Xüsusi
Dadaşlinskinin katibəsindən kişilərə irad: İkibaşlı düşünürlər
İctimai televiziyanın “3 D” verilişində Dadaş Dadaşlinskinin katibəsi obrazı ilə məşhurlaşan Lyubov Morqunovanın efirə gəlişi özü üçün gözlənilməz olsa da, dediyinə görə, bu şansdan layiqli şəkildə istifadə edə bilib.
Publika.az məşhur aparıcı ilə müsahibəni təqdim edir:
- Lyuba xanım, televiziyaya gəlişinizdən başlayaq. Müxbirlər aparıcı olmaq yolunda bəzən uzun təcrübə keçmək məcburiyyətində olur, siz isə qısa müddətdə uğur qazandınız. Həm də bəyənilirsiniz.
- Mən “Parkcinema” kinoteatr şəbəkələrində “Lyubalive”adlı vloq aparıcısı idim. Bir gün İctimai televiziyadan mənimlə əlaqə saxladılar ki, kastinqə dəvətlisiniz. Mənim üçün təbii ki, bu çox gözəl şans idi. Özümü itirmədim və bu şansdan istifadə etdim. “3D”verlişində aktrisa rolunda çalışmağa başladım. Dadaş müəllimin katibəsi oldum. Bu rolun öhdəsindən kifayət qədər gələ bildim, xarizmatik bir obraz yarada bilmişəm, məncə, verlişdə öz yerimi tuta bilmişəm.
Düşünürəm ki, ilk növbədə bu, şans idi, nə yaxşı ki, şansım gətirdi. Hamıya həyatının şansı ilə qarşılaşmağı arzu edirəm. Çalışın həyatın qarşınıza çıxardığı şansı itirməyin, ondan bərk yapışın və düzgün istifadə edin.
Bəli, çoxu fikirləşə bilər ki, televiziyaya əziyyətsiz gəlib çıxmışam. Hər halda məndə xüsusi bir özəllik və istedad olmasaydı, hazırkı yerimdə olmazdım. Əslində əziyyət elə bundan sonra başlayır...
- İtv-nin məşhur siması olmaq necə hissdir?
- Kifayət qədər təvvazökar insanam. Təbii ki, tanıyan artıq daha çoxdur, amma özümü hələ də populyar hiss edə bilməmişəm.
- Dadaş Dadaşlinski verilişdə qonaqlarını kəskin iradlarıyla yola salır, sərt rəhbərdir. Siz onunla necə dil tapa bilirsiniz?
- Dadaş müəllim irad bildirmir, o faktlar əsasında yalnız sual verir, bəli, suallar bəzən sərt ola bilər, amma bu sualdır. İradı, tərifi və öz fikrini tamaşaçı bildirir. Mənimlə işləməyə gəldikdə isə maaşımı gecikdirmir, işdən sonra narahat eləmir, bayramlarda təbrik edir. Onun ən böyük problemlərindən biri Əzizdir. Onu da mənə tapşırıb.
- Bəs verilişə görə hansısa təzyiqə rast gəlmisiniz?
- Yox, heç zaman!
- Ümumiyyətlə, TV-də işə başladıqdan sonra həyatınızda nə dəyişdi?
- Həyatım tamamilə dəyişdi, ətrafım da. İstər-istəməz özünü bəzi çərçivələrə salmalı olursan. Amma bu dəyişikliklərin hamısı xeyrimə oldu.
- Rusdilli olduğunuz üçün tənqidlərə məruz qalırsınız və buna münasibətiniz necədir?
- Məktəbdə həm uşaqların, həm müəllimlərin bu mövzuda bulinqinə (məktəbdə aqressiya, uşaqların incidilməsi, təklənməsi və. s.) çox məruz qalmışam. Ən çox da tarix müəlliməm məni sıxırdı. Artıq heyterlərə və bu kimi tənqidlərə immunitetim yaranıb.
- Gözəl qadının dostu, yoxsa düşməni çox olur?
- Çox sayda həm qadın, həm kişi tanışlarım var. Hər biri haqqında yüksək fikirdəyəm. Çox təəsüff ki, həyatımda dostum deyə biləcəyim insan demək olar ki, yoxdur. Düşmənə qalanda isə dostu olmayanın düşməni də olmaz.
- Fridrix Nitsşe deyir ki, qisas və eşqdə qadın kişidən qat-qat üstündür. Siz nə düşünürsünüz?
- Düşünürəm ki, qisas boş vaxt itkisidir. Həmin zamanı özünə ayırsan daha faydalı olar. Eşq məsələlərində əlbəttə ki, qadınlar daha praqmatik, kişilər isə ikibaşlı düşünürlər.
- Həyat yolunuzda nə dəyişmək istərdiniz, ya dəyişməyə çalışırsınız?
- Dəyişiləsi çox şey var, hər zaman öz üzərimdə çalışıram.
- Sabahınızdan nigaransınız?
- Məncə, biz burulğanların başladığı bir zamanda yaşayırıq. Nigaran qalmamaq mümkün deyil. Sabahımı çox düşünürəm. Amma nədənsə ağlıma ancaq yaxşı şeylər gəlir.
- Analıq missiyasının öhdəsindən necə gəlirsiniz?
- Çox insanın düşüncəsində müəyyən bir streotip və konkret bir ana obraz var. Mən onu deyə bilərəm ki, bu obrazdan çox uzağam. Çalışıram ki, qızıma vaxt ayırım, onunla hər mövzuda söhbət edim, bəzən görürəm ki, hər hansı məsələyə onun yanaşma tərzi mənim fikirlərimdən daha məntiqlidir. Ana olmaq, ümumiyyətlə, qəribə bir hissdir. Böyük məsuliyyət tələb edir. Dünyaya faydalı bir insan yetişdirmək əlbəttə ki, əziyyət tələb edir.
İstənilən mövzuda qızımı başa düşməyə çalışıram. İstəyirəm ki, mümkün qədər həyatında baş verən hər handisəni mənimlə bölüşə bilsin, çəkinməsin. Nə deyə bilərəm, bu missiyanın öhdəsindən necə gəldiyimi inşallah qızım böyüyəndə özü deyəcək.
- 2023-cü ili qarşılamağa az qalıb. Köhnə ili necə başa vurdunuz?
- Köhnə il mənim üçün çox ağır oldu. Baş verən hadisələrin çoxu həyata baxışımı çox dəiyişdi. Sentyabr ayında sərhəddə baş verən toqquşmalar, döyüşlərin gətirdiyi ağırlıq, çətinlik və bu qədər böyük itki insana təsirsiz ötüşmür. İnsanda ağır psixoloji travmalar yaradır. Şükürlər olsun ki, artıq vəziyyət düzəlib. İstərdim ki, 2023 il daha faydalı və planlarımı resallaşdıra biləcəyim maraqlı bir il olsun.
Aytən Məftun
Foto: Elmin Zahidzadə
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO