Nida Təhlil
Maraqlar və dostluq arasında SEÇİM: Nüvə silahlanmasına gedən YOL AÇILIR
İranda Avropa şirkətlərinin çoxmilyardlı müqavilələri təhdid altındadır. Bunun səbəbi isə ABŞ prezidenti Donald Trampın Tehranla nüvə razılaşmasından çıxmaq niyyətində olmasıdır.
D.Tramp "altılıq" qrupunun (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya – red.) Tehranla bağladığı nüvə sazişinin şərtlərinə daha 120 gün riayət etmək niyyətində olsa da, Vaşinqtonda İrana qarşı əvvəlki sanksiyaların qayıdışını istisna etmirlər.
Publika.az xəbər verir ki, “RİA-Novosti” agentliyinin analitik məqaləsinə görə, sanksiyaların qayıdışı İranla çoxmilyardlı sazişlər bağlamağa vaxt tapan Avropa şirkətlərini vuracaq.
Avropa İttifaqında ümid edirlər ki, ABŞ öz qərarını təkrar gözdən keçirəcək, əsk halda Brüssel özünün iqtisadi maraqları və Ağ Evlə dostluq arasında seçim etməli olacaq. Tehran isə əlverişsiz hadisələrin inkişafı halında nüvə silahınını hazırlamaq barədə niyyətini rəsmən elan edə bilər.
“RİA-Novosti” yazır ki, 2015-ci ilin yayında İranla imzalanan nüvə sazişi son illərin beynəlxalq siyasətində BMT Təhlükəsizlik Şurasının bütün iştirakçıları tərəfindən bəyənilmiş nadir razılaşmadır. Müqavilə “qırmızı xətt”i keçməyə hazırlaşan ölkələrdən birində atom silahının yaradılmasını dayandırmağa imkan verdi. Tramp administrasiyasının siyasi kursu isə bu nailiyyəti şübhə altına qoyur. Vaşinqtonda əmindirlər ki, İrana qarşı tətbiq olunan məhdudiyyətlər nüvə silahının yayılmasının qarşısını almağa kifayət etmir və əlavə zəmanətlər lazımdır.
D.Tramp seçkiqabağı kampaniyasında İranla nüvə sazişini “ABŞ tarixi ərzindəki ən pis razılaşmalardan biri” adlandırıb. O, 2017-ci ilin oktyabrında bu sözləri təkrarladı. 2018-ci ilin yanvarında - Ağ Evə daxil olduqdan sonra isə prezidentin ritorikası konkret məzmun daşımağa başladı.
“Mən nüvə proqramı üzrə sanksiyaların tətbiqini dayandırıram. Amma mən bunu Avropadan olan müttəfiqlərimizlə razılaşmaya nail olmaq və sazişin dəhşətli nöqsanlarını düzəltmək üçün edirəm. Məndə avropalılarla razılaşmanın mümkün olmadığı qənaəti yaranarsa, İranla sazişdən çıxacağam”, - Tramp bildirdi.
Ağ Ev hər 120 gündən bir İranla bağlı sanksiyaların müvəqqəti dayandırılması barədə qərar verir. Tramp Tehranla bağladığı nüvə sazişinin şərtlərinə daha 120 gün riayət etmək barədə qərarı iki gün əvvəl açıqladı. Deməli, artıq 4 ay sonra sərt xarici ticarət məhdudiyyətlərinin tətbiqi məsələsi yenidən gündəliyə qayıda bilər.
Avropa İttifaqı və Rusiya Trampa qarşı
Avropa İttifaqı və Rusiya ABŞ-ı qarşıdurma kursundan imtina etməyə çağırır. Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkov bildirib ki, ABŞ-ın planları Moskvada “böyük həyəcana” səbəb olur. Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali komissarı Federika Moqerini də nüvə sazişinin saxlanılmasında təkid edir:
“Bizim İranla razılaşmamız işləyir. Onun sayəsində İranın nüvə proqramı ciddi müşahidə altındadır”.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson da yanvarın 11-də İranla sazişi “əhəmiyyətli nailiyyət” adlandırıb:
“Ondan imtina etmək lazım deyil. Düşünmürəm ki, kimsə ən yaxşı alternativi təklif edəcək”.
