Xüsusi
Əlinin xilafəti və ya alovlanan fitnələr seriyası
Kərbala qədər heç bir müsibətə bu qədər göz yaşı tökülməmiş, heç bir tarixi hadisə bəşərin vicdanında bu qədər böyük yara açmamışdır. Kərbala şəhidləri əsrlər keçdikcə tarixin qanlı səhifələrinin qəhrəmanlarına çevrilmişdir.
Ancaq hadisələrin üzərində nağılvari təhkiyəni, mifik təfəkkürü götürmək, ona zəkanın soyuq prizmasından baxmaq baş vermiş faciəni anlamaq yolunda atılan ilk addımdır.
O gün orda nə olmuşdu? O ordular niyə qarşı-qarşıya gəlmişdi? Haqq kim idi, batil kim? Yalana həqiqətin başını kəsəcək qədər qüdrət verən nə idi? Bu düşmənçiliyin tarixi kökləri nə idi?
Hüseyni şəhidlərin ən ucasına çevirib Yezidi lənət girdabına batıran Kərbalanı anlamağın zamanıdır.
Birinci yazı: https://publika.az/projects/xususi/418751.html
Kərbala kəlamı, kədərin kodları - 2
Osmanın xilafəti on il sürdü və xüsusən də ikinci beşillikdə bir çox problemlər baş qaldırdı.Mərkəzi hakimiyyətin zəifliyindən istifadə edən valilər xalqa zülm edir və bu da insanlarda xəlifəyə, xilafətə qarşı inamsızlıq yaradırdı. Osmanın valilər üzərindəki hömranlığı güclü deyildi, Ömər kimi sərt bir liderdən sonra Osmanın loyallığı və üstəlik vəzifələri qohumlarına həvalə etməsi ictimai narazılığı gücləndirirdi.
Atası Peyğəmbərə qarşı zülmün memarlarından olan Valid ibn Ukbə Kufə valisi ikən şərab içdiyi şahidlərlə Osmanın hüzurunda sübuta yetirildi və Osman onu vəzifədən kənarlaşdırmağa məcbur oldu. Müaviyə ilə bağlı durmadan şikayətlər gəlirdi. Misir valisi ilə bağlı da vəziyyət eyni idi.
İslam ensiklopediyasında Osmana qarşı narazılıqlar bu cür sıralanır:
• Mühüm dövləti vəzifələrə təyin etdiyi qohumlarına dövət büdcəsindən böyük miqdarda mükafatlar verməsi
• Yerlərdə yerlibazlıq edib yerli kadrları sıxışdıran valiləri cəzalandırmaması
• Onu tənqid edən Peyğəmbərin sevimli sahabilərini cəzalandırması
• Hərbi qənimətlərin bölünməsində haqsızlıq
Əli Osman Xəlifə seçildiyi andan ona biət etmişdi. Ancaq o Osmanın mənfi cəhətlərini tənqid etməkdən çəkinmirdi. Bu dövrdə Əli bir növ leqal müxalifət lideri kimi çıxış edirdi. Ancaq Əli Osmana qarşı yaranmış vəziyyətdən istifadə edərək ona qiyam qaldırmaq fikrində deyildi. Osman da onu dinləyir, bəzi məqamları onun istəyinə uyğun şəkildə həll edirdi. Bu mənada Əlinin müxalifəti bir növ sistem daxilində olan müxalifət idi, Əlinin hansısa bir saray çevrilişi planı yox idi və Osman da bunu gözəl bilirdi.
Osmanın qətli uzun və təfərrüatlı bir söhbətin mövzusu olsa da onu qısaca belə təsvir etmək mümkündür: Misirdən Osmanın yanına şikayətə gələn bir heyət şikayətlərini Osmana çatdırdı. Osman isə onların şikayətlərini haqlı hesab edib bu barədə bir əmr verdi. Ancaq yola düşən heyət yolda bir atlıdan şübhələnib onun üstünü yoxladıqda Osmanın Misir valisinə yazdığı məktub tapıldı. Həmin məktubda Osmanın heyətdəkiləri cəzalandırması haqqında Misir valisinə əmri vardı. Bundan əsəbləşən heyət geri qayıdaraq Osmanın evini mühasirəyə aldı. Üç gün sonra isə Osman öldürüldü.
Burda iki məqamı vurğulamaq gərəkdir, birincisi Mədinə əhlinin Osmana olan münasibəti bu qətldə mühüm rol oynamışdı, çünki onlar bu heyətə qarşı heç bir gün tətbiq etməyərək faktiki olaraq xəlifənin ölümünə razılıq vermişdilər. Qətldə birbaşa iştirak etməsə də Osmanın evinə girənlərdən biri də Əbu Bəkrin oğlu Məhəmməd idi. Ancaq Məhəmmədin atası Əbu Bəkr olsa da onu Əi böyütmüşdü, belə ki, Əbu Bəkrin ölümündən sonra onun anası Əliyə ərə getmişdi.
Ancaq Məhəmmədə rəğmən Əlinin qətldə heç bir əli olmadığı, hətta Misir heyəti ilə danışıb onları vaz keçirtməyə çalışdığı, oğulları Həsən və Hüseyni müdafiə üçün Osmanın evinə göndərməsi, mühasirədə olan Osmana su və yemək aparmaq cəhdləri də məlumdur. Bütün bu cəhdlərində uğursuzluğa uğrayan Əli Osmanın öldürülməsinin qarşısını ala bilmədi. Və Osmanın öldürülməsi onun qohumları olan Ümeyyəoğulları tərəfindən Əlini ittiham etmək üçün bəhanəyə çevriləcəkdi.
