Xüsusi
Qızılın QIRMIZI qiyməti: alışı ucuz, satışı od bahasına...
Son iki-üç həftə ərzində qızılın qiyməti kəskin aşağı düşsə də, axır iki gündə qiymətin, düşdüyü templə qalxdığı müşahidə olunur.
Qızılın qiymətləri ilə yerindəcə maraqlanmaq üçün qızıl alış-satşının qibləsi hesab olunan "Moskva Univermağı"na baş çəkdik.
Gördüklərimizi Publika.az-ın oxucularına çatdırmağa çalışacağıq.
Əvvəla onu deyək ki, qızılın alışı ilə satışı arasında fərq olduqca böyükdür. Belə ki, satıcılar qızılın 1 qramının alışını 54-55 manatdan həyata keçirirlər. Amma satış zamanı fantastik qiymətlər ortaya çıxır.
Qızıl dəllalları alıcıya elə qiymət oxuyurlar ki, müştərilərin nəinki cibləri, dil-dodaqları da od tutub yanmağa başlayır. Əlahəzrət satıcılarımız qızılın bir qramının qiymətinin 85 manatdan başladığını deyirlər.
Aradakı fərq doğrudan da fantastikdir: 30 mantlıq fərq yaranır.

Səbəbini elə satıcılardan soruşuruq. And-aman edirlər ki, ölkəyə bu qiymətlə gəlir, qəpik-quruş qazanırlar.
Amma bəziləri bildirdi ki, fabrikdə istehsal olunan qızılla digərlərinin qiymətində fərq olur.
Onların iddialarına görə, fabrik qızılı dəqiq ölçülərlə hazırlanır və əritmə prosesində itkiyə gedəcək heç nə olmur. Hətta fabrik məhsulları "qızıl yağı"ndan da "alnıaçıq" çıxırlar. Fabrik istehsalı olmayan qızılların tərkibində digər elementlər və qarışıq maddələr olduğu üçün alış zamanı satıcılar bunu nəzərə alırlar və qiymət kəskin şəkildə aşağı düşür.
Hansı qızılın daha çox alıcısı var?
Qızıl alışı zamanı satıcılar daha çox köhnə rus qızıllarına üstünlük verdiklərini gizlətmirlər. Məsələn, 24 qramlıq "sovetdənqalma" tross sepin alış qiyməti 1250-1300 manat arasında dəyişir. Burada zinət əşyasının keyfiyyəti də önəmli faktora çevrilir. Amma əritmə və ya satışdan satıcılar 130-150 manat mənfəətlə çıxırlar. Doğrudur, bunu sizə hər satıcı etiraf etməyəcək. Gərək, dosta-tanışa üz tutasan...
Satıcılara inansaq, sovet dövrünün zinət əşyalarının qiyməti indi də "at belindədir". Satıcılar onları alır, əritmək üçün zərgərlərə və ya digər mütəxəssislərə verirlər. Buradan isə ən pis halda 10-12 faiz qazanc əldə etdiklərini pıçhapıçla vurğulayırlar.
Amma satış zamanı vəziyyət dəyişir. İmkanlı təzə bəy və gəlinlər, sevgililər qızıl seçimi edərkən İtaliya və Almaniyanın fabrik istehsalı olan qızıllara üstünlük verirlər.

Bir qədər aşağı imkanlı cütlüklər isə Çin, Türkiyə və Rusiya istehsalı olan qızıl-zinət əşyalarına, komplektlərə üz tuturlar. Satıcıların sözlərinə inansaq, bu ölkələrin istehsalı olan qızılların qramı ilə Almaniya və İtaliyadan ölkəmizə gətirilənlərin satış qiymətində təxminən 5-10 manat arasında fərq yaranır. Bu da 20 qramlıq zinət əşyasında 500-1000 manatlıq fərq deməkdir.
Satıcılar onu da məsləhət görürlər ki, alış zamanı brilliant qaşlı üzüklərə meyl etmək, satış zamanı ziyana düşməklə nəticələnir. Çünki qızılın qramı ölçülərkən "qaş"lar qızıldan ayrılır və onlara çox cüzi qiymət təyin edilir. Ona görə ki, hər üzük üçün xarakterik hazırlanan brilliant "qaş"ların təkrar emalı müşkülə çevrilir. Fianit "qaşlı" qızılların satışında isə fianitlər qızılın əsas hissəsindən ayrıldıqdan sonra onlara, ümumiyyətlə qiymət qoyulmur və ya qoyulan qiymət "qəpik-quruş" ola bilər.
Bir sözlə, qızıl alarkən daş-qaşına yox, "ağırlıq daşı"na baxın... Bu yazını oxuyandan sonra nə alacaqsınızsa, xeyirli olun!
Tural Turan
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO




















.png)





.jpg)











