Xüsusi
Yeni xanım baş nazir: İtaliyada normal ailədə LGBT üzvü yoxdur
Qadın hüquqularının al-qana boyandığı dövrdə gəlin sizə al qırmızı əhvalat danışım.
Babası ilə Romanın bazarlarında ucuz ərzaq növbəsində duran balaca Corciyanın yaşından böyük həyat hekayəsindən bəhs edəcəm. Əziz xanımlar, yəqin oxuyandan sonra ən azı öz həyatınızın baş naziri olmaq səlahiyyətinizdən möhkəm yapışacaqsınız.
Ötən əsrin 1977-ci ilinin 15 yanvarında Qədim Romada Corciya Meloni doğulur. Atası hüquqşünas Françesko iki körpə qızını da arvadı Annanın qucağına təslim edib, evdən də, şəhərdən də qaçır. Taa uzaqlarda Kanar adalarında məskunlaşır. Uşaqkən Corciya atası ilə hərdən görüşsə də böyüdükcə münasibətləri soyuyur, ünsiyyətləri səngiyir. Anna qızları ilə birgə Romanın ən kasıb məhəllələrindən olan Qarbatellaya köçür.
Bütün çətinliklərə rəğmən Anna övladlarına təhsil vermək üçün gecə-gündüz çalışır.
Corciya təhsilini dilçilik üzrə tamamlayır. Hələ məktəb illərindən bir sıra fəal icmalara, birliklərə rəhbərlik edir.
Corciya İtaliya tarixində, belə demək mümkünsə, ilk ilkə imza ataraq ölkənin ən gənc naziri təyin olunur. Elə statusuna uyğun olaraq gənclər naziri seçilir.

Həmçinin “Gənc İtaliya” belnəlxalq təşkilatına rəhbərlik etməyə başlayır. 2011-ci ildə gənc siyasətçinin “Biz inanırıq. İtaliyanın ən yaxşı gənclərinə səyahət” (Noi crediamo. Viaggio nella meglio gioventù d’Italia) adlı ilk kitabı işıq üzü görür.
Növbəti il isə İnyasiyo La Russa və Qvido Krozetto ilə birgə “İtaliyanın Qardaşları –Milli Sağçılar Mərkəzi”ni qururlar. 3 aprel 2013-cü ildə isə İtaliya Qardaşları - Milli Alyans fraksiyasına keçir.
2014-cü ildə İtaliya mətbuatında Corciya haqda qalmaqallı xəbərlər yayılır. Jurnalistlər onu Silvio Berluskoninin varisi kimi təqdim edirdi. Elə həmin ilin payızında seçkilərin nəticələri barədə məlumat verilir. Bəzi ictimai rəy sorğularına görə, Meloni etibar reytinqində baş nazir Matteo Renzidən sonra ikinci yerdə idi.
2015-ci ildə doğma şəhəri Romanın mer kürsüsü uğrunda seçkilərdə iştirak etsə də, məğlubiyyətə uğrayır.
2019-cu ildə Meloni diktator Mussolinin nəticəsi Kayo Culio Çezareni fəxrlə Avropa Parlamentinə öz namizlədlərindən biri kimi təqdim edir. Təbii ki, Çezare seçilmir.

2022-ci ildə İtaliyada keçiriləcək növbədənkənar parlament seçkilərindən əvvəl Meloni onun kimi qeyri-qanuni miqrasiyanın qarşısının alınmasını müdafiə edən Matteo Salvininin rəhbərlik etdiyi sağçı Liqa partiyası ilə əməkdaşlığa başlayır. Onun seçkilərdə digər müttəfiqi keçmiş baş nazir Silvio Berluskoninin sağ mərkəzçi “Forza Italia” partiyası olur.
Seçkilərdən əvvəl Meloni bildirdi ki, mühafizəkar blok seçkilərdə qalib gələcəyi təqdirdə İtaliya Ukraynaya silah tədarükünü davam etdirəcək və Rusiya ilə münaqişədə qarşı tərəfi dəstəkləyəcək. 10 avqust 2022-ci ildə Corciya çıxışında partiyasını "mühafizəkar qüvvə" bəyan etdi.
Bir də deyir ki, Solun xoşuna gəlsə də, gəlməsə də, İtaliyada yeni sabitlik, azadlıq və rifah dövrünə başlamağa hazırıq.
Bu gün ölkədə çoxlarını Meloninin sərt mühafizəkar siyasəti narahat edir. Məsələn, Corciya çıxışlarında deyir ki, bizim alışdığımız ailələrdə LGBT üzvü yoxdur. Həmçinin əhalini Liviyadan gələn mühacirlərin yolunu kəsmək üçün dəniz blokadasına çağırır. Professor Passarelli isə onu demokratiya üçün deyil, Avropa İttifaqı üçün təhlükə adlandırır. Həmçinin Macarıstan və Fransanın millətçi liderlərinə tay tutur.

Mütəxəssislərin rəylərini nəzərə alsaq, indi İtaliyanın ilk qadın baş naziri olmaq ümidi ilə o, cinsinin gücünə söykənir.
Bəli, İtaliya ailəsində ana hökmranlıq edir. O, mətbəxə nəzarət edən maço fiqurdur. Meloni bundan ağıllı şəkildə istifadə edir, çünki birbaşa sistemin özəyinə təsir edir.
Artıq ətrafına qələbə ətri yayan Meloni müttəfiqləri üçün 45 yaşlı lider və qoca İtaliyaya görə radikal siyasi dəyişikliyi təmsil edən yeni nəfəsdir.
Bu qüdrətli qadının boyu 160 sm-dir. İtaliyanın tanınmış aparıcısı Andrea Cambruno ilə vətəndaş nikahında yaşayır.
2016-cı ilin 30 yanvar Ailə Günündə Böyük Sirkdə eynicinsli cütlüklər tərəfindən kimsəsiz uşaqların övladlığa götürməsinə qarşı nümayiş keçirilir. Burada təbii ki, Corcia Meloni də iştirak edirdi. Elə nümayiş zamanı ilk dəfə ana olacağını elan edir. 16 sentyabr 2016-cı ildə cütlüyün Cinevra adlı bir qızı doğulur.
8 sentyabr 2019-cu ildə Meloni müsahibələrinin birində uzun müddət qızının atası olduğunu iddia edən naməlum şəxs tərəfindən təqib edildiyini bildirir. Corciyanın sözlərinə görə həmin şəxs onu övladını qaçırmaqda günahlandırır. Cinayətkar barəsində ev dustaqlığı qətimkan tədbiri seçilir.
Zarafat bir yana, kim istəməz baş nazirin övladının atası olmaq?!
Leyla Sarabi
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO




















.png)





.jpg)











