Xüsusi
Mahnılarım İQ səviyyəsi aşağı olan adamlar üçün deyil - Paster danışdı - FOTO
Bu yaxınlarda 14 trekdən ibarət “Çirkin” albomu ilə dinləyicilərini sevindirən reper Paster (Pərviz Quluzadə) layihə barədə ilk dəfə Publika.az-a danışıb.
Reperlə müsahibəni təqdim edirik:
- Paster, sizi daha yaxından tanımaq istərdik.
- Daha yaxından tanımaq üçün “Bina” adlı albomuna qulaq asmanız məsləhətdir.
- Fərqi yoxdur ki, hansı sahədəsən, özünü tapmaq, öz tərzini yaratmaq və onu inkişaf etdirmək hər kəsin bacara bildiyi iş deyil. Siz isə yaradıcılığınızın ilk günlərindən öz üslubunuzla seçilməyi bacarmısınız. Nə zaman, nə üçün Azərbaycan repində “seçilən” olmağa qərar verdiniz?
- 10 ildən çoxdur musiqi ilə məşğulam, hər zaman öz üzərimdə işləməyi hər şeydən vacib bilmişəm, yəqin ki, məni fərqləndirən əsas amillərdən biri budur.
- Bəs Pərviz Quluzadəni Paster olmağa nə məcbur etdi? Onları bir-birindən fərqləndirən əsas xüsusiyyətlər nələrdir?
- İkisi də eyni adamdır.
- Replərinizlə xarakteriniz həmişə uzlaşa bilir?
- Yalançı, uydurduğum mahnılar yoxdur, hamısı özümüzdən bəhs edir.
- Yaradıcılığınız sadəcə rep və musiqi ilə məhdudlaşır, yoxsa bizim hələ bilmədiyimiz başqa gizli istedadlarınız da var?
- Öz işlədiyim labeldə həmdə səs prodüseri kimi çalışıram.
- Hansı hadisə sizi sözün əsl mənasında böyüdüb, sizdə qoyduğu izləri bizimlə bölüşə bilərsinizmi?
- Çətin və yoxsulluq içində keçən uşaqlıq...
- Pasterin mahnıları kimin “qulaqları” üçün deyil?
- Dünyadan xəbərsiz, zövqsüz, özünü tapmayan, IQ səviyyəsi aşağı olan adamalar üçün deyil.
- Ümumiyyətlə, auditoriyanızın IQ-sü sizi qane edir? Yeni bir trekin hazırlıq prosesində dinləyicilərin zövq və dəyərlərini nəzərə alırsınız?
- “Bina” albomunda dinləycilərin zövqünü nəzərə almışdım, “Çirkin” albomunda isə demək olar ki, öz istədiyimizi etmişik. Albom peşəkar rep dinləyicilərini əhatə edir, yalnız bir neçə nünansda sadə dinləyiciləri də nəzərə almışıq.
- Keçən il “Fatehin divanı” verilişindəki çıxışınız böyük marağa səbəb olmuşdu. Paster ilk dəfə idi ki, özü haqqında rep dili ilə deyil, hansısa bir proqramda danışırdı. Orda uşaqlığınızın çətin keçdiyini, imkansız ailədə böyüdüyünüzü demişdiniz. Bu gün o illəri hansı hisslərlə xatırlayırsınız?
- Mən indidə kasıbam, uşaqlığımı isə demək olar ki, xatırlamıram, yada düşən ancaq kədərli hisslərdi.
- Replərinizdə dinləyicini inandırmağa çalışırsınız ki, hər şeyə və hər kəsə rəğmən “Təmiz və uşaq” qala bilmisiniz. Ruhunuz və qəlbiniz həmişə bu döyüşdən qalib çıxa bilir?
- Böyümək qətiyən istəmirəm, ağır yükdür. Döyüşmək isə həyatım boyu davam edəcək.
- Bəs məğlub olmaq qorxusuna qalib gələ bilmisiniz?
- Olub ki, döyüşdən məğlub ayrılmışam, amma rəqiblərim bu döyüşü özləri üçün qorxulu yuxu kimi xatırlıyır.
- Söhbətin əsas səbəbkarı əlbəttə ki, yeni albomunuzdur. Təbrik edir və sizə daha böyük peşə uğurları arzu edirəm. İndi isə keçək əsas məsələyə... Üzərində əziyyətlə işlədiyiniz alboma “Çirkin” deməyə necə diliniz gəldi?
