Ermənistan tərəfi Kəlbəcər-Laçın-Daşkəsən istiqamətindəki son təxribatları ilə zaman qazanmağa çalışır. Digər tərəfdən, Azərbaycanı beynəlxalq aləmdə tək qoymağa cəhd göstərir. İrəvan çalışır ki, Azərbaycan dövlətini beynəlxalq arenada “təcavüzkar”, “günahkar” ölkə kimi təqdim eləsin. İrəvan cəhd edir ki, Cənubi Qafqazda sülh və sabitlik olmadığını bütün dünyaya göstərsin. Ona görə də təxribatlar kartından təhdid kimi istifadə edərək dünyanın diqqətini buraya cəmləməyə çalışır. Eyni zamanda, Ermənistan Azərbaycan Ordusundan və rəsmi Bakıdan intiqam almaq istəyir”.
Bunu Publika.az-a Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

Türk Ordusunun istefada olan generalı bildirib ki, Ermənistan bununla da daxildəki mürəkkəb vəziyyəti, erməni xalqının narazılıqlarını ört-basdır etməyi hədəfləyir:
“Diqqəti daxildəki narazılıqlardan yayındırmağa çalışır. Ermənistan tərəfi regiondakı sülh və sabitliyə təhlükə yaratmaqla həm də region dövlətlərinin iqtisadi inkişafının qarşısına keçməyə, onu əngəlləməyə cəhdlər göstərir. Eyni zamanda, keçmiş azərbaycanlı məcburi köçkünlərin öz ata-baba yurdlarına geri qayıdışını əngəlləməyə çalışır. Bundan başqa, ermənilər son təxribatları ilə Qarabağdakı yenidənqurma və inkişafın qarşısını almaq istəyir. İrəvan bu təxribatlarla çalışır ki, Qarabağın dağlıq hissəsində yaşayan ermənilər Azərbaycana meyl etməsinlər. Ermənistanın niyyəti odur ki, həmin ermənilər terrorçu fəaliyyətlərinin ardını gətirsinlər”.
Yücel Karauzun fikrincə, bu təxribatlarla Ermənistan həm də Qarabağdakı separatçılara bir mesaj ötürürlər:
“Amma görünən odur ki, bunların heç biri gerçəkləşmədi. Dezinfornmasiya faliyyətləri də bir işə yaramadı. Bir sözlə, ermənilər bu təxribatlarla məğlubiyyətdən başqa heç nəyə nail olmadılar. Hərbi və texniki, eyni zamanda, canlı qüvvə baxımından ermənilər xeyli sayda itki verdilər. Eyni zamanda, tək qaldı. Əslində Azərbaycanı “təcavüzkar” kimi göstərib onu tək qoymaq istəyirdilər. Amma bu baş vermədi. Özləri beynəlxalq hüquqla Azərbaycan əraziləri kimi tanınan torpaqlara təcavüzlər gerçəkləşdirdilər. Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə Bakıda olarkən demişdi ki, Kəlbəcərə, Laçına, Bakıya qarşı təxibatlar Ankaraya qarşı edilmiş təxribatlardır. Şuşa Bəyannaməsi və beynəlxalq hüquq çərçivəsində Türkiyə prezidentinin bu bəyanatı unudulmamalıdır”.
Tural Turan
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO




















.png)





.jpg)











