Şamandan şok etiraflar: Yapon qadının ruhu yanıma gəlib dedi ki...
Bizi izləyin

Xüsusi

Şamandan şok etiraflar: Yapon qadının ruhu yanıma gəlib dedi ki...

Şamandan şok etiraflar: Yapon qadının ruhu yanıma gəlib dedi ki...

İrsən şaman, psixoloq Oraz Abulxair şamanizm nəzəriyyəsi və yaradıcılığın təbiətlə vəhdəti və digər əsrarəngiz mövzular barədə danışıb.

Publika.az Şaman psixoloq Oraz Abulxairlə müsahibəni təqdim edir.

- Oraz, sizi yaxından tanımaq istərdik.

- Qazaxıstanda doğulmuşam. Maraq dairəm o qədər genişdir ki, sırf birını vurğulamaq yarımçıq olar.

- Əsas odur ki, siz irsən şamansınız və s. və ilaxır...

- Bəli. Özü də bu, bir neçə yüzillikdir davam edir. Amma bununla yanaşı ali təhsilli psixoloqam. Fərdi işlərlə yanaşı korporativlərlə də fəaliyyət göstərirəm. Kollektivlə psixoloq kimi çalışmaq özü də maraqlı prosesdir. Bundan əlavə rəssam və səyyaham. Həmçinin nənəmdən mənə qalan növbəti istedadım da var. Taroloqam. Kartlarla proqnoz verə bilirəm.

х

- Maraqlıdır. Qədim inanc mənbəyi olan şamanlıqla çağdaş dövrün ən çox tələb olunan peşələrindən sayılan psixoterapevtliyin vəhdəti həyat yolunuza necə təsir göstərir?

- Praqanın Karlovo Universitetini bitirmişəm. Bəxtimə mükəmməl müəllimlər düşmüşdü. Onlarla söhbətləşdikcə, anlayırdım ki, insanlara həyatın mənasını aşılamaq əsas öhdəliyimdir. Ailəmin tarix boyu əsas amalı da məhz bu olub. Nənəm o dövrdə Alma-Ata Kənd Təsərrüfatı İnstitutunda botanikadan dərs verirdi, mənə tək şamanlığı yox həmçinin ezoterik bilikləri də aşılayırdı. Bir şeyə özün inanmadan qarşındakını inandırmaq mümkün deyil. Ümumiyyətlə nənəmin şaman olduğunu kiməsə deyəndə ilk təəssüratları qəribə olur. Elə bilirlər ki, söhbət meşə boyu gəzişən karikaturalardan çıxmış qarıdan gedir. Halbuki nənəm də, babam da kifayət qədər ziyalı insanlar idilər. Elm dalınca gedən, özünü tamamilə elmə həsr edən ailə olublar. Lakin bununla yanaşı mənim ruhuma şamanizmi o, doğmalaşdırıb.

- Şamanlığın qayəsi nədən ibarətdir?

- Şamanların inancına görə yer üzündəki hər şeyin ruhu, yaxud enerjisi var. Bütün canlılar qarşılıqlı münasibətdədir. Bu ünsiyyət öləndən sonra da davam edir. Lakin anlamalıyıq ki, biz insanlar yaradılışın tacı deyilik. Bəzən ətrafımızla olan əlaqəmizin harmoniyası zədələnə bilər. Məhz bu məqamda köməyimizə şamanlar çatır. Şamanın əsas məqsədi müraciət edən insanın həyatını dərindən duymaq, hansı məqamda bloklandığını, düyünləndiyini hiss etmək və o qaranlığı aydınlığa çevirməkdir.

- Qədim şamanlıq inancı bu günümüzə, müasir insanın gündəlik həyatına müsbət təsir edə bilər?

- Dediyim kimi biz yaradılışın tacı yox, bütün kainatın sadəcə bir parçasıyıq. Çünki təbiət olmasa insanın da mövcudluğu mümkünsüzdür. Bəli, fantastik filmlərdə yad planetlərdə yaşayan insanlar təsvir olunur. Lakin yenə də təkrar edirəm, - fantastik filmlərdə... Çünki real həyatda bu, mümkün deyil. Biz təbiətsiz var ola bilmərik. Təəssüf ki, bu gün insan təbiətin əsl dəyərini unudub. Yalnız istirahət və kədər məqamında təbiətə can atırıq. Yerdə qalan zamanımızı ekologiyanı məhv etməyə xərcləyirik.

ххх

- Oraz, adətən şamanlar ruhlarla ünsiyyətdə olur. Bu haqda sirlərinizi bölüşməyinizi istərdik.

- Bu yaxınlarda qəribə hadisə baş verdi. Yapon şaman qadının ruhu yanıma gəldi. Dedi ki, XVII əsrdə yaşayıbmış. Kiotoda dəfn olunduğunu bildirdi. Ən əsası isə dəniz sahilində rəqs etdiyini dedi, hətta göstərdi. Dənizlərin tanrısına insanları bağışlamaq üçün yalvardığını da pıçıldadı. Qəribədir ki, bəzən görüşümə gələn şamanların ruhları dünyanın dörd yanındakı gənc şamanlarla tanışlığıma şərait yaradırlar. Yaponiyadakı Mizuki adlı şaman tələbəmə yazdım. Mizukinin nənəsi də şaman imiş. Lakin dünyadan tez köçdüyü üçün bildiklərini nəvəsinə ötürə bilməmişdi. Təəssüf ki, bu halla tez-tez rastlaşırıq. Ruhla unsiyyətimi Mizukiyə danışanda dedi ki, hazırda Yaponiyada təbii fəlakətlərin sayı durmadan artır. Halbuki bu mövsümdə daha öncə belə leysan yağışlar, dənizdə tufanlar olmayıb. Görünür, şaman qadının ruhu öz xalqını təbii fəlakətlərdən qorumaq üçün çırpınırmış. Bir müddət sonra yenidən yanıma gəldi, Bu dəfə təbii fəlakətlərdən, daşqınlardan qorunmağın ayinini öyrətdi. Sanki mənim vasitəmlə Mizukiyə təbiəti, suyu sakitləşdirməyin yolunu göstərirdi.

хххх

- Ümumiyyətlə müasir şamanın hansı öhdəlikləri var?

- Gəlin, öncə ənənəvi və müasir şamanların fərqindən başlayaq. Müasir şamanlar qədim ənənələrlə yanaşı müasir texnikalardan da istifadə edirlər. Klassik şamanlarsa öz etnomədəniyyətinə sadiq qalırlar. Düşünürəm ki, çağdaş dövrdə tək bununla kifayətlənmək doğru deyil. Axı planetimizi xilas etmək üçün birgə hərəkət etməliyik. Məsələn, mən nənəmlə birgə şamanlığın dərinliklərinə baş vurduqdan sonra elmə doğru yol aldım. Bu bir növ şamanlığa olan etirazım idi. Lakin tədris dövründə dərk etdim ki, bu iki istiqamət paralel irəliləməlidir. Çünki eyni amala xidmət edirlər. Odur ki, vəhdətinə qərar verdim. Beləcə, şamanların görüşlərinə dəvət olunmağa başladım. Müasir dünya yenidən öz kökünə qayıtmağa can atır. Bu soyuq, şaxtalı günlərdə keçmişi ilə isinməyə çalışır. Bu da müasir şamanların köməyilə baş verirsə, nəyi pisdir ki?!

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm