Nida Təhlil
Sarkisyandan ETİRAF: “Qarabağ məsələsində artıq məğlub olmuşuq”
“2016-cı il Ermənistanın xarici siyasətində ciddi böhran
yaşandı”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanda strateji
və milli tədqiqatlar mərkəzinin direktoru, politoloq Manvel
Sarkisyan deyib.
Onun sözlərinə görə, artıq dünyada köhnəlmiş mexanizmlər aradan
qaldırılır: “Lakin heç kim nə baş verəcəyini bilmir. Əgər 1990-cı
illərdə II Dünya Müharibəsinin nəticələrinə yenidən baxılırdısa,
indi I Dünya Müharibəsi dövründəki vəziyyət yaranıb. Dövlətlər,
sərhədlər yox olur, münasibətlər haqqında danışmaq çətinləşir. Hamı
üçün yeni dövr başlayır. Biz nə vaxt şəxsi problemlərimizi
araşdırmağa başlayırıq, eyni çətinliklə qarşılaşırıq. Ermənistan
aprel müharibəsindən sonra Qarabağ məsələsinə yeni yanaşmanı qoya
bilmədi. Qarabağ məsələsində və diplomatik planda artıq nəsə etməyi
bacarmırıq. Ermənistan rəhbərliyi aprel müharibəsindən sonra yalnız
gülüş hədəfinə çevrildi. Biz məğlub olmuşuq”.
M.Sarkisyan Levon Ter-Petrosyanın “Qarabağ məsələsi Ermənistanın
inkişafında əsas əngəldir” deyə bildirdiyi fikirlərə də münasibət
bildirib.
“25 il boyunca biz bildirmişik ki, Qarabağ münaqişəsi və
erməni-türk əlaqələri Ermənistan üçün çətinlik yaradır. 25 il
boyunca biz şüurlu şəkildə anlamışıq ki, bu məsələlər həllini
tapmalıdır. Yerdə qalan məsələlər ikinci dərəcəlidir. Lakin əsas
məsələ Ermənistanda dövlət quruluşunun da, müstəqillik
bəyannaməsinin də, hətta konstitusiyanın da saxta olmasıdır. Bu
baxımdan, kimlərsə əsas problemin Dağlıq Qarabağ münaqişəsi,
kimlərsə Serj Sarkisyan, kimlərsə siyasi partiyaların olduğunu deyə
bilər. Lakin məsələ 25 ildə bizim normal dövlət qura
bilməməyimizdədir”, - deyə o bildirib.
Asif
-
Sosial10:02Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
-
ABŞ09:32ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
-
Avropa09:00Hörmüz boğazında əməliyyat keçirilə bilər - Almaniya gəmilər göndərir
-
Magazin205:45Adriana Lima qızları ilə elə pozalar verdi ki...
-
Nəqliyyat05:15Bakıda süni sıxlıq yaradan avtomobillərlə bağlı tədbirlər görüləcək - Video
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı


















.jpg)





















