ABŞ
Gələn il tarixin ən böyük fəlakəti olacaq - Minlərlə insanın həyatı təhlükədədir
ABŞ-ı gələn il tarixinin ən böyük sunami fəlakəti gözləyir.
Publika.az xəbər verir ki, mütəxəssislər Alyaska ştatının Ankoric şəhəri ilə bağlı dəhşətli ssenarini açıqlayıb.
Belə ki, elm adamları şəhərin şərqində müvazinətsiz dağ yamacını dəstəkləyən Berri buzlağının üçdə-ikisinin əridiyini təsbit edib. Bununla birlikdə, buzlağın tamamilə əriməsi ilə minlərlə ton qaya parçası yaxınlıqdakı balıqçı qəsəbələrini yerlə yeksan edə bilər.
14 elm adamı tərəfindən imzalanan məktubda zəlzələ, isti hava dalğası və ya şiddətli yağışın bölgədə ciddi fəlakətə yol aça biləcəyi xəbərdarlığı verilib.
Geoloji Araşdırmalar Mərkəzinin direktoru Stiv Masterman Berri buzlağının sürətli şəkildə geri çəkilməsinin milyonlarla ton qayanı Şahzadə Vilhelm boğazına apara biləcəyi və dövlətin arxivinə keçən ən şiddətli sunami fəlakətinin gerçəkləşə biləcəyini söyləyib. Mütəxəssislər Ankoricdə əyriliyin yavaş-yavaş azaldığından və hər an torpaq sürüşməsinə çevrilə biləcəyindən narahatdır.
Araşdırmaçılar sunaminin potensial yayılmasını göstərən erkən diaqnozların olduğunu bildirib: “Sunaminin təsirləri xüsusilə hadisənin Berri buzlağının su ilə təmas etdiyi yerdə daha şiddətli olacaq. Buna əlavə olaraq, dayaz su sahələri və ya sahilə yaxın yerləşən ərazi hadisənin effektini artıraraq bölgədəki minlərlə balıqçıya və liman işçisinə böyük təhlükə yaradacaq”.
Qeyd edək ki, Ankoricdən 60 mil uzaqda yerləşən Şahzadə Vilhelm boğazı limanın və Trans-Alyaska boru xəttinin bir parçasıdır.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
