Xüsusi
At çap, ox at, qılınc döyüşdür: Hamısı bir mərkəzdə - FOTO
“Qarabağ atlarını və ənənəvi idman növləri olan oxçuluq, qılıncoynatma və digərlərini gələcək nəslə ötürmək bizim borcumuzdur”.
Publika.az xəbər verir ki, “Baku Golden Horse” və “Alp Ərən” - Qədim Türk Döyüş Mədəniyyəti Mərkəzində media nümayəndələri qonaq olub. Jurnalistlərə at çapmaq, ox atmaq üzrə təlimlər keçirilib.
Media nümayəndələri mərkəzin şəraiti, burada saxlanılan atlarla və qədim idman növləri ilə yaxından tanış olublar. “Baku Golden Horse”in rəhbəri Sərxan Tağıyev və “Alp Ərən” Qədim Türk Döyüş Mədəniyyəti Mərkəzinin rəhbəri, aktyor, kaskadyor Sain Fərhad, ilk qadın kaskadyor, aktrisa Turəxanım Qasımlı jurnalistlərin suallarını cavablandırıb.
Bildirilib ki, bir ildir fəaliyyət də olan mərkəzin əsas hədəfi daha da inkişaf edərək qədim idman növlərimizi dünya səviyyəsində tanıtmaqdır “Bizim milli idman növlərimiz var ki, onları inkişaf etdirməyə çalışırıq. Peşəkar at sürmək, at üzərində oxatma, oxçuluq, qılıncoynatma kimi sahələrin daha çox inkişaf etdirmək prioritet hədəfimizidr. Burada Qarabağ atları da yetişdirilir. Yəni məqsəd həm atlarımızı, həm də atla olan ənənəvi idman növlərimizi tanıtmaqdır”.
Sain Fərhad bildirdi ki, planlarını həyata keçirmək üçün müəyyən vaxta ehtiyacları var: “Həm vaxta, həm də dəstəyə ehtiyacımız var. Burada gördüklərinizi, hələ ki, yalnız filmlərdə kaskadyor kimi göstəririk. Amma arzumuz bunu inkişaf etdirib idman növünə çevirməkdir”.
Mərkəzin sədri buna marağın da olduğunu vurğuladı: “İnsanların bunlara maraq göstərdiyini görürük. Hal-hazırda atçılıqda şərait var. Kim istəyirsə, gəlib at sürə bilir. Düzdür, müəyyən çatışmazlıqlar var, amma onları da yaxın vaxtlarda həll etməyə çalışacağıq. Hətta yaxın gələcəkdə bu tip yarışlarda iştirak edib ölkəmizi təmsil etmək istəyirik”.
Sərxan Tağıyev isə deyir ki, at sürmək, ox atmaq, qılınc oynatmaq azərbaycanlıların genetik koduna daxildir:
“At sürə bilirəm, at üstündə ox atıram və s. Yəni mənim üçün böyük bir fəxrdir ki, dədə-babalardan qalan mirası bacarıram. At sürəndə hiss etdiyim hissləri, heç maşın sürəndə hiss etmirəm. Bu, əslində hər birimizin qanında var, sadəcə bu hissləri oyatmaq lazımdır”.
Sərxan Tağıyev buranın təsadüfən qurulmadığını qeyd etdi. O, babasının Qarabağ atlarını yetişdirən zavodun qurucularında olduğunu bildirdi:
“Sain bəy bu ideyası ilə bağlı mənə deyəndə, çox sevindim. Çünki 200 ildən artıqdır ki, mənim nəslim Qarabağ atlarını qorumaq üçün çalışır. Babam Qarabağ atçılıq zavodunu yaradanlardandır. Düşünürəm ki. Qarabağ atlarını və ənənəvi idman növləri olan oxçuluq, qılıncoynatma və digərlərini gələcək nəslə ötürmək bizim borcumuzdur. Tariximizi qoruyub saxlayaq və tanıdaq”.
Mərkəzdə Qarabağ atları jurnalistlərə nümayiş etdirildi. Onun, günəşin şəfəqləri ilə rəqs edən xəzinin parlaqlığı isə böyük heyranlıq yaratdı.
Samira Sərkər
-
Avto05:15Elektrikli avtomobillə nə qədər qənaət edə bilərik?
-
Magazin104:44Samirə qaraya büründü - FOTO
-
MDB03:43Putin plenar sessiyada Azərbaycanla bağlı nə deyib?
-
İdman02:12Ronaldo olmadan Portuqaliya millisi qələbə qazandı
-
Yaxın Şərq01:41"FlyDubai"ın yaralı pilotundan və köməkçisindən YENİ XƏBƏR
-
Magazin100:15“Mənim hesabıma milyonlar yedi" - - Tacirdən müəlliminin qarğışına cavab
-
Qoroskop00:00Günün UDUZ FALI - Qızıl açar hər qapını aça bilər
-
İdman1 Oktyabr 23:36Messi İspaniyanın bu klubunun sahibi oldu

































.jpg)

