ABŞ
Pandemiya zamanı yol verilən əsas səhvlər
Prinston Universitetinin alimləri pandemiya zamanı insanların davranışındakı əsas səhvləri müəyyənləşdirib. Mütəxəssislərin fikrincə, əhali infeksiya haqqında çox düşünür və özünə qulluq etmək barədə unudur.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ekspertlər özünütəcrid dövründə insanların yuxu rejiminə diqqət etmədiyini, fiziki aktivliyin aşağı düşdüyünü və başqaları ilə ünsiyyəti azaltdığını bildirib. Bundan əlavə, alimlər qeyd edib ki, özünü təcrid etmək xroniki ruhi xəstəlikləri inkişaf etdirə bilər və bu problemin ömür boyu davam etmə ehtimalı olduqca yüksəkdir.
Amerika alimləri digər ümumi səhv kimi statistik məlumatların təsnifatını göstərib. Mütəxəssislər əmindir ki, bu məsələdəki hər hansı səhv əsassız çaxnaşmaya və ya əksinə yalançı ümidlərə səbəb ola bilər.
Ekspertlər mədəniyyət ənənələri və vərdişlər kimi amillərin infeksiyaya qarşı mübarizəni çətinləşdirə biləcəyinə inanırlar. Məsələn, görüşlərdə təmas ənənəsi. Bütün bu səhv davranışları aradan qaldırmaq üçün elm adamları həkimləri pandemiya zamanı şüar və plakatların köməyi ilə düzgün məlumat yaymağa çağırıb.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
