ABŞ
ABŞ-dan Çinə çağırış: sonsuza qədər bağlayın!
ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Çinə “islaq bazarlar” kimi tanınan vəhşi heyvan bazarlarının bağlanması çağırışını edib.
Publika.az xəbər verir ki, Pompeo bu bazarlarla heyvanlardan insanlara keçən xəstəliklərə diqqət çəkib.
“Qanunsuz olaraq “islaq bazarlar”da satılan vəhşi heyvanlar ilə heyvan mənşəli xəstəliklər arasındakı əlaqə göz önündədir. ABŞ Çin Xalq Respublikasını sonsuza qədər heyvanların qanunsuz şəkildə satıldığı bütün bazarları bağlamağa çağırır”, - dövlət katibi bildirib.
“İslaq bazarlar” nədir?
Cənub-Şərqi Asiyanın bir çox ölkəsində fəaliyyət göstərən bu tip bazarlarda canlı balıqlar və vəhşi heyvanlarla yanaşı, təzə meyvə-tərəvəz satılır. Bu bazarlar adını qidaları təzə tutmaq üçün istifadə edilən ərimiş buzdan alır. Bu su eyni zamanda təmizlik işlərində də istifadə edilir.
Qeyd edək ki, ABŞ Çini koronavirusu laboratoriyada yaratmaqda və pandemiya işarələrini dünyadan gizləməkdə ittiham edir.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)
















.jpg)
.jpg)
