ABŞ
B-21 “Raider”: Rusiya üçün QORXUNC YUXU - Dünyanın istənilən nöqtəsindəki hədəfi vuracaq
ABŞ-ın yeni strateji bombardmançısı B-21 “Raider” Rusiyanın hava hücumundan müdafiə sistemləri üçün böyük çətinliklər yaradacaq. Bu haqda “The National İnterest” dərisində Kris Osborn yazır.
Müəllif qeyd edir ki, yeni bombardmançının bir çox xarakteristikaları ola bilsin, heç vaxt açıqlanmayacaq. Amma bununla belə ABŞ Hərbi Hava Qüvvələrinin yüksək rütbəli nümayəndələrindən biri jurnalistə deyib ki, yeni stels-bombardmançı dünyanın istənilən nöqtəsində, sutkanın istənilən saatında istənilən hədəf üçün təhdid yaradacaq. Osborn istisna etmir ki, B-21 “Raider” Rusiya və Çinin hava hücumundan müdafiə sistemlərinə bənzər sistemlərdə sınaqdan keçiriləcək.

Məqalədə bildirilir ki, Rusiya özünün S-400 və S-500 zenit-raket komplekslərinin radarlara görünməyən təyyarələri də aşkar edib məhv edə biləcəyini bildirir. Rusiyanın hava hücumundan müdafiə sistemləri ola bilsin effektivdir, amma təkmilləşdirilmiş B-21 bombardmançılarını aşkar etmək və vurmaq onlar üçün fövqəladə çətin olacaq. Ona görə də Moskvanın bu yeni bombardmançıları aşkar etmək və izləmək üçün daha həssas radarlara ehtiyacı yaranacaq. Çünki B-21 “Raider” bombardmançısının tamamilə yeni stels-texnologiyaya malik olması Rusiya üçün “dəhşətli yuxu” olacaq.

B-21 “Raider” ABŞ-ın “Northrop Grumman” korporasiyası tərəfindən işlənib hazırlanıb. Maşın zahiri görkəmcə B-2 strateji bombardmançılarına bənzəyir. Bombardmançının başlıca vəzifəsi nüvə zərbələrinin endirilməsi ilə yanaşı rəqibin hava hücumundan müdafiə sistemindən gizlicə onun ərazisinə daxil olmaq və əsas hava hücumundan müdafiə komplekslərini məhv etməkdir. Bunun ardınca isə taktiki aviasiya nisbətən təhlükəsiz şəraitdə hərəkət edə bilər.
B-21 “Raider” bombardmançısının əsas qeyri-nüvə silahlarına “Lockheed Martin” şirkətinin işləyib hazırladığı AGM-183A ARRW raketlərinin daxil olacağı gözlənilir. Bu raketin sürəti saatda 20 min kilometrə qədər çata bilər və uçuş məsafəsi 800 kilometrə qədərdir. Hipersəs sürətli bu raketin istehsalı 2022-ci ildə planlaşdırılır, hərçənd Rusiya hipersəs sürətli “hava-yer” raketlərini artıq öz arsenalına daxil edib. (Virtualaz.org)
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi

































.jpg)