Vaşinqtonda isə başqa məntiq var: İran iqtisadiyyatına qoyulan Amerika investisiyaları əhəmiyyətsizdir, İran bazarının itirilməsi ABŞ üçün ciddi zərər verməyəcək, amma Tehranın geosiyasi rəqibləri - İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqələri möhkəmləndirməyə imkan verəcək. Hesab edilir ki, İranın təcrid edilməsi Amerika maraqlarına cavab verir. Amma yalnız bir çatışmazlıq var: avropalılar zərər çəkəcəklər.
“RİA-Novosti”nin əməkdaşı ilə söhbət edən Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi Vladimir Sajin Trampın hərəkətlərini “Avropanın şantajı” adlandırıb.
“Avropanın üç böyük ölkəsi - Almaniya, Böyük Britaniya, Fransa sazişi tamamilə dəstəkləyir. Avropa İttifaqı bütövlükdə İranla əlaqələrdə çox maraqlıdır. Avropa İttifaqından olan şirkətlər sanksiyaların aradan qaldırıldığı 2016-cı ildən bu ölkəyə yönəliblər. Təəssürat yaranır ki, bu, Trampı qıcıqlandırır”, - Sajin qeyd edib.
Rusiyanın Ali İqtisadiyyat Məktəbinin müəllimi, Yaxın Şərq və Mərkəzi Asiya üzrə mütəxəssis Qriqori Lukyanov da eyni fikirdədir.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Vladimir Əhmədovun sözlərinə görə, iş yalnız onda deyil ki, İran bazarında Avropa biznesi üçün böyük perspektivlər var:
“Söhbət həm də Avropa İttifaqı üçün Uzaq Şərqlə əlaqəni həyata keçirən tranzit ölkədən gedir. İranın enerji ehtiyatları Avropa bazarı üçün əhəmiyyətlidir. Avropa şirkətləri həqiqətən İran bazarına daxil olmaqda maraqlıdırlar. Hələ İrana qarşı geniş sanksiyaların qüvvədə olduğu dövrdə Avropa İttifaqından olan şirkətlər bütün sanksiyalardan yan keçərək müxtəlif üsullar tapır və Tehranla ticarət əlaqələri qururdular. Bundan başqa, psixoloji faktor var: əlbəttə, avropalılar üçün yenidən toplaşaraq qərar vermək xoşagəlməzdir”.
“ABŞ-la razılaşmağın mənası yoxdur”
Bütün mütəxəssislər bu fikirdə həmrəydir: ABŞ-ın İranla sazişdən çıxması Yer kürəsinin başqa bir bölgəsində - Şimali Koreyada gözlənilməz nəticələrə gətirib çıxara bilər. 1990-cı ildə Pxenyan Vaşinqtonla razılaşma başladı. Razılaşma Çinin nəzarəti altında nüvə proqramını dayandırmağa imkan verirdi. Kiçik Corc Buşun hakimiyyətə gəlişi ilə (2001-ci il – red.) Amerika-Şimali Koreya münasibətləri pozuldu. Nəticədə, Şimali Koreya atom silahının yaradılması üzrə işləri bərpa etdi. 2018-ci ildə Pxenyan ABŞ-ın ərazilərini potensial olaraq hədələyən raketlərin arsenalını toplaya bilib.
ABŞ-ın İranla nüvə sazişindən çıxması Şimali Koreya rəhbərliyinə silahsızlaşmaya qarşı əlavə arqumentləri verəcək. Belə ki, ölkə rəhbərliyinin gözlərində Amerika tərəfi ilə razılaşmanın dəyəri kardinal şəkildə azalacaq.
“Şimali Koreyanın ətrafındakı vəziyyət açıq-aydın ən pis istiqamətində dəyişəcək”, - Sajin xəbərdarlıq edir.
Ömər Dağlı
-
İdman21:12
Ona restoranında hücum etdilər: həddindən artıq sərxoş idilər - FOTO
-
Magazin221:00
59 yaşlı aktrisa bikinidə elə poza verdi ki... - FOTO
-
İKT20:24
"İnsanyuyan maşın" da YARADILDI - Hər şeyi özü tənzimləyir
-
Sosial19:24
"Kürd Elnur" yenidən hakim QARŞISINDA
-
Sosial18:24
Azərbaycanda bu şəxslərin maaşları artırıldı - RƏSMİ
-
Sosial17:30
Bu ərazilərimizə qar yağır - FAKTİKİ HAVA
-
Hadisə16:30
Azərbaycanlı qız Ermənistana getdi və... - FOTO
-
Sosial15:20
Metro istifadəçilərinə vacib xəbər: Bu stansiya bağlanır