- Ömür boyu özümə və sənətimə ön yarğı ilə yanaşılıb. Bəzən insanların gözündə çox agressiv, tərbiyəsiz, eqolu küçə adamı kimi görünürəm. Batağlıqda bitən gül kimi... Odur ki, albomun adını “ÇİRKİN” qoymağa qərara gəldim.
- Albomdakı “Zəngəzur” treki sizin üçün xüsusilə əlamətdardır. Mümkünsə, onun yaranma ideyasından danışardınız.
- Mən əslində çox patriot adam deyiləm, bizi bir millət kimi təmsil edən musiqlər xoşuma gəlmir. İstər pop, istər rap, istərsə başqa janırda. Bir gün studioda komanda yoldaşım OD ilə oturmuşduq, məndən xahiş etdi ki, Zəngəzur adlı bir layihə edək və bu layihəyə öz musiqimizi dəhliz kimi dünyaya çıxmağını göstərək. Bunun o biri tərəfi də məhz siyasi bir addım kimi ölkəmizin maraqlarını daşıdığı üçün dedim ki, niyədə yox. Sözləri sətirlərə düzüb pop ifaçıları kimi bəzəyib uydurmadıq, necə varıqsa öz mentalımızı eləcə də yazdıq. Musiqi olaraq mahnın özünü də bir dəhliz kimi istifadə etdik. Fikir versəniz görəcəksiniz ki, mahnı sazdan başlayıb texno musiqisində bitir. Bu cür gözəl mahnıya görə öz komandam olan “Synaps leybla” təşəkkürlərimi bildirirəm.
- Bu albomda kimi və ya nələri tənqid etmisiniz, hansı mesajları vermək istəmisiniz?
- "Bina" albomu çətinlikdən çıxmağa bir motivasiya idisə, bu albom çətinlikdən çıxıb yaşamağı bacaranların albomudur. İldən-ilə inkşaf etdiyim üçün həyatımın hər bir anını və keçirdiyim hissləri qələmə alıram.
- “Bane” trekinində deyirsiniz ki, “Bu bəşəriyyətdə bir gün bizi asacaqlar”. Maraqlıdır ki, sözlərinizin kəsəri nə zamansa həyatınıza yük olub?
- “Ban” treki “Nəsimi” filminə göndərmədir. Bu bəşəriyyətdə bizi asacaqlar sözü isə cahil insanlara ünvanlanılıb. Sözümün kəsəri hər zaman həyatımda böyük probləmlərə gətirib çıxardıb.
- Tənqidə nə dərəcədə dözümlüsünüz?
- Hansısa işi edəndə yüz ölçüb bir biçirik, ona görə tənqid edən adamlar ancaq öz baxış bucaqlarından baxa bilir. Mahnılarımın birində dediyim kimi "Düşündüyüvü deməsən də olar, sənin həqiqətin var, amma biz həqiqətdən artığıq".
- Ümumiyyətlə, repin missiyasını nə görürsünüz? Və bu missiyada öz rolunuzu necə qiymətləndirirsiniz?
- Repi bu ölkədə təzədən populaşdırmaq istədim. Rep və meyxana sadəcə bir vasitədir, kökündə söz sənəti dayanıb. Xalqımızın aşıqlardan başlayaraq böyük söz sənəti var, istədim ki, gənclər üçün daha bir sənət, pul qazana və həyatlarını sərf edə biləcək bir yol olsun. Çünki şair olmağa qərar verəndə sən daha çox oxumağa, öyrənməyə, mariflənməyə başlayırsan. Bütün dünya hazırda bu musiqidən yaxşı pullar qazanır, uzağa getməyib elə qardaş ölkə Türkiyəyə baxmanız kifayət edər.
- Nə üçün sevgidən çox puldan yazırsınız?
- Sevgidən çox puldan yazdığımı düşünmürəm. Gündəlik həyatımızdan yazıram içində hər ikisi də var.
- Paster, yaradıcılığınız zəngin və qaynardır. Ola bilməz ki, Bakı kimi xaotik şəhərdə tükənmədiyiniz məqamlar olmasın. Bu zaman sizi nə və ya kim yenilməyə qoymur?
- Sakitçiliyə çəkilib özümü toparlayıb kitab və informasiya ilə qidalanıram.
- Elə bir mövzu varmı ki, bu barədə yazmağı ürəkdən istəyirsiniz, amma tərəddüd edirsiniz?
- Hazırda elə bir mövzu yoxdur ki, ondan qorxum.
- Ailənizin sizə qoyduğu ən dəyərli mirası nə olub?
- Bilmirəm, açığı. Amma mən ailəm üçün dəyərli bir miras buraxacağımdan əminəm.
Aytən Məftun
Foto: Çingiz Həsənbəyli
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?