Osmanın ölümündən sonra sui-qəsdçilərin hücumundan qorxan qohumları Mədinəni tərk etdi. Yaradılan yeni heyət Əlini xəlifə kimi seçdi. Vəziyyət isə son dərəcə gərgin idi və getdikcə daha da gərginləşirdi. Müaviyə Əlinin Osmanın qatili olduğunu bildirərək ona biət etməyəcəyini açıqladı. Əvvəl qeyd edildiyi kimi o Osmanla eyni nəsildən idi və qəbiləçilik ruhu ərəblərin iliklərinə işləmişdi.
Əliyə qarşı müxalifət təkcə Müaviyədən ibarət deyildi. Onu xəlifə seçən heyətdə yer alan Talha və Zübeyr cəmi bir neçə ay sonra ona qarşı müxalifətə keçmişdi. Peyğəmbərin sevimli arvadı, Əbu Bəkrin qızı Ayişə də Əliyə müxalif idi. Bu şəxslərin müxalifliyində motivlər fərqli idi, Taha və Zübeyr vali olmaq istəyiridlər, Əli isə onları bu vəzifəyə uyğun bilmədiyi üçün fərman verməmişdi. Ayişə ilə Əlinin münasibətləri hələ lap əvvəldən-İfk hadisəsindən gərgin idi.
Ancaq bu müxalifət, bu etirazlar şifahi, qarşılıqlı ittihamlarda ötüşməyəcək, qanla yoğrulub, qılıncla öz həllini tapacaqdı. Əlinin xəlifə olduğu ildə, 656-cı ilin 9 dekabrında ordular üzbəüz gəldi. Ayşənin bir dəvənin belində döyüşü izlədiyi üçün Cəməl (Dəvə) döyüşü adlanan bu müharibədə Əli qətiyyətli qələbə qazandı. Talha və Zübeyr öldürüldü. Ümumilikdə isə, 10 min insan bu döyüşdə şəhid oldu. Artıq ox yaydan çıxmışdı.
Əlinin şəxsiyyətinin əsas konturlarından göstərmək üçün bu döyüşün iki məqamını göstərmək lazımdır. Döyüşdü qələbə qazanan Əlinin döyüşçüləri qənimət toplamağa başladıqda sağ qalanları da əsir almaq istədilər. Əli isə buna imkan vermədi. Etiraz səslərinin uca olduğunu gördükdə isə o, Ayişəni göstərərək “O Peyəmbərimizin arvadı idi, indi onu kim özünə cariyə edəcək?” kimi insanların damarlarına basan bir çıxış etdi. Bundan sonra isə o yuxarıda adı çəkilən ögey oğlu Məhəmmədi Ayişəni Mədinəyə aparmağı tapşırdı. Məhəmməd Ayşənin ata bir, ana ayrı olan qardaşı idi. Sadəcə bu əhvalat belə Əlinin necə bir insan olduğunu göstərmək baxımından səciyyəvidir.
Qarşıda isə Müaviyə ilə amansız döyüşlər dayanırdı. 657-ci ildə baş verən Siffeyn döyüşündə üzücü və qanlı oldu. Üç ay davam edən və 70 min nəfərin ölümü ilə başa çatan döyüşün son mərhələsində Əlinin qoşunları Müaviyəni sıxışdırdılar. Məğlub olacaqlarını anlayan Müaviyə əsgərlərinə Quranı mizraqlarının ucuna keçirtməyi və “Allahın kitabı hakim olsun” deyə qışqırmağı əmr etdi. Qarşılarında Qura görən Əlinin əsgərləri döyüşməkdən imtina etdilər, Əli bütün bunların bir oyun olduğunu israrla vurğulasa da ordusu onun sözünə qulaq asmadı.
Və belə bir oyun quruldu, Əli tərəfdən Əbu Musa, Müaviyəni təmsil edən Əmr ibn As müzakirələr aparmağa başladı. (Yeri gəlmişkən, bu hakimliyə etiraz edən həm Əlinin, həm də Müaviyənin ordusundan olan bir qrup silahlarını götürərək döyüş meydanın tərk etdilər. Onlar İslamın ilk məzhəbi olan xaricilər idi. Əlini də məhz onlar qətlə yetirəcəkdi) Şura özünü xəlifə edən Müaviyə ilə xəlifə seçilən Əlinin vəzifələrdən imtinasını və yaradılacaq yeni Şuranın xəlifəni seçəcəyini qərarlaşdırdı. Əlinin təmsilçisi Əbu Busa Əlinin xilafətdən imtina etdiyini bildirsə də Müaviyənin nümayəndəsi Müaviyənin xəlifə olduğunu elan etdi. Əli yenə də siyasətin məkrli planı qarşısında məğlub olmuşdu...
Nəhrəvan döyüşündə xaricilər üzərində qətiyyətli qələbə qazanan Əli xilafətin bütövlüyünü qoruya bilmədi, İslam dünyasında ikitirəlik yarandı. Belə ki, Müaviyə də özünü xəlifə elan etmişdi. Əli Müaviyəni məhv etmək üçün ordu toplasa da ona qarşı edilən sui-qəsd nəticəsində planı yarımçıq qaldı. İkixəlifəlik hələ bir müddət davam
edəcəkdi...
Qan Turalı
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO