Xüsusi
Yanlış məlumat verib onları bizdən uzaqlaşdırırlar- Diaspor fəalından etiraf
“Uzun müddət tədbirə hazırlaşırıq. Bir gün qalmış məkan sahibi zəng edib tədbirin keçirilməsindən imtina edir”. Bu sözləri Publika.az-a müsahibəsində Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırova bildirib.
- Firəngiz xanım, sizi oxucularımıza daha yaxından tanıtmaq istərdik.
- Bakıda doğulub böyümüşəm. İncəsənət sahəsi üzrə ixtisaslaşmışam. Artıq 30 ilə yaxındır Hollandiyada yaşayıram. Ümumiyyətlə, ilk illər istənilən cəmiyyətə alışmaq çətin olur. Yaşadığım cəmiyyətin dilini öyrənib, buraya uyğunlaşmaq, mədəniyyətini, tarixini mənimsəməyi qarşıma məqsəd qoymuşdum. Bu mərhələni uğurla keçəndən sonra, təxminən 2002-ci ildə qərar verdim ki, Azərbaycan mədəniyyətini təbliğ etmək üçün Hollandiyada cəmiyyət yaradım. Elə həmin ilin noyabrında "Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyəti" fəaliyyətə başladı. Ən böyük istəyim o idi ki, Niderland xalqında ölkəmiz barədə xoş təəssürat formalaşdıraq, mədəniyyətimizi düzgün tanıdaq. Ən əsası biz hər zaman çalışmışıq ki, vətənimizin siyasi problemlərini də mədəni tədbirlər vasitəsilə avropalılara çatdıraq. Bu, həm işğal dövründə, həm haqq savaşının getdiyi müddətdə, həm də tarixi Zəfərimizdən sonra belə olub.
- Elə bu layihələrinizdən bəhs edərdiniz...
- Bir sıra mühüm layihələrimiz baş tutub. İllər öncə "Sarı gəlin" layihəmizi təqdim etdik. Niderlandın məşhur xor kapellası ilə birgə bu əsər ifa olundu. Xüsusi olaraq vurğulayım ki, əsər böyük maraqla qarşılanmışdı. Hətta İsveçdə də bu tədbiri açıq havada səhnələşdirmişdik. Ümumiyyətlə çalışırıq ki, Azərbaycanda baş verən bütün əlamətdar hadisələri Niderland cəmiyyətinə onların marağını çəkəcək şəkildə təqdim edək.

İldə bir neçə tədbirimiz baş tutur. Hər biri gözəldir. Böyük maraq və sevgi ilə yanaşırıq. Lakin ən çox səs salan layihələrimizdən biri Niderlandın Doktor Nosau Kollecinin müəllim və tələbə heyəti ilə birgə Xocalı faciəsini səhnələşdirməyimiz oldu. Tədbirdə 60 tələbə iştirak edirdi. Təbii ki, avropalılar Azərbaycan haqda məlumatsızdır. Amma 21-ci əsrdə baş vermiş bu soyqırım hər kəsdə dərin kədər oyatmışdı. Avroviziyadan sonra ölkəmizi daha yaxşı tanımağa başladılar.
- İstənilən halda erməni yalanı bütün Avropaya sıçrayıb.
- Düzdür, erməni diasporu bu ölkələrdə daha güclüdür. Lakin biz də çalışırıq ki, gənc və kifayət qədər güclü diasporumuzu düzgün şəkildə dünyaya tanıdaq. Xüsusən də media ilə əməkdaşlığa önəm veririk. Çətinliyimiz az deyil. Bunun da əsas səbəbi mənfur qonşularımızdır. Bəzən yanlış məlumat verib onları bizdən uzaqlaşdırırlar. Hətta uzun müddət tədbirə hazırlaşırıq, bir gün öncə məkan sahibi zəng edib tədbirin keçirilməsindən imtina edir. Elə bu il Zəfər günümüz üçün danışıqlar apardığımız zalın sahibi bizimlə müqavilə bağlamaqdan imtina etdiyini bildirdi. Lakin dövlətimizin yanındayıq və bu sevgi hər bir çətinliyə sinə gərməyə yardım edir. Odur ki, mitinqlərimizi də, görüşlərimizi də keçirdirik.

- 44 günlük haqq savaşımızda da cəmiyyətiniz fəal mübarizə apardı.
- Bəli, biz də çalışdıq ki, əlimizdən gələni əsirgəməyək. Qələbəmizdən sonra başımız ucadır. Artıq qalib xalqıq. Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Şuşamızda keçirilən Dünya Azərbaycanlılarının V Qurultayına mən də dəvət olunmuşdum. Cənab Prezidentimiz tərəfindən Tərəqqi medalına və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin təsis etdiyi medala layiq görüldüm. Bu, mənim həyatımda aldığım ən gözəl mükafat idi. Biz harada yaşasaq da, qəlbimizdə Vətənimizi gəzdiririk.
Leyla Sarabi
-
Maraq dünyası14:50Özünü Trampın qızı adlandıran türk ABŞ prezidentinə dolma hazırlayacaq
-
Nəqliyyat14:40Bakı–Naxçıvan reysləri ləğv edildi
-
MDB13:38Onun ölümü Putini sarsıtdı: "Rusiyaya sadiq insan idi!"
-
MDB13:26Benzindən sonra elektrik enerjisi böhranı yarandı - Krımda nə baş verir?
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin212:06Ermənistanın məşhur xalq artisti xərçəngin qurbanı oldu
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA

























.jpg)

.jpg)








