Xüsusi
İran rejimi sonunun yaxınlaşdığını hiss edir
Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror hadisəsi 1-ci dünya müharibəsi ərəfəsində baş verənləri xatırladır. On illər ərzində Azərbaycan, İraq, Suriya, Yəmən, Əfqanıstan, Pakistan kimi qonşu ölkələrin ərazilərində yürütdüyü pozuculuq fəaliyyəti artıq terror dalğası şəklində bumeranq kimi rejimin özünə doğru qayıtmaqdadır.
Ərazisində yerləşən hər hansı bir dövlətin səfirliyinə terror hücumu İran rejimi üçün özünə sui-qəsd şəklində təzahür edən intihar cəhdi deməkdir. Buna əmin olmaq üçün hadisənin motivləri obyektiv şəkildə araşdırılmalı və əsl səbəbləri üzə çıxarılmalıdır.
Əgər bu terror aktının arxasında rejim qüvvələri dayanırsa, deməli İran hakimiyyəti sonunun yaxınlaşdığını hiss edir və təkcə öz xalqını yox, bütövlükdə Qafqazları və Yaxın Şərq ölkələrini də qanlı qarşıdurmaya cəlb etməyə çalışır. Əgər bu xain hücum, rejimin xəbəri olmadan üçüncü qüvvələr tərəfindən həyata keçirilibsə, yenə də İran dövləti təhqiqat işləri ilə bağlı öz üzərinə düşən bütün vəzifələri dəqiqliklə yerinə yetirməli, cinayətkarları cəzalandırmalı və xarici ölkələrin diplomatik təmsilçiliklərinin toxunulmazlığı ilə bağlı Vyana konvensiyasından irəli gələn öhdəliklərə əməl etmədiyinə görə siyasi məsuliyyət daşımalıdır.
İran hakimiyyətinin sonrakı addımları bu suallara aydınlıq gətirəcək. Lakin istənilən halda, qanuni siyasi təmsilçilik funksiyasını həyata keçirən həmvətənlərimizin qətlə yetirilməsi və yaralanması üçün məsuliyyət İran dövlətinin və onun ali rəhbərliyinin üzərindədir.
Səfirliyimizin və diplomatlarımızın təhlükəsizliyini təmin edərkən qəhrəmancasına həlak olmuş baş leytenant Orxan Əsgərovun ailə üzvlərinə və bütün yaxınlarına başsağlığı verir və onlara səbir diləyirəm. Allah rəhmət eləsin! Xəyanətkar hücum nəticəsində yaralanmış həmvətənlərimizə şəfa diləyir və tezliklə sağalmalarını arzu edirəm.
Cavanşir Feyziyev
27 yanvar 2023-cü il
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO




















.png)





.jpg)











