Nida Təhlil
Azərbaycan Ermənistanın kabusu olan silahlar alır – DÜŞMƏNƏ AĞIR ZƏRBƏ
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların uzun müddət davam etməsinə baxmayaraq, nəticə sıfırdır. Aprel müharibəsində Azərbaycan işğal altındakı ərazilərinin azad olunması üçün hərb variantının mümkünlüyünü sübut etdi.
Lakin Ermənistanın müharibənin dayandırılacağı təqdirdə,
danışıqlar masasında konstruktiv mövqe sərgiləyəcəyi ilə bağlı
xahişləri, həmçinin, vasitəçilərin istəklərinə görə proses dayandı.
Ardınca Vyana və Sankt-Peterburq görüşləri keçirildi. Ciddi
irəliləyişlərin olacağına ümidlər yaransa da, proses dalana
dirəndi. Bu, müharibə variantının yenidən gündəmə gəlməsi deməkdir.
Hansı ki, rəsmi Bakı beynəlxalq hüquqa əsaslanaraq, öz ərazilərini
azad etmək üçün bu variantı heç vaxt istisna etmir. Belə bir
məqamda əsas vəzifə Azərbaycan Ordusunun üzərinə düşür. Ordumuz
apreldə buna qadir olduğunu və düşmən tapdağındakı torpaqlarımızın
asanlıqla azad edilə biləcəyini sübut etdi. 2017-ci il bu baxımdan
əhəmiyyətli il ola bilər. Ötən ildə olduğu kimi bu il də Azərbaycan
Ordusunun güclənməsi istiqamətində ciddi addımların atılacağı
gözlənilir.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev
Nazirlər Kabinetinin iclasında bunun anonsunu verdi.
“Azərbaycanın hərbi potensialının gücləndirilməsi üçün
əlavə tədbirlər görüləcək”, - deyə dövlət başçısı qeyd
edib.
Hazırda dünyadakı iqtisadi çətinliyə, neft qiymətlərinin aşağı
düşməsinə baxmayaraq, Azərbaycan hərbi potensialının
gücləndirilməsi ilə bağlı proqramları ixtisar etmir. Çünki ərazi
bütövlüyü pozulmuş hər bir dövlət üçün qüdrətli ordu vacib
faktordur. Ordumuz döyüşqabiliyyəti və təminat-təchizat baxımından
dünya miqyasında güclü ordular sırasındadır.
“Qlobal Firepower” təşkilatının hesabatında ordumuz hər il
daha yüksək pilləyə qalxır. Misal üçün, 2015-ci ildə dünya üzrə
50-ci yerdə idiksə, ötən il göstəricilərimiz 10 pillədən çox
yaxşılaşıb. Təşkilatın bu günə olan məlumatlarına görə, Azərbaycan
Ordusu Asiyada 20-ci yerdədir. Ermənistanı 8 pillə
qabaqlayırıq.
Aprel müharibəsi Ordumuzun hərbi potensialını açıq şəkildə
göstərdi. Rusiya və İsraildən alınan hərbi texnikalar, xüsusilə
İsrail istehsalı olan “Dron”lar və digər hərbi texnikalar düşmənə
sözün əsil mənasında cəhənnəm yaşatdı.
Prezident İlham Əliyevin sözlərinə istinadən, deyə bilərik ki,
2017-ci il hərbi potensialımızın artırılması baxımından daha böyük
işlər görüləcək.
Ölümcül silah
Bu il silah idxal edəcəyimiz əsas ölkə İsrail ola bilər. İsrailin
baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri zamanı bu
məsələ dəqiqləşdi.
Netanyahunu Bakıda qəbul edən Azərbaycan prezidenti bildirdi ki,
İsraillə 5 milyardlıq silah sazişi imzalanıb. İctimaiyyətə məlum
olan məlumatlara görə, Azərbaycan İsraildən “Günbəz” raket
kompleksini ala bilər. Bu raket kompleks düşmənin təmas xəttinə
yaxın yaşayış məntəqələrini raket atəşinə tutmasının qarşısını
almaq gücündədir. Aprel müharibəsi, ondan əvvəl və sonrakı dövrdə
yaşadığımız təcrübə göstərdi ki, Ermənistan tərəfi bütün beynəlxalq
hüquqlara zidd olaraq, istənilən an mülki əhalini artilleriya
atəşinə tutur. İsraildən alınacaq hərbi texnika ilk növbədə
düşmənin bu qeyri-insani hücumunu dəf edəcək.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgə qurumu” hesab olunan
“Stratfor” beyin mərkəzi də ötən ilin dekabrında Bakının cəbhə
ətrafı yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək
istiqamətində addımlar atdığını yazmışdı.
“Dəmir günbəz” müharibə zamanı təmas xəttinə yaxın şəhər və
bazaların qorunmasına kömək edə bilər”, - deyə beyin
mərkəzinin analizində bildirilirdi.
