Xüsusi
Qəzada dərimin 70 faizi yandı - Məşhur musiqiçidən ŞOK SÖZLƏR
Ruhunuz güclüdürsə, cisminizi əzilməyə, bükülməyə qoymayacaq. İradəniz poladdırsa, vücudunuzun yaralarına da sığal çəkə biləcəksiniz.
Sizə Akseldən danışacam. İllər öncə avtoqəzada dərisinin 70 faizi ağır yanıq xəsarəti alsa da, ayağa durub dik addımlamağa, hətta karyera qurmağa nail olur.

- Aksel, sizi yaxından tanımaq istərdim.
- Adımı bilirsiniz, soyadım Şilströmdür. İsveçdə doğulub böyümüşəm. Musiqi karyerama da burada başlamışam. Hətta 13 yaşımda rok qrupda zərb alətlərində ifa edirdim. Qrup dağılsa da musiqidən uzaqlaşmadım. Musiqiçi ailəsində böyüdüyüm üçün bu, mümkün də deyildi. Gitara alıb evdə mahnılar ifa etməyə başladım. Amma bir yandan da anlayırdım ki, musiqi ikinci dərəcəli marağımdır. Futbolçu olmağa qərar verdim. 2012-ci ildə faciə baş verdi. Avtoqəzaya düşdüm, dərimin70 faizi yandı. Bütün bədənim yaralar və yanıqlarla dolmuşdu. Həyatım uğrunda uzun mübarizə apardım. Hər gün növbəti imtahan, yeni müalicəyə başlamaq, növbəti əməliyyata hazırlaşmaq iradə gücümü artırdı. Yarım il belə yaşadım. Sonra bir gün ayağa qalxdım və özümü yenidən musiqiyə həsr etdim. Bu, mənim həyatımda baş verən ən gözəl hadisə idi.
- 5 il öncə “Eurovision” iştirakçısı da olmusunuz. Xatirələriniz maraqlıdır.
- Ondan öncə cəmi iki mahnım vardı. İlk kompozisiya ingiliscə idi, müəllifi mən deyildim. Bəlkə buna görə tam özümünkü kimi duya bilmirdim. İkincini isə özüm yazmışdım. Klassik isvec pop musiqisi idi. Avroviziyadakı çıxışın müəllifi mən və iki dostum idi. Bu əsəri evimdə yazmışdıq. Süjet də mənə məxsus idi. Özüm olmaqdan çəkinmədim. Bəlkə də əsas özəlliyim bu idi. Heç kimin reaksiyasına məhəl qoymadan doğru bildiyimizi etməyə çalışmalıyıq. Ümumiyyətlə, bu müsabiqənin miqyası məni cəlb edirdi. Qısa zaman kəsiyində öz ölkənin koloritini çox özəl şəkildə təqdim edirsən.
- Ümumiyyətlə musiqi zövqünüz barədə soruşmaq istərdim.
- Əsasən İsveç musiqisi dinləməyə üstünlük verirəm. Mənim üçün mahnının mətni çox vacibdir. Odur ki, doğma dilində oxuyanda duyğularını daha dərin və tam ötürə bilirsən. Mənim həyat tərzim artıq mübarizədir. Keyfiyyətli musiqi isə iradəmi güclü saxlamağa kömək edir. Həm də düşünürəm ki, bu sahədə uğur qazanmaq üçün yorulmadan, küsmədən irəli baxmalısan.
-Dünyanın heç olmasa bir qüsurunu düzəltmək şansınız olsaydı, nədən başlayardınız?
- Bu gün dünya sanki öz oxundan ayrılıb. Heç nə əvvəlki kimi deyil. Heç bir şey yolunda getmir. Düşünürəm ki, insanlar çox qorxaq və rasistdirlər. Onlara bənzəməyən, fərqli olan hər kəsdən, hər şeydən qorxurlar. Ümid edirəm ki, bir gün hər həs əsl həqiqətin nə olduğunu dərk edəcək. Daha mehriban, daha gözəl cəmiyyətdə yaşaya biləcəyik. Dünyamız yaşamaq üçün daha münbit məkana çevriləcək. Məsələn, sırf mənim üzümü güldürən şey musiqidir. Fikrimcə, musiqi qədər ruha dinclik verən başqa bir məfhum yoxdur. İstər qəmli olsun, istərsə də şən, musiqi məni xoşbəxt edir. Hislərimə toxunur. Bu duyğunun əvəzi yoxdur.
Leyla Sarabi
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO




















.png)





.jpg)











