ABŞ
Qafqaz danışıqları üzrə müşavir istefa verdi
Amerikalı diplomat Filip Riker ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlarla bağlı baş müşaviri vəzifəsini tərk edir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinq zamanı bildirib.
"Bu gün biz səfir Filip Rikerin yanvarın 5-dən etibarən Qafqaz danışıqları üzrə Baş müşavir vəzifəsindən getdiyini elan edirik. Səfir Riker 30 ildən artıqdır ki, Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi və Londondakı səfirliyimizin müvəqqəti işlər vəkili kimi ABŞ Dövlət Departamentinə, o cümlədən xalqa sadiqliyini və xidmətini göstərib”, – Prays bildirib.
Onun sözlərinə görə, Rikerin Qafqazda danışıqlar üzrə baş məsləhətçi kimi fəaliyyəti əlaqələri sürətləndirib və Cənubi Qafqaz kimi problemli regionda sülh prosesinin qurulmasına kömək edib.
O vurğulayıb ki, Rikerin gedişi heç bir halda ABŞ-ın Cənubi Qafqazda təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyə sadiqliyinə xələl gətirmir.
“Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu təşviq etmək və Qarabağla bağlı bütün həll edilməmiş məsələlərin həlli yollarını tapmaq üçün həmfikir tərəfdaşlar və beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli əlaqələri davam etdirir", - Prays əlavə edib.
Dövlət Departamenti adından Prays Rikerə uğurlu fəaliyyətinə görə təşəkkür edib və ona karyerasının növbəti mərhələsində uğurlar arzulayıb.
Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken 2022-ci il avqustun sonunda səfir Filip Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib. Riker bu vəzifəni icra etdiyi müddətdə Bakı ilə İrəvan arasında dialoq qurmaq üçün vasitəçi kimi regiona səfər edib.
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