“Stratfor”, həmçinin qeyd edirdi ki, Azərbaycan İsraildən bir neçə
batareya da almağı planlaşdırır.
Azərbaycanın İsraillə hərbi əməkdaşlığının Ermənistanı qorxuya
saldığı da məlumdur.
İrəvanın kabusu
Benyamin Netanyahunun Bakı səfərindən sonra erməni jurnalist Tavos
Artakyan “armenianreport” saytında həyəcanla belə yazdı:
“Azərbaycan İsraildən aldığı silahlarla Qarabağı qaytarmağa
hazırlaşır”.
Erməni jurnalist Azərbaycanın hər keçən gün gücləndiyini,
Ermənistanın isə başının şəxsi problemlərə qarışdığını qeyd
edib.
“Serj Sarkisyan hakimiyyətini uzatmaq üçün parlament
seçkilərinə hazırlaşır. Görünür, onun üçün kənarda baş verənlər
maraqlı deyil. Ermənistanın Xarici İşlər Nazirliyi də heç bir addım
atmır. Azərbaycan isə Qarabağı qaytarmaq üçün bütün vasitələrlə
hərəkətə keçib. Bu gün İsraillə sıx əməkdaşlıq gələcəkdə Bakının
məhz bu istəyinin reallaşmasına təkan verə bilər. Hansı ki, biz
İsraildən alınan silahların dadını aprel müharibəsində gördük.
Lakin Bakı bununla kifayətlənmir və 5 milyard dollarlıq silah
müqaviləsi bağladığını açıq şəkildə dilə gətirir. Azərbaycanlılarla
yəhudilər Qarabağı qaytarmaq üçün hərəkətə keçib, Sarkisyanın isə
“bığı belə tərpənmir”, - deyən erməni jurnalistin bu
sözləri Ermənistan ictimaiyyətinin təşvişini açıq şəkildə
göstərir.
Azərbaycan İsraillə yanaşı, Türkiyə, Rusiya, Cənubi Koreya və digər
ölkələrdən də silah idxalını həyata keçirir. Xüsusilə son illər son
illər Rusiyadan milyardlarla dollarlıq yeni hərbi texnikalar
alınıb. İctimaiyyətə açıqlanan məlumatlara görə, bura 100 ədəd
“T-90S” tankı, “Smerç” reaktiv yaylım atəşi sistemləri, S-300 PMU
“Favorit” zenit-raket kompleksləri, odsaçan sistemlər, özüyeriyən
qaubitsalar və s. silah sistemləri daxildir. Azərbaycan Rusiyadan
“Bal-E” taktiki sahil raket komplekslərini almağa da maraq
göstərir. Eyni zamanda, Rusiya 2012-ci ildə Azərbaycana 8 ədəd
zərbə helikopteri və 18 ədəd iri çaplı artilleriya sistemi
çatdırıb. Bundan başqa, Azərbaycana 1200 ədəd daşınan zenit-raket
kompleksinin (200 buraxıcı qurğu və 1000 raket) satışı
gerçəkləşdirilib.
Milli silahlarımız
Bütün bunlarla yanaşı, Azərbaycan özününün müdafiə sənayesini də
inkişaf etdirir.
Müdafiə sənayesi naziri Yavər Camalov bir müddət öncə mediaya
açıqlamasında bildirmişdi ki, Azərbaycan 1100 ada yaxın müdafiə
təyinatlı məmulat istehsal edir: “Bu gün Müdafiə Sənayesi Nazirliyi
Azərbaycan Silahlı Qüvvələrinin atıcı silahlar, döyüş sursatları,
snayper tüfəngləri, minaatanlar, qumbaraatanlar, hücum pulemyotu,
pilotsuz uçuş aparatları, zirühli maşınlar və sair müdafiə
təyinatlı məmulatlara olan tələbatını təmin edir. Hazırda
nazirliyin tabeli müəssisələrində 1100 ada yaxın müdafiə təyinatlı
məmulat istehsal olunur”.
“Polonez” raket kompleksi
Belarus prezidenti Aleksandr Lukaşenkonun 2016-cı ilin 28-29 noyabr
tarixlərində Azərbaycana səfəri çərçivəsində yeni hərbi texnikanın
alınması məsələsinin də müzakirə olunduğu haqqında məlumatlar var
idi.
Belarus mediası Lukaşenkonun Bakı səfərində əsas prioritetlərdən
birinin hərbi-texniki əməkdaşlıq olduğunu yazmışdı. Məlumata görə,
Azərbaycan Belarusun “Polonez” raket kompleksinə maraq göstərir.
Bu, raket kompleksi düşmən tərəfinin raket-artilleriya hücumlarının
qarşısının alınmasında xüsusi rola malikdir.
Bütün bunlar Ordumuzun 2017-ci ildə daha da qüdrətlənəcəyini və
ərazi bütövlüyümüzün bərpa ediləcəyi günün uzaqda olmadığını
göstərir.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu