ABŞ
Uşaq qidalarında zəhərli maddələr aşkarlandı: sinir sistemin sıradan çıxarır və...
ABŞ-ın bəzi uşaq qidaları istehsalçılarının məhsullarında ağır zəhərli metallar aşkarlanıb.
Publik.az xəbər verir ki, Nümayəndələr Palatasının İqtisadi və istehlakçı siyasəti üzrə alt komitə mütəxəssisləri tərəfindən aparılan bir araşdırma nəticəsində qidalarda arsenik, qurğuşun, kadmium və civə tapılıb.
Uşaqlarda sinir xəstəliklərinə səbəb olan bu metalların araşdırılması könüllü müraciət edən “Gerber”, “Nurture Inc”, “Hain Celestial Group Inc”, “Beech-Nutrition” şirkətlərinin əvvəlki hesabatları əsasında aparılıb. “Walmart”, “Campbell” və “Sprout Organic Foods” şirkətləri isə araşdırmalar aparmaq üçün mütəxəssislərə icazə verməyib.
Palatanın Nəzarət və İslahat Komitəsinin nəzdindəki komitənin araşdırma mətnində bildirilir ki, məhsulların üzərində heç bir xəbərdarlıq etiketi yoxdur.
Zəhərli ağır metallara məruz qalmaq intellekt səviyyəsinin azalmasına, körpələrin nevroloji inkişafının dayanmasına səbəb olur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu 4 ağır metal insan sağlamlığı və xüsusən neytrotoksik təsirlərə ən çox həssas olan körpələr və uşaqlar üçün təhlükəlidir.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




















.jpg)
















.jpg)
.jpg)
