ABŞ
ABŞ "Pfizer" vaksininin saxlanma müddətini uzatdı
ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə Sanitar Nəzarət İdarəsi (FDA) koronavirus əleyhinə "Pfizer" vaksininin saxlanma müddətini yeniləyərək daha üç ay uzadıb.
Publika.az bu barədə FDA-ya istinadən məlumat verir.
Yenilənmiş qaydalara əsasən, 2021-ci ilin mayında istehsal olunan "Pfizer-BioNTech" COVID-19 vaksininin yararlılıq müddəti daha üç ay, 2022-ci il fevralınadək uzadılıb. Əvvəl bu müddət altı aya bərabər idi.
Beləliklə, "Pfizer" vaksininin yeni təsdiq olunmuş saxlanma müddəti doqquz ay təşkil edir.
Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı "Sinovac", "Pfizer" və "Sputnik V" vaksinlərindən istifadə olunur.
"Pfizer" vaksini ölkədə iyunun 7-də dövriyyəyə daxil olub. Bu vaksinlə peyvəndlənən vətəndaşlar Avropa İttifaqı ərazisində sərbəst hərəkət edə bilər.
"Pfizer" Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2020-ci il dekabrın 31-də təsdiqlənmiş ilk vaksin olub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
