ABŞ
Demokratlar Trampın səyahət qadağasına qarşı birləşdi
ABŞ Konqresinin spikeri Nensi Pelosi Donald Tramp administrasiyasının 7 ölkəni hədəf alan səyahət qadağasına qarşı yeni qanun layihəsi hazırladıqlarını açıqlayıb.
Publika.az xəbər verir ki, önümüzdəki həftələrdə səyahət qadağasına qarşı yeni qanun layihəsi təqdim edəcəklərini ifadə edən spiker D.Trampın gələcəkdə məqbul səbəb təqdim etməyəcəyi və Konqreslə məsləhətləşməyəcəyi müddətcə, bənzər bir qərar almasına maneə törədəcəklərini bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti D.Tramp vəzifəyə başladıqdan bir həftə sonra - 27 yanvar 2017-ci ildə İran, Suriya, Liviya, Yəmən, Somali, Çad və Şimali Koreyaya səyahət qadağası tətbiq etmişdi. Lakin ABŞ-ın böyük hava limanlarında qərara qarşı keçirilən etiraz aksiyalarından sonra ABŞ prezidenti geri addım atmağa məcbur qalmışdı. Daha sonra “öhdəliklərini yerinə yetirməsi” səbəbi ilə Çad siyahıdan çıxarılmışdı, lakin sonradan yenidən qadağa işə düşmüşdü.
ABŞ Ali Məhkəməsi keçən ilin iyun ayında Trampın Amerika Konstitusiyasına uyğun olaraq 5 səslə yeddi ölkəni, o cümlədən bəzi müsəlman ölkələrini hədəf alan səyahət qadağasını təsdiqlədiyini açıqlamışdı.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
